Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-80/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (İddiaçı MTK) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxxxxxx” ASC) qarşı borcun silinməsi və ümumi sayğacın ləğv olunması tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MTK cavabdeh “xxxxxxxx” ASC-yə qarşı elektrik enerjisi sərfiyyatı ilə bağlı qanunsuz olaraq hesablanmış 44372,08 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış xx.xx.2014-cü il tarixli, R1018504 saylı aktla 6341,10 manat, xx.xx.2017-ci il tarixli, NDQ0032535 saylı aktla 18500 manat, xx.xx.2017ci il tarixli, NDQ003424 saylı aktla 5230,98 manat və xx.xx.2018-ci il tarixli, NDQ004565 saylı aktla 14300 manat, əlavə hesablanmış 3569 manat borc olmaqla, cəmi 47941 manat məbləğində borcun silinməsi və binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK 2002-ci ildən fəaliyyət göstərir. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən ona elektrik enerjisindən istifadəyə görə xx.xx.2014cü il tarixdə 6341 manat, xx.xx.2017-ci il tarixdə 18500 manat, xx.xx.2017-ci il tarixdə 5230 manat, xx.xx.2018-ci il tarixdə isə 14300 manat olmaqla, cəmi 44372 manat məbləğində sərfiyyat yazılmışdır, hansı ki, MTK-nın aylıq enerji xərci 300-400 manat civarındadır. Elektron sayğacın nasaz olması ilə bağlı dəfələrlə qarşı tərəfə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Hesab edir ki, İddiaçı MTK-nın üzərinə yüklənmiş qeyd edilən sərfiyyat və cərimələr əsassız və qanunsuzdur. Binada yaşayan sakinlərə məxsus mənzillərin hər birinə, o cümlədən MTK-nın özünə ayrıca sayğac quraşdırılsa da, bununla yanaşı MTK-ya ümumi sayğac da quraşdırılmışdır. Cavabdeh həm MTK-nın, həm də sakinlərin hər birinə aid sərfiyyatı çıxarmaq üçün məlumatları ümumi sayğacdan götürür. Bundan sonra sakinlərin işlətdiyi elektrik enerjisi çıxıldıqdan sonra yerdə qalan məbləği MTK-nın üzərinə hesablayır. Bu isə bir sıra yanlışlıqların ortaya çıxmasına səbəb olur. Belə ki, əgər vətəndaşlardan kimsə sayğaca müdaxilə edərsə, bu qanunsuz addım nəticəsində meydana gəlmiş borc MTK-nın üzərinə atılır, bu isə MTK-nın hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni ilə hazırda mübahisələndirilən aktlara görə əmələ gəlmiş borclar da həmin düzgün olmayan hesablamalar nəticəsində ortaya çıxmışdır. Bu hal daim MTK-nı qeyri-müəyyən vəziyyətə salır və istisna edilmir ki, gələcəkdə sakinlər tərəfindən hər hansı pozuntu halı aşkar edilərsə, bunun məsuliyyəti yenə də MTK-nın üzərinə qoyulacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək əsassız olduğundan iddianın rədd olunmasını, eyni zamanda xx xxxxxx 2014-cü il tarixli, R seriyalı 018504 saylı Akta münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının rəhbərinin xx xxxxxx 2014-cü il tarixli, R seriyalı, 018504 saylı Aktdan xəbərsiz olduğunu, bundan başqa onun xəstə, İ qrup əlil olduğunu, bir neçə dəfə böyrək əməliyyatı keçirdiyini və müalicəsi ilə əlaqədar xx xxxxxx 2014-cü il tarixli akt tərtib olunan vaxt da ölkə hüdudlarından kənarda olduğunu və uzun müddət müalicə aldığını, bununla bağlı məhkəməyə sübutlar təqdim etdiyini, ümumiyyətlə aktın kim tərəfindən imzalanmasından xəbərsiz olduğunu, bununla bağlı heç kimə səlahiyyət vermədiyini bildirərək iddia müddətinin buraxılmasını üzrlü saymağı məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia təmin olunmalı, binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: xx xxxxxx 2014-cü il tarixli, R seriyalı, 018504 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın ekranı oxunmur. xx xxxx 2017-ci il tarixli, NDQ seriyalı, 003235 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə kompyuterin məlumat bazasına “1100” göstəricisi daxil edilmiş, faktiki göstərici isə 2036-dır (73070250 nömrəli sayğac). xx xxxxxx 2017-ci il tarixli, NDQ seriyalı, 003424 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 73070250 nömrəli sayğacın impuls lampası yanıb sönmür, ekran oxunmur. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 082537 saylı protokolun surətindən görünür ki, 73070250 nömrəli sayğac istismara yararsızdır. xx xxxxxxxx 2018-ci il tarixli, NDQ seriyalı, 004565 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, kompyuterin məlumat bazasına 95600 kvts daxil edilməmiş sərfiyyat var. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ 003041 saylı akta əsasən xx xxxxx 2017-ci il tarixdə 1558,68 manat, xx xxxxx 2017-ci il tarixdə 3060,26 manat və xx xxxxx 2017-ci il tarixdə 4134,24 manat, cəmi 8753,18 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20909 saylı ekspert rəyində qeyd olunur ki, xx xxxxxxxx 2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı «xxxxxx» MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının zirzəmisində və binanın yaxınlığında olan transformator məntəqəsində quraşdırılmış «Viko» tipli S/N 02798146 və S/N 02815673 nömrəli elektron elektrik sayğacların gövdəsində, onların üzərinə vurulmuş möhürlərdə və sayğaclara birləşdirilmiş cərəyan transformatorların üzərindəki möhürlərdə gözlə görünə bilən, sınma, qırılma, deşilmə və digər müdaxiləyə oxşar izlər müəyyən edilməmişdir. «Mak» («Makel») tipli 73070250 nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin mülki iş materialları ilə ekspertizaya təqdim edilmiş «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, 003424 NDQ №-li aktdan və xx xxxxxx 2017-ci il tarixli, 013512 nömrəli «Sayğacların və cərəyan transformatorların yoxlanılması akt»ından görünür ki, «Mak» («Makel») tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. «Makel» tipli ********* seriya nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin əlavə materiallarla ekspertizaya təqdim edilmiş «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, R №018504 nömrəli aktdan görünür ki, həmin «Makel» tipli ********* seriya nömrəli elektrik sayğacın ekranın oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Ekspertizaya iş materialları ilə təqdim edilmiş «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, 003235 NDQ №-li və xx xxxxxxxx 2018-ci il tarixli, 004565 NDQ №-li aktlardan göründüyü kimi, hesablaşma sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatlar vardır. Lakin həminsərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrdə heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatların hansı dövrləri əhatə edibetməməsini müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, hər iki aktdan göründüyü kimi, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq yoxdur, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə alırlarmış. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğruyur. Qeyd olunur ki, elektrik sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatların hansı dövrləri əhatə edib-etməməsini, həmin elektron sayğacların kompyuter bazasının yaddaşında olan məlumatları oxunmaqla (əgər həmin tip sayğaclarda bu funksiyası nəzərə alınıbsa) müəyyən etmək olar. Məhkəmə ekspertiza mərkəzində sayğacların 'kompyuter yaddaşların oxunması üçün müvafiq avadanlıqlarla təyin edilmiş yer (laboratoriya, stend və s.) olmadığından qoyulmuş suala cavab vermək mümkün deyildir. «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, R № 018504 və xx xxxxxx 2017-ci il tarixli, 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Belə ki, həmin bəndin tələblərinə görə istehlakçının təqsiri olmadan uçot müvvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatını enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparmaq əvəzinə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən yoxlama zamanı sayğacın sxemindən axan yüklərinə görə hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və «Mak» («Makel») tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. «Makel» tipli ********* seriya nömrəli elektrik sayğacın ekranının oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş sərfiyyatlar olmuş, lakin həminsərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrində heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompyuterin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatlarının hansı dövrləri əhatə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq olmamış, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə alınmışdır. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurur. «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, R № 018504 və xx xxxxxx 2017-ci il tarixli, 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda aktlarda göstərilmiş sayğacların kompyuter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurmuş, müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.16 bəndinin tələblərinə zidd hesablanmışdır. Cavabdehin nümayəndəsi xx xxxxxx 2014-cü il tarixli, R seriyalı 018504 saylı Akta münasibətdə iddia müddətinin tətbiq olunmasını, iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən səbəblərə görə bərpa olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələrinin də qanunsuz hesab edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq olunması barədə vəsatət təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 47941 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə iddia təmin edilməlidir. İddia çı tərəfindən dövlət rüsumunun cavadehdən tutulması barədə tələb olmadığından ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə ekspertizanın iddiaçının vəsatəti əsasında təyin edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı MTK-ya hesablanməş 47941 manat məbləğində borcun silinməsi vəzifəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-80/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-80/2020
10.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver