Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7281/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı "xxxx" ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı "xxxx" ASC) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərsu ASC” tərəfindən barəsində tərtib olunmuş akt üzrə 1467 manat, ümumilikdə sistem üzrə qeyd olunmuş 1632 manat olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə borcun silinməsi barədə, həmçinin ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bekı şəhəri, Binəqədi şosesi 53G ünvanında yerləşən qeyri yaşayış sahəsində su sayğacı üzrə (abonent kodu 101579) ona məlum olmayan səbəblərdən cərimə və borc yazılmışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərsu ASC tərəfindən xx.xx.2018-ci il tarixli 09405 saylı və xx.xx.2020-ci il tarixli 007652 saylı aktlar üzrə hər biri 4104,00 manat olmaqla, xx.xx.2023-cü il tarixli 602303 saylı akt üzrə 2196,00 manat olmaqla ümumilikdə 10398,00 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borcun silinməsi, bu günə qədər etdiyi su ödənişlərindən borca silinməsi barədə iddia ərizəsi ilə müraciət etmiş və iddiası qismən təmin olunaraq məhkəmə tərəfindən “Azərsu“ ASC tərəfindən İddiaçı hesablanmış borc məbləğindən qalan 7522,20 manat məbləğində pul İddiaçı (VÖEN: **********) abonent hesabından silinməsi haqqında qətnamə çıxarılmışdır. Qətnamə çıxdıqdan sonra yenidən onun xəbəri olmadan Azərsu əməkdaşları əsassız yerə ona cərimə yazmışlar. Halbuki, o proses gedişatı zamanı suyu pulla almışdır. Aktın yazılması barədə məlumatı olduqda Azərsuya yaxınlaşmış, ona aktın verilməsini tələb etmişdir. Ona aktın surəti təqdim olunmuşdur. O akta nəzər yetirdikdə aktda ünvanın yalnış olduğunu görmüşdür, lakin sayğac nömrəsi və su kodu ilə fiziki şəxs olaraq o qeyd olunmuşdur. Hesab edir ki yazılmış akt tam əsassız və qanunsuz olmaqla məhkəmə tərəfindən ləğv edilməlidir. Hazırda Azərsu ASC-dən ona verilən akta əsasən 1467 manat göstərilmiş lakin hazırda sistemdə 1632 manat borc görsənir. göründüyü kimi verilmiş aktda uyğunsuzluq olduğu kimi yazılan aktla sistemdə də fərq mövcuddur. Bu isə Azərsu əməkdaşlarının qanunsuz və əsassız hesablamalarını görsədir. Qeyd olunan borcların cavabdeh "xxxx" ASC tərəfindən necə hesablandığı, yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasımənə bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-cimaddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. «Su təchizatı və tullantısuları haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatımüəssisəsi istehlakçıya verdiyisuyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatımüəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərinisu təchizatımüəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6-cımaddəsinə əsasən: 6.1. STKM ilə istehlakçıarasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyətisərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5. İstehlakçıların suölçən cihazlarla təchizedilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsisuölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 6.6. Suölçən cihazlar AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.8. Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsirisəbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Bundan başqa bildirmək istərdim ki,Azərsu müvafiq yoxlamalar keçirməmişdən qabaq qanunvericiliyin aşağıda qeyd olunan normalaraına əsasən resysterdən keçməklə müvafiq hərəkətlər etməli və yol verilmiş pozuntular müvafiq reyesterində qeydiyyatı aparılmalı idi. Lakin ümumiyyətlə belə bir reyestrində qeydimövcud deyil. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən-Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Obyektdə olan sayğaca baxış keçirilən zaman diametri 15 mm-lik boru vasitəsilə qanunsuz su xəttinin çəkilməsi və istifadəsi aşkar edilmişdir. Akt tərtib edilərək 866 manat içməli su, 866 manat çirkab suyuna görə ümumilikdə 1732 manat borc yazılmış, hazırda borc məbləği 1632 manat təşkil edir. Aparılmış yoxlama sahibkarlıq sahəsində olsa da, müvafiq qaydada Ədliyyə Nazirliyində öncədən vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən obyektə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə sayğacdan kənar d=15 mm-lik su xətti aşkar olunmuşdur. Həmçinin iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur. "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixinə qalıq borcu 9254,2 manat məbləğində hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1118/2024 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və Nümayəndə1 iddia tələbi qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış borc məbləğindən qalan 7522,20 manat məbləğində pul İddiaçı abonent hesabından silinməsi, “Azərsu“ ASC-dən ödənilmiş mediasiya xərcinə görə 51,60 manat onun xeyrinə tutulması, İddiaçı 28,10 manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 1612 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Göründüyü kimi “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı ilə "xxxx" ASC) su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin (əvvəlki "xxxx" ASC) əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Həmçinin iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi özü də yoxlamının reyestrdə qeydə alınmadığını etiraf etmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə foto-video çəkiliş materiallarının təqdim ediləcəyini bildirsə də, məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1732 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə MPM-in 218.3-cü maddəsini nəzərə alaraq qeyd edir ki, iddiaçıya yoxlama nəticəsində 1732 manat borc yazılmasına baxmayaraq o, hazırda 1632 manat borcun silinməsini tələb etdiyindən verilmiş tələb üzrə 1632 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İri Şəhərlərin X1 Xidməti Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı hesablanmış 1632 (bir min altı yüz otuz iki) manat məbləğində borc silinsin. Cavabdeh İri Şəhərlərin X1 Xidməti Publik Hüquqi Şəxsindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7281/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7281/2024
06.12.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver