Məhkəmə qərarları › İş №e-2-2(113)-5578/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5578/2022

21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5578/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətin təsisçilər arasında bölünməsi və ondan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus ümumi dəyəri 7.324.942,5 manat olan 6 957 899,17 manat dəyərli əsas vəsaitlərdən və 367 043,33 manat dəyərli istehsal ehtiyatları və kapital qoyuluşundan ibarət olan əmlakların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq cavabdehlə iddiaçılar arasında bölünməsi və natural qaydada ayrılaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə qanunvericiliklə nəzərdə tutulmuş qaydada çatdırılmasına dair hər hansı bir sənəd iddiaya əlavə edilməmişdir. MPM-nin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, MPM-nin 150.1 və 150.1.2.-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. MPM-nin 112.1 və 112.1.2-ci maddələrinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti iddia qiyməti 1.000.000 manatdan çox olduqda dövlət rüsumu 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) müəyyən edilir. Məhkəmə müəyyən edir ki, iddiaçılar 100 manat dövlət rüsumu və mediasiya prosesi ilə bağlı mediasiya xərci kimi 100 manat pul ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 4 578 089 manat olduğundan və dövlət rüsumu kimi 100 manat, mediasiya xərci kimi 100 manat ödənildiyindən iddia ərizəsi verilərkən 2879 manat (3079-100-100 = 2879 manat) məbləğində dövlət rüsumu ödənilməli idi, lakin iddiaçılar dövlət rüsumunu tam ödəməmişdir. MPM-nin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə qanunvericiliklə müəyyən olunmuş qaydada çatdırılmasını və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin verilməsi zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə yenidən müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətin təsisçilər arasında bölünməsi və ondan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı2 və İddiaçı1 geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar