Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-766/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, X1 Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehin xx.xx.2017-cu il tarixli ******* nömrəli və xx.xx.2018-cu il tarixli 0185900, xx.xx.2018-cu il tarixli ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* saylı aktlar əsasında hesabladığı 28962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ********** saylı VÖEN əsasında Salyan rayonu, Qaraçala kəndində yerləşən istilikxanalarda **********00075 və **********00093 abonent kodu əsasında qazdan istifadə edir. 2017,2018, 2019-cu il tarixdə Cavabdeh Salyan RQİİnin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan aktlar tərtib etmişlər. Sonradan internet saytında smartpay.az saytında **********00075 və **********00093 abonent kodu əsasında qazdan borcunun olduğunu öyrənən görmüşdür ki, Cavabdeh İB Salyan RQİİnin nümayəndələri tərəfindən 28962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat qalıq borc hesablanmışdır. Bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Salyan rayon RQİİ-nin şöbəsinə müracitə etdikdə iddiaçıya bildirmişlər ki, aktları yazanlar burda deyil deyə heç bir köməklik göstərə bilməzlər. Cavabdeh İB Salyan RQİİ-si tərəfindən yazılmış akta əsasən 28962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat borc hesablanmışdır. O,Salyan rayonu, Qaraçala kəndində istixanalar quraşdırmış və tərəvəz yetişdirilməsi ilə məşğul olur. İstixanalarda qaz sayğacı ilə qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini tam olaraq ödəmişdir. Cavabdehin işçiləri istixana mövsümü başladıqda müraciəti əsasında istixananın qaz təsərrüfatına baxış keçirdilər və heç bir kənarlaşma olmadığı üçün istixanaya qaz verdilər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq günün istənilən vaxtı və gecə saatlarında istixanaya baxış keçiriblər və istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görüblər. xx.xx.2017-cu il tarixli ******* nömrəli və xx.xx.2018-cu il tarixli 0185900, xx.xx.2018-cu il tarixli ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* aktlar cavabdehin nümayəndələri istixanaların yerləşdiyi əraziyə gəlmiş və istixanada olan qaz işlədicilərinə və sayğaca mənsiz baxış keçirmişlər. Sonra aktlar yazmışlar. Həmin vaxtı iddiaçı kənddə olmamışdır. Gələndən sonra onlara etiraz edərək sayğacın layihəyə uyğun quraşdırıldığını, layihəyə heç bir dəyişiklik edilmədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. Onlar aktları yazmış və həmin aktlara görə ümumi 28962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat cərimə hesablamışlar. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2017-cu il tarixli ******* nömrəli və xx.xx.2018-cu il tarixli 0185900, xx.xx.2018-cu il tarixli ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin aktlara görə hesablanmış cərimə təmamilə qanunsuzdur. Birincisi qaz sayğacı iddiaçının həyətində deyil küçədə quraşdırılmış heç bir örtük qutu ilə təmin edilməmişdir. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. İddiaçı daimi istixanalarda qazdan istifadə etmişdir. Əgər istixanaların layihəsində cihazlarında hər hansı qanunsuzluq var idisə qazın verilməsinə icazə verilməzdi. Bundan başqa o sayğacla qaz işlətmişdir. Sayğacdüz işləməsəydi də o qədər qaz pulu yaza bilməzdi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” x xxxx 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etmişdir. Qanunun 3.2 maddəsində göstərilir ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia Cavabdeh tərəfindən cavabdehin xx.xx.2017-cu il tarixli ******* saylı akt üzrə hesablanmış 6048 manat, xx.xx.2018-cu il tarixli ******* saylı akt üzrə hesablanmış 2408 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt üzrə 2116,80 manat, cəmi 8404,80 manat borcun **********000075 nömrəli abonent hesabından silinməsi, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 14579,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 4860 manat, 2016-cı ilin yanvar ayına hesablanmış 2880 manat, cəmi 22319,60 manat borcun **********00093 saylı abonentin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirilərkən qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiyini bildirərək izahatında bildirmişdir ki, abonentə məxsus syağaclara baxış keçerilmiş kənar xətt qo.ulamaları aşkar edilmiş müxtəlif vaxtlarda, bundan sonra qanunvericilik normalarının tələblərinə uyğun olaraq dəymiş zərər hesablanmışdır. Bütün aktlar məhkəməyə təqdim olunur, yalnız 2016-cı ilin yanvar ayına hesablanmış 2880 manat üzrə akt sənədlər arsında olmasa da hə min məbləğ yoxlama əsasında tərtib edilmiş akta əsasən hesablamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni rezin boru ilə əlavə xətt çəkilməsi aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. - xx.xx.2017-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 302140 kub metr olduğu müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman sayğacın minimal sərfiyyatda 100 faiz xəta ilə işləməsi, xətaların normaya uyğun olmaması müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 1200 kub metr olduğu müəyyən edilmişdir. - xx.xx.2019-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman təzyiq nəticəsində sayğacın gövdəsinin şişməsi, hesablayıcı mexanizmə keçən qazın sərfini qeydə almaması müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 10584 kub metr olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********000075 nömrəli abonent saldosundan görünür ki, 2017-ci il fevral ayında akt əsasında 6048 manat, 2018-ci il dekabr ayında akt üzrə 240 manat, 2019-cu il noyabr ayında akt üzrə 2116,80 manat borc müəəyyən olunmuşdur. - xx.xx.2018-ci il tarixli, 018876 saylı aktdan görünür ki, **********00093 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman abonentə məxsus istixanada qeyri-qanuni qazdan istifadə etməsi aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, 018876 saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 89072 kub metr olduğu müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00093 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman abonentə məxsus istixanada quraşdırılan cihazların sayğac sərfiyyatına uyğun olmaması ,sayğacın saatlıq sərfinin 25 kub metri aşaması aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 24300 kub metr olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********00093 kodlu abonent saldosundan görünür ki, abonentə 2016-cı il yanvar ayında akt əsasında 2880 manat, 2018-ci il dekabr ayında akt üzrə 14579 manat, 2019-cu il mart ayında akt üzrə 4860 manat borc müəəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən kod 2**********000075 olan abonent X3 hesablanmış 8404,80 manat, kod **********00093 olan abonent X3 hesablanmış 22319,60 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-yi tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 6048 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 240 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 2116,80 manat cəmi - 8404,80 manat borc **********00075 nömrəli abonent hesabından; xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 14579,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 4860 manat, 2016-cı ilin yanvar ayında iddiaçının hesabına əlavə edilmiş 2880 manat cəmi - 22319,60 manat borc **********00093 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-766/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-766/2021
17.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver