Məhkəmə qərarları › İş №e-2-2(113)-6407/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6407/2025

05.11.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6407/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X4rşı cərimənin silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X4rşı cərimənin silinməsitələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X6 Xidməti” X8nin strukturu daxilində fəaliyyət göstərən Sabunçu rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 603105 nömrəli aktının ləğv edilməsi və İddiaçı ASC-nin barəsində təyin olunmuş 4093,42 manat (dörd min doxsan üç manat doxsan iki qəpik) məbləğində cərimənin bankın abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 və İddiaçı ASC (bundan sonra “Bank”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4də yerləşən məişət xidməti məntəqəsi bankın icarəsinə verilmişdir. xx.xx.2024-cü il tarixində qeyd edilən obyektin su təchizatı və kanalizasiya sisteminə “İri Şəhərlərin X6 Xidməti” X8nin (bundan sonra “Cavabdeh”) strukturu daxilində fəaliyyət göstərən Sabunçu rayon Sukanal İdarəsi tərəfindən baxış keçirilmiş və sudan qeyri-qanuni istifadə aşkar edilərək, xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt tərtib olunmuş (həmin akt məlum olmayan səbəbdən banka (“Bakıxanov” filialına) yalnız 7 (yeddi) ay sonra, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir) və bank cərimələnmişdir. Qeyd edilən aktın tərtib edilməsinə əsas olmuş pozuntu bank tərəfindən törədilməmiş, həmin ərazidə fəaliyyət göstərən digər obyekt sayğacdan kənar su təchizatı sisteminə qoşularaq, bu xidmətdən qanunsuz istifadə etmişdir. Bununla əlaqədar Sabunçu rayon Sukanal İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanmış və bankın törədilmiş pozuntuya münasibətdə təqsirinin olmadığını nəzərə alaraq, yol verilmiş yanlışlığın aradan qaldırılması və müvafiq cərimənin aidiyyəti şəxs barədə tərtib edilməsi xahiş edilmişdir. Əlavə olaraq, qeyd edilən yanlışlıqla bağlı xx.xx.2025-ci il tarixində bank tərəfindən X2 da müraciət ünvanlanmış, onun sayğacdan kənar su təchizatı sisteminə qoşularaq bu xidmətdən qanunsuz istifadə edən obyektin icarəyəverəni olduğunu nəzərə alaraq, müvafiq cəriməni ödəməsi xahiş edilmişdir. Lakin icarəyəverən tərəfindən həmin məktuba indiyədək hər hansı cavab təqdim edilməmiş və müvafiq cərimə ödənilməmişdir. Sabunçu rayon Sukanal İdarəsi tərəfindən Banka təqdim edilən xx.xx.2025-ci il tarixli, 3-53-3-10/2- 1-880/25 nömrəli cavab məktubunda isə su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə bankın 4093,42 manat borcu olduğu bildirilərək, həmin borcun bank tərəfindən ödənilməsi xahiş edilmiş, lakin pozuntunun su təchizatı sisteminə qoşulan digər obyekt tərəfindən törədilməsi halına hüquqi qiymət verilməmiş və cərimənin bankın abonent hesabından silinməsi barədə müraciətə mahiyyəti üzrə münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, pozuntunun bank tərəfindən törədilməməsinə baxmayaraq, yol verilmiş yanlışlığın aradan qaldırılaraq müvafiq cərimənin bankın abonent hesabından silinməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı tədbir görülmədiyi üçün qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X8 tərəfindən xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt əsasında hesablanmış cərimənin İddiaçı ASCnin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Sudan istifadə qaydaları” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hazırda həmin məbləğdən təxminən 3882 manat hissə ödənilməmiş qalır və həmin məbləğin silinməsinə etiraz etmir.

8. "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 010459 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2011-ci il tarixli, 01 nömrəli qərarına uyğun olaraq abonent tərəfindən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və abonentdən qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,3 manat məbləğində müəyyən edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC ilə X3 arasında imzalanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin mülkiyyət hüququ haqqında 001739 saylı şəhadətnaməsinə əsasən 3 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmış (qeydiyyat nömrəsi: 001739; qeydiyyat tarixi: xx.xx.2003) Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4də yerləşən məişət xidməti məntəqəsi X3 tərəfindən İddiaçı ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarə müddəti xx.xx.2012-ci ildən etibarən 5 il təşkil edir. İcarə müddəti xx.xx.2012-ci il tarixindən başlayır, xx.xx.2017-ci il tarixdə başa çatır; 4.3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 6 (altı) ay qalanadək tərəflərdən heç biri yazılı qaydada müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə, icarə eyni şərtlərlə və eyni müddətə (5 il) uzadılmış hesab edilir.

10. İddiaçı ASC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X6 Xidməti” X8 Sabunçu Rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 489 nömrəli məktubda qeyd edilmişdir ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4də yerləşən məişət xidməti məntəqəsi Bankın icarəsinə verilmişdir. xx.xx.2024-cü il tarixində qeyd edilən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sudan qeyriqanuni istifadə aşkar edilərək, xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt (surəti əlavə edilir) tərtib olunmuş, Banka (“Bakıxanov" filialına) isə yalnız təqribən 7 (yeddi) ay sonra, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Qeyd edilənlərə əsasən bildirilir ki, müvafiq aktın tərtib edilməsinə əsas olmuş pozuntu bank tərəfindən törədilməmiş, həmin ərazidə fəaliyyət göstərən digər obyekt sayğacdan kənar su təchizatı sisteminə qoşularaq, bu xidmətdən qanunsuz istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan İStifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Qeyd edilənləri və bankın törədilmiş pozuntuya münasibətdə təqsirinin olmadığını nəzərə alaraq, yol verilmiş yanlışlığın aradan qaldırılması və müvafiq cərimənin aidiyyəti şəxs barədə tərtib edilməsi xahiş edilmişdir.

11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X6 Xidməti” X8 Sabunçu Rayon Sukanal İdarəsi tərəfindən “Bank” of Baku” ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-3-10/2-1-880/25 nömrəli məktubla bildirilmişdir ki, Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində ünvan 4 ünvanında su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilən zaman sudan qeyri-qanuni istifadə faktı aşkarlanmış və bununla bağlı olaraq xx.xx.2024-cü il tarixli, 603105 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 2052 m3 sərfiyyat hesablanmışdır (müqavilə 010459). Hazırda xx.xx.2025-ci il tarixinə su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə bankın hesabında 4093,42 manat borc vardır. Qeyd edilən borc dəymiş ziyana görə hesablanan borcdur. Yaranmış borcun ödənilməsi xahiş edilmişdir.

12. İş materiallarına “İri Şəhərlərin X6 Xidməti” X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt əlavə edilmişdir. Həmin akta əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı haqqında aktda İddiaçı ASC-nin 2052 m3 miqdarında 4104 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurduğu qeyd edilmişdir.

13. “İri Şəhərlərin X6 Xidməti” X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən xx.xx.2024-cü il tarixli, 603105 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə xx.xx.2024-cü il tarixinə qalıq borcu 4093,42 manat təşkil edir.

14. İddiaçı ASC tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 617 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində qeyd edilən obyektin su təchizatı və kanalizasiya sisteminə Sabunçu rayon Sukanal İdarəsi tərəfindən baxış keçirilmiş və sudan qeyri-qanuni istifadə aşkar edilərək, xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt tərtib olunmuş, həmin akt banka ("Bakıxanov" filialına) yalnız təqribən 7 (yeddi) ay sonra, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Sabunçu rayon Sukanal İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanmış və müvafiq aktın tərtib edilməsinə əsas olmuş pozuntunun bank tərəfindən törədilmədiyi, həmin ərazidə fəaliyyət göstərən digər obyektin sayğacdan kənar su təchizatı sisteminə qoşularaq bu xidmətdən qanunsuz istifadə etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Sudan istifadə Qaydaları"nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Bankın törədilmiş pozuntuya münasibətdə təqsirinin olmadığını və sayğacdan kənar su təchizatı sisteminə qoşularaq bu xidmətdən qanunsuz istifadə edən obyektin icarəyəverəni olduğunuzu nəzərə alaraq, müvafiq cərimənin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. İş materiallarına İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SH-3510/23 nömrəli müqavilə, həmin müqaviləyə xx.xx.2023-cü il tarixli, 01 nömrəli tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında protokol, xx.xx.2023-cü il tarixli, 7939 nömrəli hesab-faktura əlavə edilmişdir.

16. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 3883,42 manat təşkil edir.

17. İddiaçı ASC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X6 Xidməti” X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 5 təqvim günü müddətində yol verilmiş yanlışlığın aradan qaldırılması və müvafiq cərimənin aidiyyəti şəxs barədə tərtib edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının: 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, X9lər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi

21. İşin hallarından göründüyü kimi, X3 və İddiaçı ASC (bundan sonra “Bank”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4də yerləşən məişət xidməti məntəqəsi bankın icarəsinə verilmişdir. xx.xx.2024-cü il tarixində qeyd edilən obyektin su təchizatı və kanalizasiya sisteminə “İri Şəhərlərin X6 Xidməti” X8nin (bundan sonra “Cavabdeh”) strukturu daxilində fəaliyyət göstərən Sabunçu rayon Sukanal İdarəsi tərəfindən baxış keçirilmiş və sudan qeyri-qanuni istifadə aşkar edilərək, xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt tərtib olunmuş və iddiaçıya itirilmiş su hesabatı haqqında akta əsasən 2052 m3 miqdarında su sərfiyyatına görə 4104 manat məbləğində cərimə hesablanmışdır.

21. İddiaçı cərimənin hesablanmasını qanunsuz sayaraq, xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt əsasında 010459 nömrəli abonent koduna cavabdeh tərəfindən hesablanmış 4093,42 manat məbləğində borcun silinməsini xahiş etmişdir.

22. İş materiallarından görünür ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ PHŞ tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

23. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 3883,42 manat təşkil edir.

24. Qeyd edilən hallar, iddiaçının da mövqeyi nəzərə alınaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X8 tərəfindən xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt əsasında hesablanmış 3883,42 manat (üç min səkkiz yüz səksən üç manat qırx iki qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 010459 nömrəli abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan da müəyyən olunur ki, cari tarixə qalıq borc 3883,42 manat təşkil edir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X8 tərəfindən xx.xx.2024-cü il tarixli, 603105 nömrəli akt əsasında hesablanmış 3883,42 manat (üç min səkkiz yüz səksən üç manat qırx iki qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 010459 nömrəli abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar