Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8790/2024 22.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X4, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəhman oğlundan 608 000 manat pulun,eləcədə iddiaçı tərəfindən ödənilmiş 890 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə "xxxx" MMC-ni təsis etdim xx.xx.1996-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin fəaliyyət növlərindən biri yaşayış binalarının layihələndirilməsi tikintisi və təmiri idi. Əsas fəaliyyətimiz yaşayış binasının tikintisi idi. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2004-cü il tarixli,323 saylıSərəncamı və onunla"xxxx" MMC arasında bağlanan 07 iyun 2005-ci il tarixli 0525 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri,Nizami rayonu,E Süleymanov (keçmiç Şərifli) küçəsi,2378-ci Məhəllədə yerləşən 0,247 hatorpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və inşası məqsədilə 49 il müddətinə MMC-yə icarəyə verilmişdir.Hündürmərtəbəli binanın tikilməsi böyük məbləğdə maliyyə vəsaiti tələb edirdi. Odur ki,mən, X2 vəSərabi Elçin Rəhman oğlu şəxsi kapitallarımız hesabına hündürmərtəbəli yaşayış binası inşaetmək razılığına gəldik. Tələb olunan kapitalın 40 faizini mən,40 faizini cavabdeh Sarabi, 20 faizini isə X2 qoymasınarazılaşdıq.Şərtimizə görə inşaedilən binadakı mənzilləri və qeyri-yaşayış sahələrini satmaqla həm qoyduğumuz kapitalı geri almalı,həmdə əldə olunan qazancı paylarımıza uyğun bərabər bölməliydik. xx.xx.2005-ci ildə MMC-dəki payımın 20 %-ni Hüseynov Hüseynə,40 %-ni isə Cavabdeh satdım.18 fevral 2005-ci il tarixdə MMC-nin təsisçilərinin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsi bağlandı. 2005-ci il tarixdə hündür mərtəbəli yaşayış binasının inşasına başladıq.2007-ci ildə Bakı şəhər İH-dən bildirmişlər ki,tikintinin davam etdirilməsi,inşaediləcək yaşayış binasının istismara qəbul edilməsi,binadakı mənzillərin və qeyri yaşayış sahələrinin özgəninkiləşdirilməsi üçün tikinti işlərini görən MMC Mənzil Tikinti Kooperativinə çevrilməlidir.Cəmiyyətin MTK-yaçevrilməsinə razılaşsaqda qanunvericiliklə MTK-nın yaradılması üçün ən azı 5 nəfərin iştirakı tələb olunduğundan əlavə 2 nəfərin formal payçı göstərilməklə 22 may 2007-ci ildə təsis müqaviləsi bağlayaraq MMCnin təşkilati hüquqi formasının dəyişdirilməsi yolu ilə "xxxx" Mənzil-Tikinti Kooperativini yaratdıq.Təsis müqaviləsinə görə mənim payım (formal olaraq 5 % azaldılaraq) 35 %,Hüseynov Hüseynin payı 20 %,Cavabdeh payı 35 % (formal olaraq 5 % azaldılaraq) və formal payçılar kimi X6 ilə X1 payları hərəsinə 5 % müəyyənləşdirilmişdir 15 may 2007-ci il tarixdə MMC-nin borclular və kreditorlar qarşısında olan öhdəlikləri,mühasibat balansındaəksini tapmış əsas vəsaitlər, azqiymətlilər,dövriyyədə olan pul vəsaitləri,əmlaklar,paylar və s. "xxxx"MTK-yatəhvil verilmişdir.Binanın bünövrəsinin qazılması anından başlayaraq cavabdehin rəhbərliyi ilə mənzillərin və qeyriyaşayış sahələrinin satışı prosesinə başlanılmış ,2007-ci ilin sonlarında ümumi sahəsi 16 000 kv.m.olan 16 mərtəbəli yaşayış binasının inşası tam yekunlaşmışdır.Razılığaəsasən satış işlərini Cavabdeh həyata keçirirdi. Bütün işlər yekunlaşdıqdan sonra o,əldə edilən gəliri kapitaldakı paya uyğun (40%+40%+20% sxemi üzrə) təsisçilər arasında bölüşdürmüşdü. Binanın inşasının başaçatarkən Cavabdeh məni və Hüseynov Hüseyni görüşə çağıraraq bildirdi ki,binanın satılmamış qalan 1600 kv.m-lik sahəsinin binanın istismara qəbul edilməsi üçün BakıŞəhər İcra Hakimiyyətinə verilməlidir.Sakinlərin aldıqları mənzilə mülkiyyət hüququ almaları və s.səbəblərdən binanın istismara qəbul edilməsi zəruri olduğundan cavabdehlə razılaşdıq. 2019-cu il tarixdə həmin binada oğluma məxsus mənzilin daşınmazəmlakın dövlət reyesterində qeydə alınması üçün müraciət etdikdə mənə məlum oldu ki,binaistismara qəbul edilmədiyindən mənzilə mülkiyyət hüququ əldə etmək mümkün deyildir.Məsələyə aydınlıq gətirmək üçün mənim,Hüseynov Hüseynin və cavabdeh birlikdə görüş keçirdik. Görüşdə binanın nə üçün istismara qəbul edilmədiyi,1600 kv.m-lik sahənin taleyi və başqa məsələlər müzakirə olundu.Cavabdeh bəzi məsələlərlə bağlı binanın istismara qəbul edilmədiyini,satılmamış qalan 1600 kv.m-in bir hissəsinin binanın bəzixərcləri üçün satıldığını,900 kv.m-lik sahənin satılmadığını, həmin sahənin payçılar arasında kapital qoyuluşu ilə paylara uyğun bölünəcəyini,360 kv.m-nin mənə,360 kv.mnin özünə,180 kv.m-nin Hüseyn Hüseynova məxsus olduğunu,bunun üçün qısa vaxtdasənədlərin payçılaratəqdim ediləcəyini bildirmişdir. Ancaq bu günədək mənə çatası sahə və yaxud bu sahənin bazar dəyəri ilə pulu cavabdeh tərəfindən mənə təqdim edilməmişdir.Sonradan məlum oldu ki,cavabdeh 1600 kv.m-lik sahələri bizdən gizlin satmış,satışdan əldə etdiyi pul vəsaitini isə özü tək mənimsəmişdir.Həmin vaxtlardaisə tərəfimizdən heç bir xərc çəkmədən Prezidentin məlum Fərmanınaəsasən həmin bina istismara qəbul edildi və bu haqda bizə akt-da verildi. Odur ki,binanın satılmamış qalan 1600 kv.m-lik yaşayış sahəsinin 640 kv.m. (40 %-i) hissəsi mənim payım olduğundan həmin payın dəyəri olan 608 000 (altı yüzsəkkiz min) manat cavabdehdən alınıb mənə verilməlidir. İddiatələbimlə bağlı 2020-ci ildə cavabdehə qarşı Nizami rayon məhkəməsinə iddiaərizəsi vermişdim.Məhkəmənin 2(007)-861/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiatələbim qismən təmin edilərək cavabdehdən "xxxx"MTK-nın Bakı şəhəri,Nizami rayonu,Elşən Süleymanov küçəsindəki 2378-ci məhəllədə yerləşən torpaq sahəsində inşa etdiyi 2 girişli,17 mərtəbəli 158 “A”saylı yaşayış binasının pay bölgüsünə daxil edilməyən 1600 kv.m. sahəsinin 35 % hissəsinin,yəni 560 kv.m.sahənin dəyəri ( 1 kv.m. hissəsinin dəyəri 960 manat hesablamaqla) cəmi 532000 manat pul vəsaitinin mənim xeyrimə tutlması müəyyən edilmişdir. Ancaq Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6540/2021 saylı, 01.07. 2021-ci il tarixli Qərardadı ilə həmin qətnamə ləğv olunmuşdur.Səbəbi iddianın məhkəmədə baxılmaması göstərilmişdir.Belə ki,məhkəməyə qədər məsələ kooperativin ümumi yığıncağında həll edilməli,əgər cavabdeh bundan imtinaedərsə,yaxud ümumi yığıncağın qərarından narazı qalardımsa,onda məhkəməyə müraciət etməliymişəm. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 2(102)-5897/-2021saylı,xx.xx.2021-ci il qərarı ilə Bakı AM-nin qərardadını öz qüvvəsində saxlamışdır. Cavabdeh məhkəmələrdəki izahatlarında binanın ümumi sahəsinin 10 %-nin,yəni1600 kv.m hissəinin onun sərəncamına verildiyini təsdiq etmişdir. Bu ilin önlərində "xxxx" Mənzil Tikinti Kooperativinin sədri (həmçinin “Bakı İnşaat 2005 MTK-nın”sədri) Cavabdehrəsmi müraciət göndərib 2024-cü ilin may ayı ərzində "xxxx" MTK-nın ümumi yığıncağını çağırmasını və yığıncağın gündəliyinə yuxarıda qeyd etdiyim birlikdə inşaetdiyimiz hündürmərtəbəli binanın aramızda bölüşdürmədiyimiz1600 kv.m-lik yaşayış sahəsinin satışından əldə etdiyi pul vəsaitinin 40 % -i olaraq mənim payıma düşən 608 000 manat məbləğində hissəsinin onun tərəfindən mənə ödənilməli olması məsələsini salmasınıxahiş etdim. Ancaq o,bu ümumi yöğıncağı çağırmadı. Odur ki,məhkəməyə müraciət etmək qərarı verdim.30 mart 2024-cü il tarixdə cavabdehin bizə məlum olan yaşadığı ünvana Mediasiya prosesinin tətbiqi barədə Təklif göndərdim. 05 may 2024-cü il tarixdə Kommersiyaiddiası verərkən Mediasiya müraciəti ləğv olunduğundan cavabdehin ünvanınaxəbərnaməli məktubla Müraciət göndərdim. Cavabdehin "xxxx"MTK-nın sədri kimi iş yeri olan ünvan 2 ünvanında yerləşən Ofisinə gedib oradaçalışan oğluna Müraciətin surətini təqdim edib atasınaçatdırmağıxahiş etdik.05 may 2024-cü il tarixdə poçtla xəbərnaməligöndərdiyim Müraciətin cavabdehə 16 may 2024-cü il tarixdə şəxsən çatdırılması ilə bağlıxəbərnamə qeydini aldım. Müraciəti cavabdeh aldıqdan sonra Vəkil Orxan M Səfərov ad,soyadlı bir şəxs 055 ***-**-** saylı telefonla mənə zəng edib Cavabdeh vəkili olduğunu bildirdi.Mənimlə görüşüb müraciətlə bağlı sənədi mənə çatdıracağını söylədi.Bir neçə gün sonra həmin şəxs (vəkil) mənə zəng açıb,gecikmədən narahat olmamağımı deyib, sənədi mənə çatdıracağını təkrar dedi.Sonra dahazəng etmədi.Odur ki,onazəng edib soruşdum bəs deyirdinizsənəd var mənə çatdıracaqsınız.Cavabında o,dedi ki,mən Bakıda deyiləm,bəs çatdırmayıblar sənədi sənə,dedim yox.Dahasonra həmin vəkil bir daha mənə zəng etmədi Müraciəti cavabdehə göndərdiym vaxtdan xeyli müddət ötsədə,o, "xxxx" MTK-nın ümumi yığıncağını çağırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunmuşdur ki, İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu Cavabdeh qarşı iddia ərizəsi Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdikləri yaşayış binasındakı yaşayış sahəsindən payına düşən 640 kv.m-nin dəyəri olan 608 000 manatın, 30 manat dövlət rüsumunun və qiymətləndirmə barədə arayışın alınması üçün ödədiyi 100 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov (keçmiş Şərifli) küçəsindəki 2378-ci məhəllədə yerləşən torpaq sahəsində inşa etdiyi 2 girişli, 17 mərtəbəli 158 “A” saylı yaşayış binasının pay bölgüsünə daxil edilməyən 1600 kv.m.sahəsinin 35% hissəsinin dəyəri qismində 532 000 manatın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Daha sonra,Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5540/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-861/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun Cavabdeh qarşı “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmiş, İbrahimli (İbrahimov) Mirzə Valeh oğluna izah olunmuşdur ki, o, Kooperativin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən payına uyğun ödənişlərin verilməsi barədə Kooperativə müraciət etmək, həmin məsələnin gündəliyə salındığı ümumi yığıncaq ağlabatan müddətdə çağırılmadığı təqdirdə isə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla müvafiq iddia qaldırmaq hüququna sahibdir. Daha sonra iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işn yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5897/2021 saylı,xx.xx.2021ci il tarixli qərarı ilə iddiaçı İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5540/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə ki, "xxxx" MTK-nın təsis edildiyi və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş mülki qanunvericilik normalarını pozaraq kooperativin ümumi yığıncağının qanunla və nizamnamə ilə müəyyən edilmiş səlahiyyətini öz üzərinə götürmüş, iddia tələbinin əslində məhkəmədə baxılmalı olmamasını nəzərə almamışdır. Belə ki, iddiaçının, MTK-nın digər təsisçisinə qarşı irəli sürdüyü iddia tələbi kooperativin ümumi yığıncağında həll edilməli məsələ olmaqla yığıncağın müstəsna səlahiyyətindədir; bu məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması kooperativin təsərrüfat və təşkilati fəaliyyətinə dövlət orqanın müdaxiləsi hesab olunur. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericilik mülki hüququn subyektləri kimi kooperativ üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verir və kooperativ üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququ mövcuddur; kooperativ üzvü, kooperativin ümumi yığıncağının çağırılması barədə ərizəsinə ağlabatan müddətdə baxılmadığı təqdirdə müvafiq öhdəliyin kooperativin icra orqanının üzərinə qoyulmasını məhkəmədən tələb edə bilər. Başqa sözlə, kooperativ üzvünün payına mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, təsisçilikdən çıxarılması, əldə edilən gəlirlərin müəyyən olunması və gəlirlərdən ona düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin kooperativin ümumi yığıncağının gündəliyinə salınması ilə mümkündür.İddiaçı iddia ərizəsində təsisçilərin ümumi yığıncağının çağırılması ilə bağlı cavabdehə müraciət etməsini və həmin müraciətin nəticəsiz qaldığını bildirsə də,ümumi yığıncağın çağırılması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya İddiaçı, o, Kooperativin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən payına uyğun ödənişlərin verilməsi barədə Kooperativə müraciət etmək, həmin məsələnin gündəliyə salındığı ümumi yığıncaq ağlabatan müddətdə çağırılmadığı təqdirdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya İddiaçı, o, Kooperativin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən payına uyğun ödənişlərin verilməsi barədə Kooperativə müraciət etmək, həmin məsələnin gündəliyə salındığı ümumi yığıncaq ağlabatan müddətdə çağırılmadığı təqdirdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 897,65 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8790/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8790/2024
22.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver