Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5930/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X5 Gas Limited” Şirkətinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Dövlət Neft Şirkəti) qarşı “avadanlıqların qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıda qeyd olunan dəyəri təxminən 100000 manat olan “WANGUO CPT 986 XÜSUSİ” markalı H012176 dövlət qeydiyyat nişanlı avtomaşın - “JİANG LİNG SJX5226İSN XÜSUSİ” markalı H012112 dövlət qeydiyyat nişanlı avtomaşın - “JİANG LİNG SJX5280LSN25 XÜSUSİ” markalı H012160 dövlət qeydiyyat nişanlı avtomaşın - “SHUNFENG NY C53206SN YÜK” markalı AA862144 dövlət qeydiyyat nişanlı avtomaşın - “SSANG YONG REXTON RX270XDİ” markalı AA648032 dövlət qeydiyyat nişanlı avtomaşın - “UAZ 23602 YÜK” markalı AA649176 dövlət qeydiyyat nişanlı avtomaşın - “SHUNFENG NY C5320GSN YÜK” markalı AA862145 dövlət qeydiyyat nişanlı avtomaşın - 20 ədəd iritutumlu çən - 1 ədəd konteynerin cavabdeh “X5 Gas Limited” Şirkətindən alınaraq İddiaçı MMC-yə təhvil verilməsi və 390 manat məbləğində dövlət rüsumu xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində EMİS vasitəsi ilə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən 3-cü çəxsin nümayəndəsi bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X5 Gas Limited” Şirkətinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Dövlət Neft Şirkəti) qarşı “avadanlıqların qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 290 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5930/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5930/2024
29.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver