Məhkəmə qərarları › İş №e-2-2(113)-547/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-547/2020

11.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-547/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azeriqaz'' İstehsalat Birliyi tərəfindən iddiaçıya (abonent kodu: **********00290) əsassız olaraq hesablanmış 4320 manat borcun silinməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanılan xx xxxxxx 2016-cı il tarixli 2051-08-16 saylı müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə yerləşən ünvanda qaz sayğacı quraşdırılmış və o, qazdan istifadə etmişdir. Sonradan mövsümi olaraq yəni hər il yay ayları başlayanda həmin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq, ekspertizaya göndərilərək, sayğacda nöqsan aşkar edilmədiyi halda qış mövsümü başlayanda yenidən quraşdırılır, Sonuncu dəfə 2017-ci ilin oktyabr ayında sayğac quraşdırılmış və 2018-ci ilin iyun ayında həmin sayğac çıxarılmışdır. Həmin saycağ quraşdırılarkən sayğacda heç bir nöqsanın olmadığı bildirilmiş, lakin 2019-cu ilin fevral ayında cavabdeh guya onun həmin təşkilata 4320 manat borcunun olması barədə bildiriş göndərilmişdir. Məsələni araşdırdıqda ona bildirildi ki, guya xx xxxxx 2017-ci il tarixdə sayğacı çıxarılarkən həmin sayğac ekspertizaya göndərilmiş və həmin sayğaca müdaxilə edilməsi aşkar edilmişdir. Sonradan həmin rəyə əsasən xx xxxxxx 2018-ci il tarixli qərar əsasında iddiaçı üçün həmin əsassız borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qaz sayğacına heç vaxt müdaxilə etməmiş və xx xxxxx 2017-ci il tarixdə çıxarılmış sayğaca 1 il 8 aydan sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə baxışın keçirilməsi və aktda göstərilən nöqsaların aşkar edilməsi şübhə doğurur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacının plasmas qapağın alt hissədən deşici alətlə deşildiyi aşkar edilmiş və tərtib edilən akta əsasən 4320 manat məbləğində ziyanın hesablanmışdır. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2016-cı ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Almaniya istehsalı, G6 markalı, mexanika tipli, zavod nömrəsi 28196575 olan texniki qaydalara cavab verən qaz sayğacı “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs abonent (abonent kodu: **********00290) İddiaçı təhvil verilərək, quraşdırılmışdır. xx.xx.2018-ci il tarixdə “Azeriqaz'' İstehsalat Birliyinin BRQSD-nin rəisi Z.Rəsulov tərəfindən təsdiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, 29/1640-01205-99 saylı rəyə əsasən 28196575 nömrəli sayğacın plastmas qapağı alt hissədən deşici alətlə deşilib və dəymiş ziyan hesablanmalıdır. xx.xx.2018-ci il tarixli Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması üzrə komissiyanın qərarından görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahə, ev 1, mənzil 29 ünvanında yerləşən istixanada istehlakçı İddiaçı tərəfindən 21600 m3 miqdarında yəni 4320 manat dəyərində qaz sərfiyyatı aparılmaqla “Azeriqaz'' İstehsalat Birliyinə ziyan vurulmuşdur. İddiaçı abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2018-ci ilin dekabr ayına görə 448,37 manat əvvəlki aylar üzrə borcu, 21600 m3 miqdarında qaz sərfiyyatına görə 4320 manat qalıq borcu və ayın sonuna ümumilikdə 4768,37 manat borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Həmçinin məhkəmə cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 1 il 8 ay öncə istismardan çıxarılan qaz sayğacına baxışı keçirərkən plasmas qapağın alt hissədən deşici alətlə deşildiyi aşkar etməsini inandırıcı hesab etmir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və “Azeriqaz'' İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 4320 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Abüzər oğluna (abonent kodu: **********00290) hesablanmış 4320 manat məbləğində borc silinsin. Cavabdeh “Azeriqaz'' İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar