Məhkəmə qərarları › İş №e-2-2(113)-709/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-709/2025

08.04.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-709/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı X4 qarşı borc tələbinə dair (“X2 Agentliyi” X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə, Cavabdeh isə iddiaçı X4 qarşı borc tələbinə dair (“X2 Agentliyi” X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, ilkin iddia ərizəsinin geri götürülməsini və baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyini nəzərə alaraq qarşılıqlı iddia ərizəsinin də baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməli, hər iki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və qarşılıqlı iddianın baxılmasını təkid etmədiyən, cavabdeh məhkəmə baxış iclasında iştirak etmədiyindən və ilkin iddiaya baxılmasını təkid etmədiyindən hər iki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçının nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı X4 qarşı borc tələbinə dair (“X2 Agentliyi” X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Cavabdehə izah edilsin ki, o, məhkəmə iclaslarında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, MPM-nin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar