Məhkəmə qərarları › İş №e-2-2(113)-5693/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5693/2025

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5693/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın geri qaytarılması” tələbi barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: əmlakın özgəsindən geri qaytarılması Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Bənəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2, eyni zamand vəkili və nümayəndəsi Vəkil1 oğlunun, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı “əmlakın geri qaytarılması tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi podratçıya layihənin bir hissəsini təşkil edən işləri layihə üçün ayrılmış sahədə yerinə yetirmək və baş çatdırmağı, podratçı isə müqavilənin razılaşdırılmış ümumi dəyəri əsasında işlərin yerinə yetirilməsini və başa çatdırılmasını öhdəsinə götürmüşdür.

2. Cavabdeh MMC "xxxx" MMC-nin hüquqi varisidir.

3. Tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş, iddiaçı cavabdehə qarşı (əvvəl "xxxx" MMC-yə qarşı qaldırılsa da, sonradan cavabdehlə əvəz edilməklə) “pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc kimi 786719,47 ABŞ dolları, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat, vəkil xidməti üçün ödənimiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1058 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3085/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələrində nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehin sifarişləri əsasında tərəflərindən görülmüş işlərin qarşılığı olaraq 901470 ABŞ dollarının ödənilmədiyini iddia edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin keçməsi ilə bağlı olaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, həmin tələb üzrə iddia müddəti ötmüşdür.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3085/2024 saylı qətnaməsi ilə həmin işin faktiki halı kimi müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçıya - xx.xx.2015-ci il tarixli invoysa əsasən 317.681,37 ABŞ dolları, iddiaçı tərəfindən təqdim olunmuş - MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 333565,44 manat (317.681,37 ABŞ dolları) və MG 102/15 saylı, xx.xx.2015- ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 148386,77 ABŞ dolları ödənilməlidir. Habelə, iddiaçı tətəfindən təqdim edilmiş - xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən “Trump Tower” üçün əlavə Balustradların ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; xx.xx.2014cü il tarixli hesab fakturaya əsasən Özək 6 üçün əlavə divar relsləri və çərçivə ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6949,6 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən lift şaftı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 174 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Trump Tover MEP qaldırıcı yeni açılışı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 447,6 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən dəstək örtüyünün əsas lövhələrin təchizatı və quraşdırılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3949 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən səviyyə girişləri üzrə polad çərçivənin çıxarılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 50228,10 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əsas 1 və əsas 2 səviyyələri üçün əlavə çərçivələr və divar relsləri -1-dən 3-ə qədər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 45892,60 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən görülmüş işlərin ümumi qiyməti 186332,88 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri və divar/pilləkən özəyi üçün tavan örtüyü ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 36750 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə tutacaqlar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən caküzi qiymətinə giriş platforması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 2817 ABŞ dolları; xx.xx.2014cü il tarixli hesab fakturaya əsasən L14L15 yoxlanılmış ayırıcı korpus ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3586 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən açıq ocaq sobası üçün ventilyasiya valları ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 9339,40 ABŞ dolları; xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri, maşın dayanacağı, pilləkən özəyi ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4050 ABŞ dolları; xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 01 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4360 ABŞ dollar; xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 33 və 32 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6737 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən çiller həyəti üçün genişləndirilmiş tor hasar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 65916,60 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 186332,88 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 13656 ABŞ dolları; xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən divar və tavanların suvaq və rəngləmə işləri, dayanacaqda pilləkənlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 11420,80 ABŞ dolları; 9.11.2014-cü il tarixli hesab fakturaya əsasən soyuducu sahə və landşaft sahəsi üçün panjur ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 23369,98 ABŞ dolları təşkil edir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-100/2025 nömrəli, xx.xx.2025-ci tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3085/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İDDİA ƏRİZƏSİNİN VƏ İDDİA ƏRİZƏSİNƏ ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı 901347 ABŞ dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290) məbləğindəki əmlakların (tikinti avadanlıqları, mal və materiallar) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Trump Tower” adlı layihənin inşasında iştirak etmiş və bu layihənin inşası üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş şirkətdir. Şirkət həmin layihənin həyata keçirilməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirsə də, sonradan yaranmış (onlardan aslı olmayan) problemlərlə bağlı layihənin inşası dayandırılmışdır. Həmin dövr üzrə tikintinin inşasına "xxxx" MMC rəhbərlik edirdi. Amma sonradan "xxxx" MMC-nin bütün hüquq və öhdəlikləri cavabdehə təhvil verildi. "xxxx" MMC tikintinin inşasına rəhbərlik etməklə yanaşı, görülən işlərin dəyərini ödəməyi həyata keçirsə də, sonradan baş vermiş və onlardan aslı olmayan səbəblərdən aslı olaraq tikinti işləri dayandırıldığı üçün bildirildi ki, cəmiyyətlərinə məxsus olan, dəyəri 901347 ABŞ dolları məbləğindəki əmlaklar (tikinti avadanlıqları, mal və materiallar) cavabdeh tərəfindən bizə qaytarılacaq. 2025-ci ilin yanvar ayında olan, tərəflərin (Cavabdeh MMC ilə İddiaçı arasında) qarşlıqlışəkildə razılaşdığışifahi razılaşmaya baxmayaraq, həmin əmlaklar hələdə cəmiyyətimizə qaytarılmayıb. Bununla bağlı həmin əmlakların, yənicəmiyyətimizə məxsus olan, dəyəri 901347 ABŞ (doqquz yüz bir min üç yüz qırx yeddi) dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290 (bir milyon beş yüz otuz iki min iki yüz doxsan manat)) məbləğindəki əmlakların (tikinti avadanlıqları, mal və materiallar) 14 iyul 2025ci il tarixinə kimi qaytarılmasını cavabdehdən xahiş etsələrdə, müraciətilərinə cavab verilməyib. Cəmiyyətə məxsus olan, dəyəri 901347 ABŞ dolları məbləğindəki əmlaklar (tikinti avadanlıqları, mal və materiallar) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı MMC ilə Cavabdeh MMC-nin hüquqi varisi olan "xxxx" MMC arasında 21 may 2014-cü il tarixli, TC4550 nömrəli Podrat Müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Həmin Müqavilə üzrə müəyyən edilmiş ödənişlər son tarix olaraq 2015-ci ildə həyata keçirilmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı yuxarıda qeyd olunan Müqavilə üzrə göstərdiyini iddia etdiyi xidmətlərə dair “pulun tutulması” tələbinə dair iddiası iddiaçı tərəfindən iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin buraxılması əsası ilə təmin edilməmişdir. - İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-100/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bundan sonra İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə hazırkı iş üzrə Cavabdeh MMC-dən 901,347.00 ABŞ dolları (doqquz yüz bir min üç yüz qırx yeddi ABŞ dolları, 00 sent) dəyərində əmlakın (tikinti avadanlıqları, mallar və materiallar) geri qaytarılması barədə əmlak tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Qeyd etmək zəruridir ki, qeyd olunan məbləğ dəyərində olan əmlaklar tərəflər arasında bağlanmış 21 may 2014-cü il tarixli, TC4550 nömrəli Podrat Müqaviləsinin nəticəsində quraşdırılmışdır və onların dəyəri daha əvvəl yuxarıda qeyd olunan və barəsində yekun məhkəmə aktı çıxarılan məhkəmə işi üzrə tələb edilmişdir. Həmçinin həmin müqavilə üzrə iddiaçının iddia tələbinə daha əvvəl Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-100/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələri tərəfindən münasibət bildirilmiş və iddia təmin edilməmişdir. 2 - Bununla belə, hazırkı iddia tələbi tərəfləri, hüquqi əsası və predmeti baxımından Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq həll edilmiş mübahisə ilə eynilik təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verməlidir. - Xüsusilə vurğulamaq istərdik ki, hər iki iş üzrə tərəflər eyni olub, iddiaçı qismində İddiaçı MMC, cavabdeh qismində isə Cavabdeh MMC çıxış etmişdir. Həmçinin, hər iki iş üzrə iddiaların hüquqi əsası eyni müqavilə – 21 may 2014-cü il tarixli, TC4550 nömrəli Podrat Müqaviləsi olmuş və iddiaçının irəli sürdüyü iddia və tələblər eyni hüquqi münasibətlərdən qaynaqlanaraq həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış hüquqların bərpasına iddia edilmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədiklərini bildirmiş, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPMin 185-ci maddəsinə əsasən sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Konstitusiyası:

11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Maddə 148, İİ hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

14. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İŞƏ BAXAN MƏHKƏMƏNİN MÖVQEYİ:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. İşin mübahisəsiz halıdır ki, cavabdehin də hüquqi varisi olan "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında əvvəl mövcud olmuş mübahisə üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3085/2024 saylı qətnaməsi ilə həmin işin faktiki halı kimi müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli invoysa əsasən 317.681,37 ABŞ dolları, iddiaçı tərəfindən təqdim olunmuş - MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 333565,44 manat (317.681,37 ABŞ dolları) və MG 102/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 148386,77 ABŞ dolları ödənilməli borcu olmuşdur. Həmçinin, həmin qətnamə ilə müəyyən edilmişdir ki, 2014-2015-ci illər üzrə müxtəlif vaxtlarda yerinə yetirilməli işlərlə bağlı iddiaçı tərəfindən cavabdehə hesab fakturalar təqdim edilmişdir. İddiaçının hazırkı tələbi isə sözügedən podrat müqaviləsi çərçivəsində işlərin yerinə yetirilməsi üçün aldığı, lakin iddia etdiyinə görə hazırda da cavabdehin qanunsuz sahibliyində olan 901347 ABŞ dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290) məbləğindəki əmlakların geri qaytarılması ilə bağlıdır. Odur ki, iddia tələbinin qanuni əsasını AR Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir.

25. Qeyd edilən maddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

26. Qeyd edilən müddəadan da görünür ki, sübuta yetirilməli olan birinci şərt tələb edilən əmlakın onu tələb edən şəxsin mülkiyyətində olması ilə bağlıdır. Başqa sözlə, iddiaçı həm əmlakın mövcudluğunu, həm də həmin əmlakın mülkiyyətçisi olduğunu sübuta yetirməlidir. Əmlakın mövcudluğu ilə bağlı iddiaçının dəlilinə görə onları podrat işlərinin yerinə yetirilməsi üçün cavabdehin nəzarətində olan ərazidə yerləşdirmiş, lakin həmin əmlaklar sonradan oradan daşınmış və haraya aparılması ilə bağlı hər hansı məlumata malik deyil. İddiaçı əmlakın daşınması ilə bağlı sübut qismində yalnız cavabdehin nəzarətində olan ərazidə bir anbar tikilisinin (iddiaçı bildirir ki, tələb etdiyi dəyərdə olan əmlaklar – tikinti materialları həmin anbarda olmuşdur) olmasını, sonradan isə təxminən 2021-2022-ci illərdə onun həmin ərazidə mövcud olmaması ilə bağlı məhkəməyə peyk görüntülərini təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, digər daha mötəbər sübutlarla təsdiq edilmədiyi halda, əmlakların mövcudluğu ilə bağlı iddiaçının irəli sürdüyü həmin dəlil ağlabatan hesab edilə bilməz. Belə ki, iddiaçı nə göstərdiyi dəyər həcmində əmlakın həqiqətən də qeyd etdiyi anbarda yerləşməsi ilə bağlı, nə də həmin əmlakın sonradan oradan daşınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının əmlakın daşınmasını ehtimal etdiyi fakt isə yalnız cavabdehin nəzarətində olan ərazidə anbar tikilisinin əvvəl mövcud olması, sonradan isə orada görünməməsini göstərən peyk göstəricisindən ibarət məlumata əsaslanmasından ibarətdir.

27. Mübahisəli əmlakın ona mülkiyyət hüququ (yaxud başqa qanuni əsasla) ilə məxsus olması barədə də, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

28. Mübahisəli əmlakların cavabdehin sahibliyində olması barədə də iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında olan təhvil-təslim aktları üzrə əşyaların isə cavabdehə, yaxud hüquqi varisi olduğu "xxxx" MMC-yə deyil, müştəri qismində “Garant Holdinq” adlı şirkətə təhvil verildiyi müəyyən edilir. Beləliklə, iddiaçı iddia ərizəsində göstərdiyi dəyərdə əmlakları cavabdehin sahibliyinə verməsi, yaxud onun sahibliyində olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əmlakın cavabdehin sahibliyində olması ilə bağlı şərtin ödənilməməsi digər, yəni sahibliyin qanunsuz olması ilə bağlı Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan sonuncu dispozitiv şərtin yoxlanılması zərurətini aradan qaldırır.

29. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı nə tələb etdiyi əmlakın mövcvud olması, nə həmin əmlakın onun mülkiyyətində (yaxud qanuni sahibliyində) olması, nə də onların cavabdehin sahibliyində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

30. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi bağlı olduğundan həmin tələblərə iddia müddəti tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmi dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar