Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5402/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (Azərbaycan X17 Agentliyi Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: delikt, maddi ziyan, sübutetmə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (Azərbaycan X17 Agentliyi Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" QSC-dən 1) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə 31369 manat; 2) “D655 SEM” markalı yük qaldırıcı traktorun hadisə yerindən evakuasiya edilməsi üçün 1850 manat; 3) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş digər traktor üçün icarə haqqı kimi 7332,66 manat; 4) “D655 SEM” markalı yük qaldırıcı traktorun 2023-cü il 26 aprel -06 iyun tarixləri arasında boş dayanmasına görə 10071,6 manat olmaqla, cəmi 50747 manat məbləğində maddi ziyanın əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 1(031)- 6/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmü (hakim A.Məmmədov) ilə müəssisənin işçisi X16 (əmək müqaviləsi əlavə edilir) Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx.xx.2023-ci il tarixdə, səhər saat 08:55 radələrində SV 024273 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi İddiaçı balansında olan “D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən şlaqbaumun aşıq olması səbəbindən dəmiryol keçidinə daxil olmuş, bu zaman qəfildən yaxınlıqda yerləşən tuneldən çıxan qatarla toqquşmuş və nəticədə cavabdehin işçisi, dəmiryol keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu ağır xəsarətlər alaraq hadisə yerində vəfat etmişdir. 2. Məhkəmə istintaqı zamanı məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etmiş və xx.xx.2024 cü il tarixli 1(031)-6/2024 saylı cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsi və dəmiryol – texniki hadisələrin tədqiqi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının təyin edilməsi haqqında və ekspertizanın aparılmasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə qərarı ilə ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Qatarın şlaqbaumlu dəmir yol keçidinə yaxınlaşması zamanı traktorun keçidə daxil olması nəticəsində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsi zamanı dəmiryol nəzarətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun şlaqbaumu bağlamamaqla, keçiddə hərəkəti qadağan etmək üçün heç bir tədbir görməməklə normativ aktların və əmək təhlükəsizliyi qaydalarının tələblərini pozmuşdurmu? 3. Keçirilmiş ekspertiza nəticəsində 3-16-16/2-10/5787 saylı 02 sentyabr 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş suala ekspert aşağıdakı kimi cavab vermişdir: (ekspert rəyi əlavə edilir) Keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlu elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə X20 istismarına dair Təlimat"ının 4.5 və 4.6-cı bəndinin tələbləri özü tərəfindən pozulmuşdur. Məhkəmə eksperti tərəfindən təsdiq edilmişdir ki, cavabdehin işçisi, mərhum İskəndərov Nemət Həsənbala oğlu normativ aktın tələblərini pozmuş, qatar gələn zaman dəmiryol keçidindəki şlaqbaumu bağlamaqla hərəkəti qadağan etməli olduğu halda şlaqbaumu bağlamamış və bunun da nəticəsində iddiaçının sürücüsü heç bir təhlükə olmadığı fikrində olaraq yolayrıcına daxil olmuş və bu zaman qəfildən tuneldən çıxan qatarla toqquşmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi zamanı cavabdehin işçisi İskəndərov Nemət Həsənbala oğlu aldığı ağır xəsarətlərdən yerindəcə vəfat etmiş, iddiaçının “D655 SEM” markalı, yük qaldırıcı traktoru isə əsaslı şəkildə zədələnmiş və istismara yarasız hala düşmüşdür. 5. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-54/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında təqsirləndirilən şəxslə yanaşı cavabdehin işçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun da əməlində vəzifə təlimatının pozulması faktının olması qeyd edilmişdir. Belə ki, qərarda göstərilmişdir: Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl törədiləkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə yanaşı zərərçəkmiş şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) də vəzifə təlimatlarının pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/5787 nömrəli ekspert rəyinə əsasən, keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X20 istismarına dair Təlimat” – ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Bu hal da təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmalı olan xüsusatdır. CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən haldır. 6. Cavabdehin işçisinin qanunsuz hərəkətindən istismara yararsız hala düşmüş texnikasını təmir edib yararlı hala salmaq, həmin texnikanın işini yerinə yetirmək üçün başqa bir texnikanı icarəyə götürmək və boşdayanma ilə bağlı iddiaçı 50 960,42 manat məbləğində maddi zərərə uğramışdır. İddia tələbinin maddi hüquqi əsası kimi azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099, 1099.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qeyd etmişdir ki, "xxxx" QSC-nin sorğuya cavab məktubu var, həmin məktubda "X30" MMC-nin "xxxx" QSC İnfrastruktur departamenti Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş işçisi X1 xx.xx.2023-cü il tarixində vəfat etməsi faktı əsasında aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq ADY-yə ünvanlanan sorğuda tələb olunan məlumatların qoşmada təqdim edildiyi qeyd olunmuşdur. 09 ədəd qoşma yazılsa da, onda həmin sənədlər yoxdur, bu barədə sorğu verib, ancaq cavab gəlməmişdir. "xxxx" QSC mərhum N.İgəndərovun öz işçisi olduğunu təsdiq edir. Məhkəmə gedişatı zamanı qarşı tərəf təkid edirdi ki, keçidin onlara heç bir aidiyyatı yoxdur və keçiddə vəfat edən şəxs “Dost” Agentliyindən sosial işçi kimi işə götürülmüş və hadisə iş saatından kənar vaxtda baş vermişdir. Dəmiryolu rəisinin müavini tərəfindən polisə təqdim edilmiş sənədi e-sistemə əlavə etmişdir. Belə ki, cavabdehin özü tərəfindən Daxili İşlər Nazirliyinə baş vermiş hadisə ilə bağlı göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda cavabdeh bildirir ki, hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən 1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu aldığı xəsarətlərdən vəfat etmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi bildirir ki, guya bu keçidin onlara aidiyyəti yoxdur və mərhum onların işçisi olmamışdır və o, həmin gün iş qrafiki ilə işdə olmamışdır. Əslində isə cavabdehin yuxarıda göstərilən məktubunda özü təsdiq etmişdir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir. Yəni "xxxx" QSC özü də təsdiq edir ki, vəfat edən şəxs müvəqqəti keçid növbətçisi vəzifəsini həyata keçirmişdir. Qarşı tərəfin hazırda bildirdiyi mövqeyini bu fakt təkzib edir. “X11”nə keçidin açılması ilə bağlı verilmiş məktubda 2522 km pk 3 qeyd edilmişdir. Hadisə Şabran rayonunun yolunun 124-cü km-nin 7-ci buketində baş vermişdir. Həmin nöqtələrin eyni nöqtə olmasını təsdiq edən hər hansı sübut yoxdur. Deyilənləri və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, qüsur aktı onların öz şirkəti tərəfindən təqdim edilmişdir. Traktorun xarici görünüşündə cüzi dəyişiklik var, əsas zərbə daxildən olmuş, yəni qatarın zərbəsindən daxili aşınma çox olmuşdur. Şirkətin özünün təmir briqadası olduğu halda başqa bir şirkətə müraciət etməsinə zərurət yaranmamışdır. Şirkət traktor təmiri ilə məşğul deyil, böyük bir qarajdır. Həm nəqliyyat vasitələri, həm də digər nəqliyyat vasitələri təmir edilir. 1850 manat evakuasiya xidməti ilə bağlı sübut e-sistemə əlavə edilmişdir. Traktor zədə almasaydı yerində qalıb işləyəcəkdi. Digər traktorun məhz bu traktorun sıradan çıxması ilə bağlı icarəyə götürülməsi barədə də sübut məhkəməyə təqdim edilmişdir. Boşdayanmaya görə qeyd edilən məbləği ona görə tələb edir ki, əgər traktor işləsəydi gəlir əldə ediləcəkdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Bunu 2 halla əsaslandırır. İlk öncə hesab edir ki, Azərbaycan Dəmiryolları QSC bu iddia tələbi üzrə cavabdeh olmamalıdır. Rəhmətə gedən 1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu “X30” tərəfindən təhkim olunmuş və təmizlik-sosial xidmətlər üzrə işə cəlb edilmiş və orada sosial işçi kimi işləmişdir. X13 iş günü olmayan gün baş vermişdir. Onlar sübuta yetirmişdir ki, bu keçidin onlara heç bir aidiyyatı yoxdur. Azərbaycan Dəmir Yolları QSC tərəfindən Azərbaycan X17 Agentliyi İdarə X25 Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda X17 Agentliyinə bildirilmişdir ki, məktubda göstərilən bəzi şərtlər daxilində mübahisə doğuran dəmiryol keçidinin açılmasına etiraz etmir. Tərəfin qeyd etdiyi saxtakarlıqdan söhbət gedə bilməz. Yeni əldə edilən məlumata görə İsgəndərov Nemətin yoldaşı qarşı tərəfi - İddiaçı MMC-ni məhkəməyə vermişdir. Elə ehtimal edirlər ki, mərhumun həyat yoldaşının onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən onlar da həmin məbləği onlardan tələb etməyi düşünüblər. Lakin bu səhv bir nəticədir. Bir tərəfdən hesab edir ki, burada cavabdeh olmalı deyilik. Digər tərəfdən əgər məhkəmə hesab etsə ki burada cavabdeh olmalı idilər, o zaman digər parametrlərə baxılsa burada ödənişlərlə bağlı hal, R-Com MMC-yə dəymiş zərər sübuta yetirilməmişdir. Şəkillərdən də görünür ki, traktor olduğu kimi dayanmışdır. Əgər həqiqi zərər dəymiş olsaydı ortada qüsur aktı olmalı idi. Traktorla bağlı təqdim edilmiş qüsur aktı əsaslı deyil. Traktorun məhz e-qaimədə qeyd edilənlərlə bağlı təmir edilməsi, ödənişlərin edilməsi əlaqəsi yoxdur. E-qaimələrə əsasən alınan malların məhz bu avadanlığa görə alınması sübuta yetirilməmişdir. Heç bir maddi zərər heç bir sənədlə sübuta yetirilmir. Traktorların təmiri ilə bağlı xüsusi servis olur və əgər ona zərər dəymiş olsaydı həmin yerdə təmir edilməli idi. İddia düzgün cavabdehə qarşı irəli sürülməmişdir. Bu keçid eyni ərazidir. Bununla bağlı rəsmi sənəd, göstəriş var. Bu məsələ hazırkı mərhələdə ortaya çıxdığı üçün sübutu e-sistemə əlavə edə bilər. İzahı belə idi ki, əvvəl Rusiyadan hesablanırdı, indi isə Biləcəri tərəfdən hesablanır. Bu göstərişin tarixi barədə məlumatı yoxdur. 2020-ci ildən sonrakı tarixə aid olmalıdır. Traktorun sürücüsü tam maddi məsuliyyət daşıyır və bugunki gündə o sağdır və həmin ziyanı məsuliyyətli şəxs olaraq ondan tələb edə bilərlər. Traktorla bağlı da tələb edilmiş zərər məbləği heç bir şəkildə sübuta yetirilməyib. İddianın əsasını təşkil edən, sübut qismində məhkəməyə təqdim edilən qüsur aktı isə bir neçə hazırlıq məhkəmə iclasları keçirildikdən sonra iddiaçıdan tələb edildiyi anda özləri tərəfindən tərtib edilmiş bir akt məhkəməyə təqdim edilmişdir. Odur ki, hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, 25 iyul 2020-ci ildə “Azərbaycan Avtomobil Yolları” PHŞ-nin məktubuna cavab olaraq onlar müəyyən şərtlər daxilində keçidin açılmasına etiraz etmədikləri ilə bağlı məktub göndərmişlər. Şərtlər keçiddə keçid butkasının olması və 4 nəfər keçid növbətçisinin "xxxx" QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi ilə bağlıdır. Yəni "xxxx" QSC işçiləri təlimatlandırır, “Azərbaycan Avtomobil Yolları” PHŞ isə işə götürür. Sonra isə Cavid Qurbanovun göstərişi ilə bağlı 2021-ci il tarixli sənədi elektron sistemə yükləmişdir. 2022-ci ilə aid 2 təlimat vardır. Biri “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidində xidmət qaydaları haqqında yerli təlimat, o birisi isə “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidinin növbətçiləri üçün texniki-təhlükəsizlik və istehsalat-sanitariya üzrə təlimatdır. Bu təlimatlar 2022-ci ildə təsdiq olunub və təlimatın necə keçirildiyi barədə sual edildikdə, cavab olaraq jurnalların butkada olduğunu, butkanın isə dağıdıldığı üçün jurnalların da məhv olunduğu bildirildi. Burada “M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzərində müvəqqəti keçid” sözü yazılıb. “DOST” İş Mərkəzindən vəfat edən şəxslə bağlı əmək müqaviləsi bağlanılıb. 2020-ci ilə aid “DOST” İş Mərkəzi ilə "xxxx" QSC arasında bildiriş sənədi var. Həmin Mərkəz onlara sosial işçilər göndərir və onlara təhkim edir. Ştat cədvəlindən də görünür ki, şəxs rəhmətə gedən zaman onun istirahət günü idi. Həmin rəhmətə gedən şəxsin iş yeri qeyd olunan butka deyildi. Həmin butka da "xxxx" QSC-yə yox, Azərbaycan Avtomobil Yolları” PHŞ-yə aiddir. Rəhmətə gedən şəxsin şənbə günü həmin butkada nə etməsi ilə bağlı məlumat verə bilmirlər, ancaq həmin işçi onlarda sosial işçi kimi işləyib. “DOST” İş Mərkəzi ilə mərhum İskəndərov Nemət Həsənbala oğlu arasında 05 yanvar 2021-ci il tarixində əmək müqaviləsi bağlanılıb. Əmək Müqaviləsinin 3.1-ci bəndində işçinin əmək funksiyaları sadalanır. Mərhum sosial işçi kimi işə götürülüb, ancaq növbətçi olmayıb. Onlarda növbətçi ştatı yox idi, çünki həmin keçid onlara aid deyildi. Hadisə 25 mart 2023-cü ildə baş verib. Sənədlərdən və elektron sistemə əlavə etdiyi təlimatdan da görünür ki, həmin keçid “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə aiddir. Elektron sistemə əlavə edilən göstərişdə də keçiddə yüngül konstruksiyalı növbətçi otağının quraşdırılması və bütün xərclərin “Azərbaycan Avtomobil Yolları” PHŞ-nin hesabına təmin edilməsi qeyd olunub. Bu şəxslər X27 işçiləri olmuş və İş Mərkəzi tərəfindən onlara təhkim olunmuşdur. Həmin şəxsləri təlimatlandırmaq onların vəzifəsi olmuşdur. İsgəndərov Nemət depoda işləyirdi. Hadisə baş verən zaman isə onun qeyri-iş günü olmuşdur. Hansı səbəbdən, nəyə görə həmin zaman orda olması barədə bir şey deyə bilmir. Çünki onlar tərəfindən ona hər hansı təlimat verilməmişdir. Butka depodan uzaqda yerləşir. Hesab edir ki, tam maddi məsuliyyət traktor sürücüsündədir. Əgər məhkəmə hesab etsə ki, onlar cavabdeh qismində çıxış edir, bu zaman zərər müəyyən edilməlidir. Çəkilən xərclərlə bağlı dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə ekspertizanın təyin edilə bilər. Azərbaycan Dəmir Yolları bu cinayət işi üzrə tərəf qismində tanınmamışdır. Təlimlər keçirilmişdir. Dəmiryollarında olan keçidlərə onlar nəzarət etsə də həmin keçidə Azərbaycan X17 Agentliyi nəzarət edirdi. Cinayət işi materiallarında hər yerdə ola bilər ki, qeyd edilib ki, İsgəndərov Nemət təhkim olunub. Keçid növbətçisi Azərbaycan Dəmir Yolları QSC-yə aid deyildi. Keçid növbətçisini Azərbaycan X17 Agentliyi qoyurdu. Bu rəis artıq işdən azad olunub. İşdən azadolma səbəbinin nə olduğunu bilmir. Nəzarət ADY-də olsa da keçid Azərbaycan X17 Agentliyinin nəzarəti altında açılmışdır. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq qeyd etmişdir ki, onların öz yolu var və qatarlar da həmin yol ilə gedir. Həmin keçid avtomobillər üçün açılıb. Elektron sistemə əlavə edilmiş 02 aprel 2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan X17 Agentliyi tərəfindən həyata keçirilməsi, həmçinin tikintisi davam edən yeni avtomobil yolunun Şabran rayonu ərazisində mövcud dəmiryolu xətləri ilə kəsişməsində müxtəlif səviyyəli yolötürücüsünün tikintisi, həmçinin Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsinin xahiş olunması qeyd edilib. “Azərbaycan Avtomobil Yolları” PHŞ onlara müvəqqəti keçidin açılması ilə bağlı müraciət edib, onların həmin keçiddə marağı yoxdur. 25 iyul 2020-ci il tarixli cavab məktubu ilə “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məktubda göstərilən şərtlər daxilində keçidin açılmasına etiraz edilmədiyi bildirilib. Bu şərtlər yerinə yetiriləndən sonra Cavid Qurbanov keçidin açılması ilə bağlı 2021-ci ildə göstəriş verib. Göstərdiyi şəkildən bütün nişanların olduğu görünür. Hesab edir ki, icazə aktına lüzum yoxdur. Mərhum onlarda sosial işçi olmuşdur. “Azərbaycan Avtomobil Yolları” PHŞ keçidə cavabdehlik daşıyır. Onlar keçidə növbətçi qoya bilməz, onların ştat cədvəlində də növbətçi vəzifəsi yoxdur. İskəndərov Nemət 01 nömrəli Xaçmaz yol sahəsində sosial işçi kimi təmizlik işlərinə baxırdı. Şlaqbauma nəzarət etmirdi. Dəmiryol keçidin gözətçisinə təlimat müvafiq şəxslər tərəfindən keçirilmişdir. Bununla bağlı qeyd aparılan jurnal olmadığından sübutu məhkəməyə təqdim edə bilmir. Cinayət işində onlar proses iştirakçısı kimi cəlb edilməmiş, həmin iş materialları ilə də tanış olmadığından bu haqda hər hansı söz deyə bilmir. Butka Azərbaycan Dəmiryollarına aid deyil. Təlimatın keçirilməsi barədə əmr də jurnalda qeyd edilib. İddiaçı tərəf məhkəməyə elektron qaydada izahat ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bildirir ki, yol nəqliyyat hadisəsi baş vermiş keçidin onlara aidiyyəti yoxdur və mərhum İskəndərov Nemət Həsənbala oğlu gözətçi olmamışdır və guya həmin keçid X4 məxsus olmuşdur. Bildirir ki, cavabdehin bu movqeyi iş materialları ilə və cavabdehin ozünün DİN-nə yazmış olduğu xx.xx.2023-cü il tarixli 3-13-15/2- 1717/2023 saylı məktubla təkzib edilir. 1.Cavabdehin Daxili İşlər Nazirliyinə baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli 3- 13-15/2-1717/2023 saylı (üzərində xx.xx.2023 tarixli dərkənar olan) məktubla göndərilmiş Dəmiryol Keçidlərində X2 Məlumatın 2-ci bəndində cavabdeh bildirir ki, hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən 1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu aldığı xəsarətlərdən vəfat etmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi bildirir ki, guya bu keçidin onlara aidiyyəti yoxdur və mərhum onların işçisi olmamışdır və o həmin gün iş qrafiki ilə işdə olmamışdır. Əslində isə cavabdehin yuxarıda göstərilən məktubunda özü təsdiq etmişdir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir. 2. Hüquqi qüvvəsini almış Şabran rayon məhkəməsinin 1(031)-6/2024 saylı xx.xx.2024-cü il tarixli ekspertiza keçirilməsi haqqında qərarının 1-ci bəndində göstərilmişdir: ...dəmiryol nəzarətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlu.... 3. Hüquqi qüvvəsini almış Şabran rayon məhkəməsinin 1(031)-6/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: ....həmin keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu.... 4. Hüquqi qüvvəsini almış Hökmün 3-cü səhifəsindəki son abzasda zərər çəkmiş şəxs İskəndərov Nemət Həsənbala oğlunun hüquqi varisi X8 göstərmişdir ki, hadisənin bas verdiyi gün mərhum həyat yoldası Nemət İsgəndərovu isə yola salmışdır. O, kəndin vaxınlğında dəmir yolu keçidində növbətçi işləyirdi. Cavabdehin nümayəndəsi isə bildirir ki, mərhum onların işçisi olsa da hadisə baş verən gün onun istirahət günü olub və o guya keçiddə gözətçi olmamışdır. Zərərçəkənin hüquqi varisi (arvadı) isə cavabdehin nümayəndəsinin fikrini təkzib etmişdir. Hüquqi qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-54/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının 2-ci səhifəsində göstərilmişdir: ...keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu. Hüquqi qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1638/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı: keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu. Beləliklə, birmənalı surətdə yuxarıda istinad edilən sənədlər, həmçinin birbaşa cavabdehin DİN-ə göndərdiyi məktubu sübut edir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir və onun da şlaqbaumu bağlamamağı ilə bağlı təqsirli hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə İskəndərov Nemət Həsənbala oğlu həlak olmuş, iddiaçının texnikası isə ciddi şəkildə zədələnmişdir ki, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5787 saylı ekspert rəyində göstərilmişdir: ..Keçid növbətçisi İskəndərov Nemət Həsənbala oğlu. Daha sonra, iddiaçı məhkəməyə vəsatət adı altında ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixində elektron kabinetə 2 ədəd sənəd yerləşdirmişdir: 1. Sənəd № 10219, tarixi xx.xx.2020-ci il. Bu sənəd Azərbaycan Dəmir Yolları QSC-nin Azərbaycan X17 Agentliyi İdarə X25 Məmmədova ünvanlanmışdır. Cavabdeh iddia edir ki, bu məktubla X17 Agentliyinə bildirilmişdir ki, məktubda göstərilən bəzi şərtlər daxilində mübahisə doğuran dəmiryol keçidinin açılmasına etiraz etmirlər. 2. Yuxarıda göstərilən məktubun X17 Agentliyinə çatdırılması üçün "xxxx" MMC poçt-kuryer xidmətindən istifadə edilməsi və həmin məktubun guya xx.xx.2020-ci il saat 12-00 da X17 Agentliyinin poçt qutusuna atılması haqqında qəbz. Bildirir ki, həmin qəbz şübhəli göründüyündən tərəfindəqəbzdə göstərilən "xxxx" MMC kuryer xidməti ilə əlaqə yaratmaq istəsə də bu mümkün olmamışdır. Belə ki, vergi xidmətinin saytında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen **********) Az1133, Bakı Şəhəri Suraxanı Rayonu, AB Yaşayış Sahəsi (X29.), ev.123, m.139 yerləşir. Bu ünvana müraciəti nəticəsində bu ünvanda belə bir MMC-nin mövcud olmadığını bildirdilər. İnternet resurslarında "xxxx" MMC-nin başqa bir ünvanı da göstərilmişdir: Səməd Vurğun, Bakı, Nəsimi, AZ1014, telefon: (+994 55) 230-36-08. Bu ünvana və telefona müraciətim də heç bir nəticə verməmişdir. Sosial şəbəkədə Facebookda "xxxx" MMC-nin səhifəsində sonuncu yazı 24 may 2016 -cı ildə olmuşdur. Burada isə bir neçə telefon nömrələri göstərilmişdir. Tel.: +994 12 4083608, +994 12 5050505,+994 55 2303608, Faks.: +994 12 4404792. Bütün göstərilən nömrələr üzrə axtarışları heç bir nəticə verməmiş, yəni "xxxx" MMC adlı təşkilatın mövcudluğunu və yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bunları nəzərə alaraq vəkil sorğusu ilə X17 Agentliyinə müraciət edərək soruşmuşdur ki, 1) Bu şirkətdə poçt qutusu deyilən bir şey varmı? 2) Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzdə göstərilən xx.xx.2020-ci il saat 12-00 da poçt qutusuna atıldığı iddia olunan Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2020-ci il tarixli № 10219 saylı məktubunu almışlarmı? X17 Agentliyi onun vəkil sorğusuna 05 yanvar 2026-cı il tarixində 11-1/2-2- 10/2026 nömrəli məktubla cavab vermişdir ki, onlarda poçt qutusu vardır, lakin sorğuda göstərilən xx.xx.2020-ci il saat 12-00 da şirkətə məktub daxil olması haqqında fakt aşkar edilməmişdir. Beləliklə, bu fakt sübut edir ki, cavabdeh məhkəməyə saxta sənəd verərək məsuliyyəti öz üzərindən atmaq istəyir. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, cavabdeh ADY ilə "X30" MMC arasında xx.xx.2020-ci ildə bildiriş imzalanmışdır. Bildirişə əsasən "X30” MMC ilə əmək müqaviləsi bağlanılan şəxslər ictimai işlərə cəlb olunmaları məqsədi ilə ADY-nin İnfrastruktur Departamentinə təhkim olunmuşdur. ADY-nin İnfrastruktur Departamenti işçilərin iş yerində əməyin mühafizəsi norma və qaydalarının qanunvericiliyə uyğun tam yerinə yetirilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qəbul etmişdir. xx.xx.2021-ci ildə “X30" MMC ilə İskəndərov Nemət Həsənbala oğlu arasında əmək müqaviləsi bağlanmış və N.İskəndərov ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Buna uyğun olaraq N.İskəndərov İctimai işlərə cəlb olunmaq məqsədi ilə ADY-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə təhkim olunmuşdur. 1 nömrəli Xaçmaz yol sahəsinin 2023-cü ilin mart ayının işçilərin iş cədvəlinə əsasən İskəndərov Nemət Həsənbala oğlu sosial işçi kimi fəaliyyət göstərib, həmçinin hadisə baş verdiyi gün, yəni xx.xx.2023-cü il N.İskəndərovun istirahət günü olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Avtomobil Yolları X15 Heyətinin Sədrinin adından ADY-yə məktub daxil olmuş, məktubda qeyd olunmuşdur ki, Dövlət Proqramı çərçivəsində M-1 Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan X17 Agentliyi tərəfindən həyata keçirilir, vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsi xahiş olunmuşdur. ADY qeyd olunan məktuba xx.xx.2020-ci il tarixli 10219 saylı cavab olaraq bildirmişdir ki, müəyyən şərtlərin daxilində keçidin açılmasına etiraz etmir. Şərtlərdən biri də "X20 istismarına dair" 47/S nömrəli Təlimatın tələblərinə uyğun olaraq, keçiddə keçid budkasının qoyulması və 4 nəfərdən ibarət keçid növbətçilərinin ADY tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi olmuşdur. ADY-nin Sədrinin xx.xx.2021-ci il tarixli, 53139 nömrəli göstərişinə əsasən Şabran-Sarvan mənzilinin 2522 km pk 3-də müvəqqəti olaraq qorunan ümumi istifadədə olmayan dəmiryol keçidin açılması, keçiddə yüngül konstruksiyalı növbətçi otağı quraşdırılması və bütün xərclərin Azərbaycan X17 Agentliyinin hesabına təmin edilməsi və s. tapşırıqlar verilmişdir. X20 istismarına dair Təlimatın 2.1-ci maddəsinə əsasən keçidlər yerləşdiyi yerlərə görə ümumi istifadəli və qeyri-ümumi istifadəli keçidlərə bölünür. Qeyri-ümumi istifadəli – dəmir yolunun ayrı-ayrı müəssisə və ya təşkilatların avtomobil yolları ilə kəsişdiyi keçidlərdir. Qeyri-ümumi istifadəli keçidlərin qurğularının və avadanlıqlarının saxlanışı, onlara xidmət göstərilməsi, bu keçidlərdən istifadə edən müəssisə, təşkilat və ya avtomobil yolları idarəsi orqanlarının və avtomobil yollarını saxlayan təşkilatların vəsaiti hesabına yerinə yetirilir. Göstərişə uyğun olaraq xx.xx.2022-ci ildə Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış "Azəravtoyol"a məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidində xidmət qaydalar haqqında Yerli Təlimat və Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış "Azəravtoyol"a məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidin növbətçiləri üçün texniki təhlükəsizlik və istehsalat sanitariyası üzrə Təlimat təsdiq olunmuşdur. Qeyd olunanlardan aydın olur ki, mərhum N.İskəndərov ADY-nin əməkdaşı olmayıb, təhkim olunmuş sosial işçi olub. Həmçinin Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidi ADY-yə məxsus olmayıb, "Azəravtoyol"a məxsus olub. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Azərbaycan Avtomobil Yolları X15 Heyətinin Sədri tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədri cənab Cavid Qurbanova ünvanlanmış 02 aprel 2020-ci il tarixli 3/19-2466 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan X17 Agentliyi tərəfindən həyata keçirilir. Nəzərinizə çatdırılır ki, tikintisi davam edən yeni avtomobil yolunun Şabran rayonu ərazisində mövcud dəmir yolu xətləri ilə kəsişməsində müxtəlif səviyyəli yolötürücüsünün tikintisi nəzərdə tutulur. Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsi xahiş olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Avtomobil Yolları X15 X25 Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli, 10219 nömrəli “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzərində müvəqqəti keçidin tikintisi ilə bağlı” cavab məktubunda qeyd olunmuşdur ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, dəmir yolunun Şabran-Sarvan mənzilinin 2522 km pk3-də müvəqqəti keçidin tikintisi ilə bağlı xx.xx.2020ci il tarixli, 3/19-2466 nömrəli məktuba əsasən bildirilir ki, sözügedən müvəqqəti keçidin tikilməsi üçün tələb olunan mal-materialların təmin edilməsi və quraşdırılması, habelə digər tikinti işlərinin aparılması Azərbaycan X17 Agentliyi tərəfindən icra olunmaqla, aşağıdakı göstərilən şərtlər daxilində keçidin açılmasına Cəmiyyət tərəfindən etiraz edilmir: - "X20 istismarına dair" 47/S nömrəli Təlimatın tələblərinə uyğun olaraq, keçiddə keçid budkasının qoyulması və 4 nəfərdən ibarət keçid növbətçilərinin “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi; - Keçid məhəccərlərinin qoyulması, ağır yüklü maşınların hərəkətinin təmin edilməsi ilə əlaqədar möhkəm yol örtüyünün çəkilməsi, keçid döşəmələrinin qoyulması; - Dəmir yolu keçidinin nişanlarının qoyulması, işıqlandırma sisteminin təmin edilməsi, qırpışan işıqforların qoyulması və bununla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 53139 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Şabran-Sarvan mənzilinin 2522 km pk.3-də müvəqqəti dəmiryol keçidinin açılması üçün Azərbaycan Avtomobil Yolları X15 Heyəti sədrinin 2020-ci il 2 aprel tarixli 3/19-2466 nömrəli müraciətini nəzərə alaraq: 1.1. Şabran-Sarvan mənzilinin 2522 km pk 3-də müvəqqəti olaraq qorunan (üfüqi dönən şlaqbaumlu) ümumi istifadədə olmayan dəmiryol keçidi açılsın; 1.2. Göstərilən keçid xx.xx.2003-cü il tarixli 47/S saylı "X20 istismarına dair Təlimat"ın tələblərinə uyğun olaraq quraşdırılsın və müvafiq yol nişanları ilə təchiz edilsin; 1.3. Keçiddə yüngül konstruksiyali növbətçi otağı quraşdırılsın və bütün xərclər Azərbaycan X17 Agentliyinin hesabına təmin edilsin; 1.5. Qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin tənzimlənməsi üçün X7 Dövlət Agentliyi tərəfindən iş zamanı xüsüsi təlimat keçmiş işçilərdən keçiddə növbətçi təyin edilsin və şlaqbaumların qıfıllarının açarları səlahiyyətli nümayəndəsində saxlanılsın; 1.6. Keçiddə sutka ərzində növbəli iş rejimi tətbiq edilsin, istifadə qaydaları haqqında yerli təlimat hazırlansın; 1.7. Keçiddə Azərbaycan X17 Agentliyi tərəfindən növbətçi təyin ediləcək işçilərinə mütəmadi olaraq PÇ-1 işçiləri tərəfindən təlimat keçirilsin və onların işi ciddi nəzarətdə saxlanılsın. 2. TC-1, 2 Yeni keçidin açılması ilə əlaqədar bütün lokomotiv briqadaları məlumatlandırılsın. 3. Göstərişin icrasına nəzarət sədr müavini H.Valehova həvalə edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, 23-20 saylı əmri ilə X9 (traktor sürücüsü) cəmiyyətdə Kon operatoru vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə, 6BJ3EDS000200 nömrəli əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixli, 74/16 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə əmək müqaviləsinə “AR ƏM-nin 68.2.a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdəm xitam verilmişdir. “X30” MMC (işəgötürən) ilə İskəndərov Nemət Həsənbala oğlu (işçi) arasında 05 yanvar 2021-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlər. "X30" MMC ilə "xxxx" QSC arasında imzalanmış "X30" MMC-yə işə qəbul olunmuş ictimai işçilərin aidiyyəti sahə üzrə ictimai işlər təşkilatçısına təhkim olunmaları haqqında xx.xx.2020-ci il tarixli, 36475 nömrəli bildirişdə qeyd olunmuşdur ki, tərəflər təsdiq edirlər ki, bu bildirişin ayrılmaz hissəsi olan siyahıda qeyd olunan, "X30" MMC ilə əmək müqaviləsi bağlanılan şəxslər ictimai işlərə cəlb olunmaları məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə təhkim olunurlar. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti işçilərin iş yerində əməyin mühafizəsi norma və qaydalarının (o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsi, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi, iş yerində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçi qüvvəsinə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkili, işçi qüvvəsinin normal əmək və istirahət rejiminə riayət edilməsi, işçi qüvvəsinə fərdi mühafizə vasitələrinin verilməsi və müvafiq qaydada təlimatlandırılması üzrə tələblərin) qanunvericiliyə uyğun tam yerinə yetirilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qəbul edir. İctimai işlərə cəlb olunmaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə təhkim olunan işçilərin siyahısında İskəndərov Nemət Həsənbala oğlunun adı 31-ci sırada qeyd olunmuşdur. Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işçilərin iş cədvəlində (Yol xidməti 1 nömrəli Xaçmaz Yol sahəsi Mart ayı 2023-cü il) İskəndərov Nemət Həsənbala oğlunun vəzifəsinin sosial işçi olduğu, mart ayının 25-26-sı istirahət günü olduğu qeyd olunmuşdur. Dəmiryol Keçidlərində X2 Məlumatda qeyd edilmişdir ki, 1.4.2401 No-li qatar, VL 11M-6-508 No-li lokomotiv, Biləcəri lokomotivlərin idarə edilməsi sahəsinin maşinisti Sərxan Əliyev, maşinist köməkçisi Mahir Babayev 1.5 NH-nin səbəbi və təfsilatı: xx.xx.2023-cü il tarixdə saat 08:55 radələrində Şabran -Çarxı mənzilinin 124 km pk 7-da müvəqqəti quraşdırılmış "Azəravtoyola" məxsus qeyri-ümumi istifadədə olan qorunan dəmir yolu keçidində İddiaçı MMC-yə məxsus dövlət qeydiyyat nişanı olmayan 1997-ci il təvəllüdlü X26 oglu, "Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 1,2,3,4-cü bəndlərini kobud şəkildə pozaraq dəmir yolu keçidindən Bakı- Yalama istiqamətində hərəkətdə olan yük qatarının qarşısından keçməyə cəhd göstərmiş, nəticədə Biləcəri magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinisti S.Əliyev və maşinist köməkçisi M.Babayev tərəfindən VL 11 M6-508 No-li elektrovozla idarə edilən 2401-No:li qatarla toqquşmuşdur. 2. Zərərçəkənlər haqqında məlumat-hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvaqqəti icra edən 1978-ci il təvəllüdlü X3 aldığı xəsarətlərdən vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü ildə saat 08:55-də Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü km-nin, 7-ci piketində VL 11-M6-508-B qeydiyyat nömrəli Elektrovozla həmin ərazidə tikinti işləri üzrə idarə olunan "xxxx" MMC-yə məxsus "KON" markalı traktorun dəmir yolunun qorunan hissəsində yerləşən keçiddə toqquşması nəticəsində həmin keçidin gözətçisi işləyən xx.xx.1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oglunun traktorun kovşunun onun baş nahiyəsindən dəyməsi nəticəsində aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etmasi faktı əsasında hazırda NBPİ-nin İstintaq va təhqiqat şöbəsində cinayət işi üzrə istintaq aparılır. Həmin cinayat işi üzrə zəruri olduğundan mərhum xx.xx.1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlunun işə götürülmə əmrinin, elektron əmək müqaviləsinin, vəzifə təlimatının, həmçinin yuxarıda adı qeyd edilən ərazidə olan qorunan keçidin QSC-nin balansında olub-olmamasının, hansı tarixdən həmin keçidin orada salınmasının, həmin keçid üzrə texniki təhlükəsizliyə və keçidin gözətçilərinə nəzarət etməli şəxslərin, həmin keçidin gözətçilərinin siyahısının və onların iş rejimi barədə məlumatların rəsmi olaraq NBPİ-nə göndərilməsinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, cinayat işi üzrə zəruri olduğundan yuxarıda qeyd edilən elektrovozun ön hissəsinə quraşdırılaraq yol boyu hərəkətini lenta alan video kameranın 25 mart 2023-cü ildə saat 08:30-dan saat 09:15 dəqiqəyə qədər olan hissəsinin video çəkilişini, həmçinin baş vermiş hadisəyə görə idarə daxili aparilmiş araşdırmanın nəticəsi barədə qəbul edilmiş qərarın (protokolun) surətini qısa zamanda rəsmi olaraq NBPi-nə göndərilməsinə müvafiq göstəriş verilməsi xahiş olunur. "xxxx" QSC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-15/2-1393/2023 nömrəli məktuba dair cavab məktubunda qeyd olunmuşdur ki, "X30" MMC-nin "xxxx" QSC İnfrastruktur departmenti Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş işçisi İskəndərov Nemət Həsənbala oğlunun xx.xx.2023-cü il tarixində vəfat etməsi faktı əsasında aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq ADY-ya ünvanlanmış sorğuda tələb olunan məlumatlar qoşmada (sənədlərin surəti: 9 vərəq) təqdim edilir. 25 mart 2023-cü il tarixdə cinayət işinin başlanılması haqqında qərara əsasən fakta görə Azərbaycan Respublikasi CM-nin 262.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-6/2024 saylı qərarı ilə Qatarın şlaqbaumlu dəmir yol keçidinə yaxınlaşması zamanı traktorun keçidə daxil olması nəticəsində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsi zamanı dəmiryol nəzarətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun şlaqbaumu bağlamamaqla, keçiddə hərəkəti qadağan etmək üçün heç bir tədbir görməməklə normativ aktların və əmək təhlükəsizliyi qaydalarının tələblərini pozub-pozmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə istintaqının təzələnməsi və dəmiryol – texniki hadisələrin tədqiqi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “02" sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspertiza rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunmuşdur ki, Keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlu elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə X20 istismarına dair Təlimat”ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-6/2024 nömrəli hökmünə əsasən X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)-54/2025 nömrəli qərarı ilə Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1638/2025 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Şabran Rayon Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli 1(031)-6/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş X16 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-54/2025 nömrəli qərarının dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, maddi zərər aşağıdakılardan ibarətdir: "D655 SEM" markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə sərf edilmiş vəsait, 31706,60 manat; 2. "D655 SEM" markalı yük qaldırıcı traktorun evakuasiya xidmətinə sərf edilmiş vəsait, 1850 manat; 3. "D655 SEM" markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş traktora görə ödənilən vəsait 7332,66 manat, “D655 SEM" markalı yük qaldırıcı traktorun 2023-cü il 26 Aprel - 06 İyun tarixləri arası boş dayanmasına görə 10071,16 manat. İddia tələbinin birinci hissəsi üzrə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd olunmuşdur ki, xx.xx.2023-cü il səhər saat 08:55 radələrində həqiqətən də D655 Sem markalı yükqaldırıcı traktor Şabran rayon Uzunboyad kənd ərazisində yerləşən Azərbaycan Dəmiryollar QSC-nin Bakı Yalama dəmir yol xətlərinin 124-cü kilometrində olan nizamlanan dəmir yol keçidi istiqamətində hərəkət edərkən şlaqbaumun açıq olmasına arxayın olaraq yolayrıcına daxil olmuş, bu zaman tuneldən qəfil çıxan hərəkətdə olan qatarla toqquşması nəticəsində texnikaya zərər dəymişdir. D655 Sem markalı yükqaldırıcı tarktora texniki baxış nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün lazımı ehtiyyat hissləri və işçilik müəyyən olunmuşdur və aktda 39 adda ehtiyat hissələri və 12 adda əlavə ehtiyat hissələri qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (motor yağı, hava filteri, yağ filteri, işçilik xərcləri və s) ehtiyat hissələrinin ödənilməsinə görə EBDJ seriyalı, 986995 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 418,90 manat, EBDF seriyalı, 186961 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 879,10 manat, EBDH seriyalı, 185941 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 8 708,40 manat, EBDF seriyalı, 406933 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 22 998,20 manat, EBDR seriyalı, 886149 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 6231,63 manat, EBDR seriyalı, 886112 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 5572,29 manat, EBDF seriyalı, 186773 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 737,50 manat olan elektron qaimələr göndərilmişdir. xx.xx.2023-cü il tarixli, KM.2023.A002 saylı təhvil-təslim aktında qeyd olunmuşdur ki, İddiaçı MMC ilə Kaya Makina MMC arasında bağlanmış 05 Yanvar 2023-cü il tarixli 06/23-XM nömrəli müqaviləyə əsasən ƏDV daxil 8708,40 manat dəyərdə ehtiyat hissələri təqdim edilmiş və xidmətlər göstərilmişdir. xx.xx.2023-cü il tarixli, OD22 nömrəli ödəniş tapşırığına əsasən 7380 manat, xx.xx.2023-cü il tarixli, OD3 nömrəli sənədə əsasən 5281.04 manat, xx.xx.2023-cü il tarixli, OD2 nömrəli sənədə əsasən 4722.28 manat, xx.xx.2023-cü il tarixli, OD24 nömrəli sənədə əsasən 355 manat, xx.xx.2023-cü il tarixli, OD29 nömrəli sənədə əsasən 625 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə ödənmişdir. "X28 Güc Sistemleri Sanayi Ve Ticaret" Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən EBDJ seriyalı, 814046 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 1801.95 manat, EBDJ seriyalı, 626449 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2209.66 manat olan elektron qaimələr göndərilmişdir. İddia tələbinin ikinci hissəsi üzrə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş edilməsi üçün EBDD seriyalı, 609885 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1850 manat olan elektron qaimə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, OD3 nömrəli ödəniş tapşırığına əsasən 1850 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənmişdir. İddia tələbinin üçüncü hissəsi üzrə: "xxxx" MMC ilə "xxxx" MMC arasında Nº 000010/TM saylı, 15 yanvar 2022-ci il tarixli icarə Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 711 nömrəli akta əsasən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 2022-ci ilin Yanvar ayında icarəyə verildi va tərəflərin bir-birlərinə qarşı heç bir iradı yoxdur. 2023-cü ilin mart ayı üzrə icarə haqqının ümumi dəyəri 7457.12 manat (ƏDV daxil deyil) olmaqla aşağıdakı şəkildə bölünür: Gündüz 4 gün Frontal yükləyici Hyundai SL750, 10AC680, vahid qiyməti 214.28 manat, cəmi 857.12 manat. Gündüz 23.1 gün Bomag BW 219 DH-3, 110FA367, vahid qiyməti 285.71 manat, cəmi 6600 manat. Yekun ƏDV daxil: 8799.4 manat. xx.xx.2023-cü il tarixli, 742 nömrəli akta əsasən İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq 2022-ci ilin Yanvar ayında icarəyə verildi və tərəflərin bir birlərinə qarşı heç bir iradı yoxdur. 2023-cü ilin aprel ayı üzrə icarə haqqının ümumi dəyəri 12699.75 manat (ƏDV daxil deyil) (on iki min altı yüz doxsan doqquz manat 75 qəpik) olmaqla aşağıdakı şəkildə bölünür: Gündüz 25 gün Frontal yükləyici Hyundai SL750, 10AC68, vahid qiyməti 214.28 manat, cəmi 5357 manat. Gündüz 25.7 gün Bomag BW 219 DH-3, 110FA367, vahid qiyməti 285.71 manat, cəmi 7342.75 manat. Yekun ƏDV daxil: 14985.75 manat. "xxxx" MMC tərəfindən ödəniş edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə EBDD seriyalı, 474148 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 8799,40 manat, EBDF seriyalı, 325100 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 14985,75 manat olan elektron qaimələr göndərilmişdir. xx.xx.2023-cü il tarixli, OD32 nömrəli ödəniş tapşırığına əsasən 12699,75 manat, xx.xx.2023-cü il tarixli, OD20 nömrəli ödəniş tapşırığına əsasən 7457,12 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İddia tələbinin dördüncü hissəsi üzrə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Şirkətə məxsus “D655” SEM markalı Frontal yükləyici traktor xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (31 iş günü), müvafiq Dövlət Orqanları tərəfindən baş vermiş qəza ilə bağlı maddi sübut kimi saxlanılması, texnikanın boşdayanmasına səbəb olmuşdur. Qeyd olunan həmin dövürdə “D655” SEM markalı Frontal yükləyici traktorun günlük icarə haqqı 324.87 manat təşkil etmişdir. Boşdayanma nəticəsində İddiaçı MMC-yə dəymiş ziyanın ümumi dəyəri 10071.16 azn təşkil etmişdir. Məhkəmə xərcləri üzrə: 18.06.25-ci il tarixli, ********* nömrəli qəbzə əsasən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 243,60 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında müəyyən olunmuşdur ki, “X30” MMC (işəgötürən) ilə İskəndərov Nemət Həsənbala oğlu (işçi) arasında 05 yanvar 2021-ci il tarixdə əmək müqaviləsi imzalanmış, daha sonra “X30” MMC ilə "xxxx" QSC arasında "X30" MMC-yə işə qəbul olunmuş ictimai işçilərin aidiyyəti sahə üzrə ictimai işlər təşkilatçısına təhkim olunmaları haqqında” xx.xx.2020-ci il tarixli, 36475 nömrəli bildiriş imzalanaraq İskəndərov Nemət Həsənbala oğlu Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə təhkim olunmuşdur. xx.xx.2023-cü il tarixdə dəmir yolu keçidində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İskəndərov Nemət Həsənbala oğlu vəfat etmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-6/2024 nömrəli hökmünə əsasən X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə Şabran Rayon Məhkəməsinin qərarı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 sentyabr 2024-cu il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspertiza rəyinə əsasən şlaqbaumu bağlamadığına görə “X20 istismarına dair Təlimat”ın 4.5 və 4.6cı bəndlərinin tələblərinin İskəndərov Nemət Həsənbala oğlunun özü tərəfindən pozulması müəyyən edilmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 18 aprel 2022-ci il tarixli qərarını rəhbər tutmaqla, mülki məsuliyyətin müəyyən edilməsində formal hüquqi münasibətlər deyil, faktiki hüquqi vəziyyət əsas götürülməli olduğunu, zərərvuran şəxs (İskəndərov Nemət Həsənbala oğlu) formal olaraq “X30” MMC ilə əmək müqaviləsi bağlamış olsa belə, "xxxx" QSC-yə təhkim olunmasını, dəmir yolları keçidləri üzrə nəzarətin "xxxx" QSC-də olduğunu, dəmiryolu keçidlərində işin fəaliyyətinə onun nəzarət etməli olduğunu nəzərə alaraq hesab edir ki, zərər "xxxx" QSC-nin nəzarətində olan yüksək təhlükə mənbəyi sahəsində, onun təlimatlandırdığı və onun tapşırıqları əsasında fəaliyyət göstərən işçi N.İsgəndərovun Təlimatın tələblərini pozması nəticəsində vurulduğundan məsuliyyət "xxxx" QSC-nin üzərinə düşür. Belə ki, hadisə zamanı N.İsgəndərovun həmin keçiddə keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən şəxs kimi olması onun cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməli olduğunu sübut edir. Habelə cavabdehin nümayəndəsi N.İsgəndərovun hadisə günü istirahət günü olmasını bildirsə də, hadisə nəticəsində sonuncunun ölməsi faktiki olaraq onun işdə olduğunu və cavabdehin bundan məlumatlı olduğunu təsdiq edir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh "xxxx" QSC Daxili İşlər Nazirliyinə ünvanladığı məktublarda və əməkdaşları tərəfindən yazılmış “X14-nəqliyyat hadisələri (YNH) haqqında malumat”da da İskəndərov Nemət Həsənbala oğlunu keçid növbətçsi vəzifəsini müvəqqəti icra edən kimi göstərməklə sonuncunun hadisə baş verdiyi zaman keçidə nəzarət etməli olan, onun tərəfindən təyin edilmiş şəxs olduğunu təsdiq etmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdehin müvəqqəti açılmasına razılıq verdiyi keçidlə (Şabran-Sarvan mənzilinin 2522 km. pk.3-də müvəqqəti dəmiryol keçidi) hadisənin baş verdiyi keçid (Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi) eynilik təşkil etmir. Məhkəmə iclasında cavabadehin nümayəndəsi bunu belə izah etmişdir ki, bəzi sənədlərdə həmin məsafə Bakı şəhərindən, bəzilərində isə əks tərəfdən hesablanmışdır. Lakin buna dair hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Həmçinin Bakı şəhərindən Rusiya Federasiyası sərhəddinə kimi məsafənin təxminən 210 km. olduğu nəzərə alındıq da 2522 km. məsafənin haradan hesablandığı qeyri-müəyyən olaraq qalır. Bundan başqa cavabdeh tərəf hadisə baş verən keçidə Azərbaycan X17 Agentliyi tərəfindən nəzrət edilməli olduğunu, sonuncu tərəfindən gözətçi təhkim edilməli olduğunu bildirsə də, faktiki olaraq hadisə zamanı həmin keçiddə özünün təhkim etdiyi N.İsgəndərov nəzarət etmiş və hadisə nəticəsində ölmüşdür. Həmçinin cavabdehin rəhbərliyi tərəfindən həmin keçidlə bağlı verilmiş müvafiq göstərişlərin Azərbaycan X17 Agentliyinə təqdim edilməsi, sonuncunun həmin göstərişi alması, əməkdaşlarına müvafiq təlimatlar verilməsi və s. barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Ona görə də, cavabdehin etirazına münasibətdə hazırkı mübahisə üzrə iddiaya cavab verməli olan şəxs Azərbaycan X17 Agentliyi Publik Hüquqi Şəxsi deyil, "xxxx" QSCdir. İddia tələbi 4 hissədən ibarətdir: 1) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə 31 369 manat; 2) “D655 SEM” markalı yük qaldırıcı traktorun hadisə yerindən evakuasiya edilməsi üçün 1 850 manat; 3) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş digər traktor üçün icarə haqqı kimi 7 332,66 manat; 4) “D655 SEM” markalı yük qaldırıcı traktorun 2023-cü il 26 aprel-06 iyun tarixləri arasında boş dayanmasına görə 10 071,6 manat. İddia tələbinin 1-ci hissəsi – “D655 SEM” markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə 31369 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının “D655 Sem” markalı yükqaldırıcı tarktora dəymiş ziyanla bağlı təqdim etdiyi qüsur aktı onun özü tərəfindən tərtib olunmuşdur. Həmin qüsur aktında qeyd edilmiş ehtiyyat hissələrinin isə həqiqətən hadisə zamanı yararsız hala düşməsi mübahisəli məsələdir. İş materiallarına əlavə olunmuş traktorun fotoşəkillərindən də dəymiş ziyanı müəyyən etmək mümkün deyildir. Çünki həmin fotoşəkillərdən qüsur aktında qeyd edilən ziyanın dəyməsi görünmür. Hazırkı halda traktora dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün ekspertiza təyin etmək də mümkün deyil, çünki artıq traktor tam təmir olunmuş və uzun zamandır istifadədir. İddiaçı tərəfindən iş materiallarına "xxxx" MMC-dən alınan ehtiyat hissələri üzrə göndərilən elektron qaimələr üzrə cəmi 18363,32 manat məbləğində ödəniş edilməsinə dair ödəniş tapşırıqları əlavə olunsa da, həmin elektron qaimələrdə qeyd olunan ehtiyat hissələrinin məhz həmin traktorun təmirində istifadə olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının öz fəaliyyəti ilə əlaqədar istifadəsində bir çox texnika olduğunu nəzərə aldıqda, əldə edilmiş ehtiyyat hissələrinin hansı texnikaya görə alındığını, həmçinin ekspertiza olmadan məhz hadisə nəticəsində zədələnmiş traktorun həmin ehtiyyat hissələrinə ehiyacı olmasını demək çox çətindir. Ona görə də, məhkəmə, traktora dəymiş ziyanın həcminin müəyyən olunmasının qeyri-mümkün olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi birinci hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi – “D655 SEM” markalı yük qaldırıcı traktorun hadisə yerindən evakuasiya edilməsi üçün 1850 manat ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iddiaçı traktorun təmir üçün evakuasiya xidmətindən istifadə olunaraq şəhərə gətirildiyini, yol-nəqliyyat hadisəsi baş verməsəydi iddiaçı tərəfindən belə bir xərcin çəkilməyəcəyini bildirmişdir. Cavabdehin faktiki olaraq işçisi sayılan N.İsgəndərovun şlaqbaumu vaxtında bağlamamasına görə iddiaçının traktorunun qatarla toqquşması nəticəsində iddiaçının zədələnmiş traktoru evakuasiya etməsi üçün 1850 manat xərc çəkməsi iş materiallarına əlavə edilmiş elektron qaimə və ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçının Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən delikt törətmiş işçisinə görə cavabdehdən dəymiş ziyanın əvəzinin tutulmasını tələb etmək hüququ vardır. Bununla belə məhkəmə, yol-nəqliyyat hadisəsinin baş verməsində İddiaçı MMC-nin sürücüsü İ.Əhmədovun da təqsirinin olduğunu, hazırkı halda təqsirin dərəcəsinin müəyyən edilmədiyini, Mülki Məcəllənin 1114.2-ci maddəsinin tələbinə əsasən təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələrin bərabər sayıldığını əsas götürərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, evakuasiya xidməti üzrə çəkilmiş 1850 manat xərcin yarısı, 925 manat cavabdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - “D655 SEM” markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş digər traktor üçün icarə haqqı kimi 7332,66 manat ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi 15 yanvar 2022-ci il tarixdə imzalanmış, yol-nəqliyyat hadisəsi isə xx.xx.2023-cü il tarixdə baş vermiş, yəni İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə hüquq münasibətləri hadisə baş verməmişdən əvvəl artıq mövcud olmuş və iddiaçı tərəfindən icarəyə texnika götürülmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçının hazırda icarə haqqısının ödənilməsini tələb etdiyi traktor əvvəldən onun icarəsində olmuş və bu hadisəyə görə icarəyə götürülməmişdir. Ona görə də, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin dördüncü hissəsi - “D655 SEM” markalı yük qaldırıcı traktorun 2023-cü il 26 aprel - 06 iyun tarixləri arasında boş dayanmasına görə 10071,6 manat məbləğində pulun ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı traktorun gündəlik qazancının nə qədər olması, həmçinin traktor işləsəydi hansı məbləğdə gəlirdən məhrum olması, zədələnmiş traktorun hansı işləri görməli olması barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Çünki “D655 SEM” markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə iddiaçının hansı işləri yerinə yetirə bilməməsi, bunun nəticəsində nə qədər qazancından məhrum olması və s. barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 30 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 925 (doqquz yüz iyirmi beş) manat dəymiş ziyan (evakuasiya üçün) və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5402/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5402/2025
14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver