Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-556/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı cərimənin aradan qaldırılması və yeni sayğacın alınması üçün ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış, 1.200 manat məbləğində borcun silinməsi və yeni sayğacın alınmasına ödənilmiş 530,43 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai raoyunu, Şixliniski 39 saylı binanın qarşısında iddiaçıya məxsus obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin obyektin qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə sökülmüş və laboratoriya yoxlanışına göndərilmişdir. xx.xx.2019 -cu il tarixində Cavabdeh əməkdaşları obyektə gələrək, heç bir əsas təqdim etmədən sayğacın istismar müddətinin bitdiyini və yenisi ilə əvəz etmək üçün 530 manat 43 qəpik ödəmək məcbuiyyətində olduğunu bəyan edərək, ödəmədiyi təqdirdə qaz xəttini kəsəcəklərini bildirmişlər. Məcburiyyət qarşısında qalıb o, cavabdehə 530 manat 43 qəpik ödəmişdir. Yeni saygac quraşdırılan müddətdən 2 ay sonra xx.xx.2019-cu il tarixdən Cavabdeh əməkdaşları AKT № MSK 29/1640-01107-1 nömrəli aktı təqdim edərək, iddiaçının sayğacın plomblarının rəngi uyğun olmadığına görə ona 1.200 manat cərimə yazılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi onlar özləri daşıdığına görə hazırki halda da iddiaçı hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, o sayğacının işlək vəziyyətdə saxlanması üçün məsul şəxsdir və sayğacın işlək vəziyyətdə olmadığı müddətdə qaz itkisinə görə, yəni iddiaçıya məxsus obyektdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi üzrə kombinin saatda 3.5 kub metr orta günlük iş rejimi 20 saat, peç qazının saatda 0.6 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş 6.048 kub metr qazın bərpası üçün iddiaçıya 1.200 manat məbləğində borc hesablanmışdır. Sonda o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehinnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektdə qaz xətti üzərində G-6 markalı qaz sayğacı həmin tarixdə quraşdırılmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı 2019-cu ilin aprel-iyul ayları üçün 6.048 m3 qaz sərfiyyatına görə 1.200 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yoxlanılması üçün çıxarılmışdır.xx.xx.2019-cu il tarixdə isə təbii X2nın pozulması haqqında ******* saylı akt tərtib edilərək iddiaçıya 2019-cu ilin aprel-iyul ayları üçün 6.048 kub metr qaz sərfiyyatına görə 1.200 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent kodu **********1004001 olan İddiaçı abonent saldosundan görünür ki, iddiaçının 2019-cu ilin aprel ayınadək qalıq və aktlar üzrə heç bir borcu qeydə alınmamışdır. Bundan başqa iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 336 saylı və xx.xx.2019cu il tarixli, 228 saylı hesab fakturalarından görünür ki, İddiaçı tərəfindən istehlak edilmiş qazın dəyərini ödəmişdir. “X2”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Beləlikə də, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 1.200 manat borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Belə olan halda isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, Cavabdeh İB ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii X2nın pozulması nəticəsində 1.200 manat məbləğində pulun ödənilməsi tələbi əsassızdır. Yeni sayğacın alınması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********, **********00005 abonent kodu) əsassız hesablanmış 1.200 (bir min iki yüz) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-556/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-556/2020
05.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver