Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7614/2022 29.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Nümayəndə cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 10524,74 manat məbləğində pul vəsaitinin və mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 10524,74 manat məbləğində pul vəsaitinin və mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-129/2020 saylı, 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbin irəli sürüldüyü Bank müflis elan edildiyinə və ona qarşı tələb yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülməli olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 10524,74 manat məbləğində pul vəsaitinin və mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-7614/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7614/2022
29.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver