Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-669/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 007194 nömrəli akt üzrə İddiaçı MMC-yə hesablanmış 8.337,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərərək "xxxx" MMC-nin su təchizatı və kanalizasiya xidmətlərinə görə 8.337,50 manat borcunun yarandığı bildirilmiş və 7 günü iş günü müddətində borcun ödənilməsi tələb olunmuşdur. Bununla əlaqədar cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək su təchizatı və kanalizasiya xidmətlərinə görə borcumuzun ola bilməməsini bildirmiş və buna görə ödənişinin düzgün hesablanmasını xahiş etmişik. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda borcun yaranma səbəbi kimi isə Yasamal rayon Sukanal İdarəsinin əməkdaşlarının xx.xx.2021-ci il tarixdə "xxxx" MMC yaşayış kompleksində su və kanalizasiya şəbəkəsinə baxış keçirdiyi, nəticədə qrunt suyunun kanalizasiya şəbəkəsinə axıdılması aşkar edildiyi və eyni tarixli 007194 nömrəli akt tərtib edildiyi göstərib. İlk öncə bildirirk ki, 2021-ci ilin fevral ayında, yəni 3 il 8 ayəvvəl yazılmış həmin akt "xxxx" MMC-yə çatdırılmamış, belə bir bu aktın mövcudluğu barədə şirkətə heç bir məlumat verilməmişdir. Aktda göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, "xxxx" MMC smart kart su saygacından istifadə edir. Bu baxımdan da şirkətin su təchizatı və kanalizasiya xidmətlərinə görə borcunun yaranması mümkün deyil. Eyni zamanda, aktda yazılanlar həqiqəti əks etdirmir. Belə ki, ərizəmizdə qeyd etdiyimiz məhkəmə mübahisəsi müddətində və ondan sonra da cavabdeh tərəfindən mütəmadi yoxlamalar keçirilmiş və "xxxx" MMC-də hər hansı qüsur müəyyən edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 nümayəndəsi X2 məhkəməyə izahatında iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2021 il tarixli 007194 nömrəli akta əsasən "xxxx" ASC-nin nümayəndələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ev 3 ünvanında yerləşən, abunə kodu 072736 olan obyektə baxış zamanı d=32 mm-lik xətt vasitəsi ilə MTK-nın zirzəmisində toplanan qrant suyu müqaviləsiz olaraq qeyri-qanuni şəkildə axıdıldığı aşkar olunmuşdur.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı MMC-yə məxsus 072736 saylı abunə kodu üzrə xx.xx.2021ci il tarixdə 7194 nömrəli akt əsasında 3.473 manat məbləğində borc hesablanmışdır.
13. İş materiallarında olan 072736 saylı abonent kodu üzrə İddiaçı MMC-yə məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcu 8.337,50 manat təşkil edir.
14. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borcun 3.473 manat hissəsi xx.xx.2021 il tarixli 007194 nömrəli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.
16. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, xx.xx.2021 il tarixli 007194 nömrəli akt əsasında hesablanmış 3.473 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.
18. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf 8.337,50 manat borcun silinməsini xahiş etsə də iddia qalan hissədə, yəni 4.864,50 manat (8.337,50-3.473) borcun silinməsi hissəsində təmin edilə bilməz.
19. Belə ki, borcun qalan hissəsi akt əsasında deyil, məhz sudan istifadə üzrə yaranmış debitor borcudur və qeyd edilən hisssədə borcun qanunsuz hesablanması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
20. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən və iddianın təmin olunmamış hissəsinə (4.864,50 manat) aid ödənilməli dövlət rüsumu 68,64 manat təşkil etdiyindən, qeyd edilən məbləğdə dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus 072736 saylı abunə kodu üzrə hesablanmış 3.473 (üç min dörd yüz yetmiş üç) manat məbləğində borc İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 tərəfindən silinsin. Dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov