Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8237/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğvi, borcun silinməsi və öhdəlik qoyulması” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “aktın ləğvi, borcun silinməsi və öhdəlik qoyulması” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyun 2024-cü il tarixdə Azərişıq ASC Nəzarət İdarəsinin əmakdaşlarının tərtib etdiyi NİQ 001587 saylı aktın ləğv olunması, 1038,84 (bir min otuz səkkiz manat, 84 qəp) manat dəyərində artıq hesablanmış məbləğin şəxsi hesabdan silinməsi və fərdi sahibkar kimi sənaye və istehsal fəaliyyəti ilə məşğul olduğumdan barəsində tarifin digərləri ilə münasibətdə 1 kvt.s üçün 10 qəpik tarifi ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğvi, hesablanmış borcun silinməsi və cavabdehin üzərinə tarifin hesablanması öhdəliyinin qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb MPM-in 284-1-ci maddəsinə uyğun olmadığı üçün ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğvi, borcun silinməsi və öhdəlik qoyulması” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu iddiaçı Qanuni nümayəndə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8237/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8237/2024
01.11.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver