Məhkəmə qərarları › İş №e-2-2(113)-7679/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7679/2025

13.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7679/2025 13.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xalid-S” firmasının adına qeydiyyata alınmış əmlakın bazar dəyərinin əvəzi olaraq 1 000 000 (bir milyon) manat məbləğində kompensasiya məbləğinin, vəkil xidmət haqqı olaraq ödənilmiş 320 manat məbləğindəki pul vəsaitinin əvəzinin və 1290 manat məbləğindəki dövlət rüsumunun əvəzinin (pulun) iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 71 ünvanında yerləşən əmlak (köşk) xx.xx.1999-cu il tarixdə təsisçisi olduğum “Xalid-S” firmasının adına qeydiyyata alınmışdır. Həmin firma ləğv edilsədə adında olan əmlakla bağlı firmanın təsisçisi olaraq hər-hansı tədbir görməmişəm. Hazırda həmin əmlakın yerləşdiyi ünvanda"xxxx" ASC ”Dərnəgül yolu" nun yenidən qurulması üzrə söküntü işləri aparılmış və mənə məxsus “Xalid-S” firmasının adında olan əmlkda sökülmüşdür. Həmin əmlakla bağlı mənə hər-hansı kompensasiya ödənilməmişdir. Həmin əmlakın bazar dəyəri hazırda 1 000 000 (bir milyon) manat təşkil edir. Hesab edirəm ki, təsisçisi olduğum “Xalid-S” firmasının adına qeydiyyata alınmış əmlakın bazar dəyərinin əvəzi olaraq 1 000 000 (bir milyon) manat məbləğində kompensasiya mənə ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyim, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Xalid-S” firmasının hüquqmüəyyənedici (nizamnamə, qərar, çıxarış, şəhadətnamə, VÖEN, əmr) sənədlərin surətlərinin verilməsi ilə bağlı sorğumuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 71 ünvanında yerləşən əmlak (köşk) xx.xx.1999-cu il tarixdə “Xalid- S” firmasının adına qeydiyyata alınmış və sözügedən ünvana dair "Xalid-S” firmasının adı ilə bağlı 21247 nömrəli xx.xx.1995-ci il tarixdə təsdiqlənmiş nizamnamə, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04/832 nömrəli xx.xx.1996-cı il tarixli məktubu, X3 Reyestrinə Daxil Edilməsi haqqında ******* şəhadətnamə (surət), 1999cu il tarixli texniki pasport və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 834 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamı arxiv qovluğunda mövcuddur. Bununla bağlı02.10. 2024cü il tarixli, 299 saylı sorğunuza əsasən “Xalid-S” firması barədə Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 834 saylısərəncamının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri 2(iki) vərəqdən ibarət iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, “Xalid-S” firmasının adında olan əmlakın dəyəri ödənilməyib və bu əmlakın dəyərini tələb etmək hüququ isə təsisçi olaraq mənə məxsusdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət təqdim edərək, hazırki mübahisə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiya ödənilməsi barədə kommersiya mübahisəsinə dair iş vardır. Qeyd edir ki, iş üzrə cavabdeh inzibati orqandır və onun hərəkət və hərəkətsizliyi mübahisələndiriilir. Eyni zamanda iddiaçı hazlrki iş üzrə Bakı İnzibati Məhkəməsinə də müraciət etmiş və həmin tələbə 17 dekabr 2025-ci il tarixə saat 11:30 a təyin edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Belə ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 Nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. ... Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı olan tələbi sonuncunun sahibkarlıq fəaliyyətindən irəli gəlmir, inzibati orqan kimi öz səlahiyyətlərindən istifadə edərək həyata keçirdiyi fəaliyyətlə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Eyni zamanda, “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. İnzibati Prossesual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfə hazırkı tələblə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı “pulun tutulması” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 1290 (bir min iki yüz doxsan) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı eyni tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar