Məhkəmə qərarları › İş №e-2-2(113)-62/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-62/2021

12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-62/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh X3 (MMM) qarşı qeyri – yaşayış sahəsindən qanunsuz istifadəyə son qoyulması, cəmiyyətə təhvil verilməsi, dəmir pilləkənlərin, artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi və icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, 1279,6 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 1,85x6,20 ölçüdə olan hissəsinə cavabdehin qanunsuz istifadəsinə son qoyulması, boşaldılaraq MMC-yə təhvil verilməsi, ona məxsus sahənin üstünə cavabdeh tərəfindən quraşdırılmış dəmir pilləkənin cavabdehin maddi vəsaiti hesabına sökülməi, klinikanın Sarayevo küçəsi tərəfindən piyada keçidini məhdudlaşdıran, həmçinin kinoteatrın kənar görüntüsünü məhdudlaşdıran artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi və 60 ayın icarə haqqı məbləği, yəni 15780 manatın cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 1279,6 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. MMC-nin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX tərəfindən 26.09.2013-cü il tarixdə ********** nömrə ilə qediyyata alınaraq, RX0243966 nömrəli çıxarış verilmişdir. MMC-yə məxsus qeyri-yaşayış sahəsini qonşuluğunda “Turan” Klinikası fəaliyyət göstərir. Həmin klinikanın rəhbərliyi qonşu olaraq xahiş etmişdir ki, 1,85x6,20 ölçüsündə olan sahəni müvəqqəti istifadə etmək üçün onlara verilsin. İddiaçı heç bir rəsmiləşdirmə aparmadan həmin sahədən istifadə etmədiyi üçün onlara müvəqqəti olaraq istifadə edilməsi üçün icazə vermişdir. Son zamanlarda həmin sahə MMC-nin öz istifadəsinə lazım olduğu üçün “Turan” Klinikasının rəhbərliyinə müraciət edərək qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsini bildirmişdi. Lakin klinikanın rəhbərliyi buna əhəmiyyət vermədən hələ də həmin sahədən istifadə edərək boşaltmayacağını bildirmişdi. Həmçinin qeyd olunan ölçülərdə iddiaçı cəmiyyətə məxsus sahənin üstünə cavabdeh tərəfindən dəmir pilləkən quraşdırılmışdır ki, həmin pilləkəndə gələcəkdə də maneçilik törədəcəkdir. Eyni zamanda cavabdeh klinikanı inşa edərkən Sarayevo küçəsi tərəfindən piyada keçidinə təxminən 3-4 metr daxil olmuşdur ki, bu da piyadaların hərəkətlərinin məhdudlaşdırmaqla yanaşı, həmçinin kinoteatırın görünməsini qarşısını alır ki, son nəticədə də kinoteatrın normal fəaliyyətinə maneçilik törədir. Həmin ərazidə qeyri – yaşayış sahəsinin 1 kv.m üçün orta icarə haqqı 23 manat təşkil edir. Belə olan halda 1 ay üçün orta icarə haqqı məbləği 263 manat təşkil edir. Buna görə də 60 ay üçün 15780 manat məbləğində icarə haqqı məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçını nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********51-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında 020417 ha torpaq sahəsi və ümumi sahəsi 2033,6 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyətdə olmaqla, Daşınmaz əmlakın Dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1852 nömrəli vərəqində İddiaçı MMC-nın adına hüquqi qeydiyyata alınmış və 25.09.2013-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan 0.12236 ha torpaq sahəsi və mülkiyyətində olan ümumi sahəsi 2304 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası Daşınmaz əmlakın Dövlət reyestrində 60 nömrəli reyestr kitabının 5623 nömrəli vərəqində Cavabdeh MMM-in adına qeydiyyata alınmış və 08.08.2014-cü il tarixli Texniki papsort tərtib edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 31 avqust 2021-ci il tarixli hesabatda qeyd olunmuşdur ki, ünvan 2 №-li qeyri-yaşayış binasının “A” tikilisinin tərkibində yerləşən 1 kv.m üçün aylıq icarə haqqı 23 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin hallarından göründüyü kimi Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********51-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında 020417 ha torpaq sahəsi və ümumi sahəsi 2033,6 kv.m. olan 4 mərtəbəli qeyriyaşayış binası xüsusi mülkiyyətdə olmaqla, Daşınmaz əmlakın Dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1852 nömrəli vərəqində İddiaçı MMC-nın adına hüquqi qeydiyyata alınmış və 25.09.2013-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. İddia ərizəsində qeyd olunan xüsusatların araşdırılması məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 17 iyul 2021-ci il tarixli, 10/1414 №-li rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasına dair tərtib edilmiş 25.09.2013-cü il tarixli texniki pasport sənədində A1 literli tikilinin 1,85x6,2 metr ölçüdə olan 22 saylı anbar tikilisi faktiki olaraq Cavabdeh MMM tərəfindən istifadə olunur. Məhkəmə hesab edir ki, iddiaçı həmin anbar sahəsinin qanuni mülkiyyətçisi olduğundan, hüquqları daşınmaz əmlakın dövlət reyestrindən hüquqi qeydiyyata alındığından cavabdehdən mülkiyyətçi kimi ona məxsus sahənin boşaldılmasını tələb etmə hüququna malikdir və buna görə də iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddianın digər hissəsini təşkil edən “iddiaçıya məxsus sahənin üstünə cavabdeh tərəfindən quraşdırılmış dəmir pilləkənin cavabdehin maddi vəsaiti hesabına sökülməi, klinikanın Sarayevo küçəsi tərəfindən piyada keçidini məhdudlaşdıran, həmçnin kinoteatrın kənar görüntüsünü məhdudlaşdıran artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi” tələbləri bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan 0.12236 ha torpaq sahəsi və mülkiyyətində olan ümumi sahəsi 2304 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası Daşınmaz əmlakın Dövlət reyestrində 60 nömrəli reyestr kitabının 5623 nömrəli vərəqində Cavabdeh MMM-in adına qeydiyyata alınmış və 08.08.2014-cü il tarixli texniki papsort tərtib edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında Cavabdeh MMM-ə məxsus klinikanın yerləşdiyi bina şəhərsalma tikinti norma və qaydalarına, həmçinin, layihəyə uyğun inşa edilib-edilməməsinin, əgər uyğun deyildirsə, bu uyğunsuzluq "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri – yaşayış binası üçün və iddiaçının hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr və məhdudiyyətlər yaradıb yaratmamasının, cavabdehə məxsus klinikanın yerləşdiyi binanın ətrafında layihədən kənar tikinti – quraşdırma işlərinin aparıldığı təqdirdə bu, klinikanın Sarayevo küçəsi tərəfdən piyada keçidini məhdudlaşdırıb-məhdudlaşdırılmamasının və Cavabdeh MMM tərəfindən inşa olunmuş tikili piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üzərində inşa edilməsinin, əgər inşa edilmişdirsə piyada səkisinin hansı ölçüdə hissəsini əhatə etməsinin müəyyən edilməsi barədə suallar qoymuşdur. Ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehə məxsus klinikanın yerləşdiyi inzibati binanın planlı yerləşməsinin, ölçülərinin və konfiqurasiyanın 08.08.2014-cü il tarixli Texniki Pasport sənədinə uyğun olduğunu, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********86-06301 reyestr nömrəli çıxarış sənədinə əsasən qeydiyyata alındığını nəzərə alaraq, həmin binanın şəhərsalma tikinti və norma qaydalarına, həmçinin layihəyə uyğun inşa edildiyi, o cümlədən cavabdehə məxsus klinikanın yerləşdiyi binanın ətrafında layihədən kənar tikinti-quraşdırma işlərinin aparılmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. İddianın digər hissəsi - “60 ayın icarə haqqı məbləği, yəni 15780 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, icarə haqqının tutulması tələbi irəli sürülürsə, tərəflər arasında icarə müqaviləsi mövcud olmalıdır. Lakin işin hallarından və iddia ərizəsinin məzmunundan da görünür ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdı və həmin sahə əvəzsiz qaydada cavabdehin istifadəsinə vermişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdehdən, 50 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X2rşı qeyri – yaşayış sahəsindən qanunsuz istifadəyə son qoyulması, təhvil verilməsi, dəmir pilləkənlərin, artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi və icarə haqqının ödənilməsi barədə iddiası qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən qeyri – yaşayış sahəsinin 1,85x6,2 metr ölçüdə olan anbar tikilisi Cavabdeh tərəfindən boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə tikinti - texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi Cavabdehndən, 50 manat məbləğində hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar