Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9418/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC cavabdehlər qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən Cavabdeh2 MMC-yə qanunsuz, heç bir hüquqi əsası olmayan və tənasübsüz miqdarda yazılmış və sonuncu tərəfindən də İddiaçı MMC-ə yönləndirilmiş ümumi məbləği 101.480 dollar (bir yüz bir min dörd yüz səksən dollar) cərimənin ləğv edilməsi, mübahisə üzrə hüquqi xidmət üçün vəkilə 320 (üç yüz iyirmi) manat və iddia rüsumu olaraq ödənilmiş 463 (dörd yüz altmış üç) manat ödənişin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə iş üzrə cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsi ilə vəsatət göndərərək göstərmişdir ki, iddiaçı "X3" MMC cavabdeh "xxxx" MMC-yə qarşı "pulun tutulması" tələbinə dair 2-2(113)7666/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci bəndinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Hazırda İcraatda olan işdə cavabdeh "X3" MMC, 2-2(113)7666/2025 saylı işdə isə "X3" MMC iddiaçı qismində iştirak etdiyinə və hər iki iddianın predmetini eyni müqavilə münasibətləri təşkil etdiyindən hər iki işin bir icraatda birləşdirilməsi məqsədəuyğun olardı. Qeyd olunanları rəhbər tutaraq hazırki işin 2-2(113)7666/2025 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 kommersiya işlərinin bir icraatda birləşdirilməsinə etiraz edərək qeyd etdi ki, digər işin icraatı məhz hazırki işə görə dayandırılıb. Hazırki vəsatət isə əlavə müddətin uzanmasına səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 vəsatətə etiraz edərək bildirdi ki, hər iki iş üzrə cavabdehlər fərqlidir. Həmçinin onların hazırki iddia tələbində heç bir maraqları yoxdur. Yəni onlar hazırki işdə iddia tələbini qəbul edirlər. Lakin hazırki işlə, digər işin birləşdirilməsi araşdırma zamanı çətinliklər yaradacaqdır. Ona görə də vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-7666/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçınə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli yük daşıma servisi müqadsviləsi üzrə 181 623,56 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş 580 manat dövlət rüsumu, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd edilən qərardadla İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Hazırda iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, AZTR/RL/01/2024 saylı yük daşıma servisi haqqında müqavilə, həmçinin, "xxxx" QSC ilə İddiaçı MMC arasında dəmir yolu nəqliyatı ilə yüklərin daşınmasının təşkili barədə müqavilə bağlanmışdır. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, yəni hər iki iş üzrə tərəflər arasında (yük daşıma və yüklərin daşınması daşınmasının təşkili) qarşılıqlı müqavilə öhdəliyindən irəli gələn iki kommersiya mübahisəsi vardır. Başqa sözlə, eyni məhkəmənin icraatında eyni tərəflər müqavilə öhdəlikləri üzrə iki kommersiya mübahisəsi mövcud olduğundan məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün və daha səmərəli həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vəsatəti təmin edilməli, İddiaçı MMC-nin cavabdehlər "xxxx" QSC və Cavabdeh2 MMC-yə qarşı qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair e-2-2(113)-9418/2025 nömrəli kommersiya mübahisəsi, iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-9418/2025 nömrəli kommersiya mübahisəsi ilə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və birləşdirilmiş kommersiya iş üzrə e-2- 2(113)-7666/2025 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər "xxxx" QSC və Cavabdeh2 MMC-yə qarşı qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair e-2-2(113)-9418/2025 nömrəli kommersiya işi, iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-7666/2025 nömrəli kommersiya işi ilə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və birləşdirilmiş kommersiya işi üzrə e-2-2(113)- 7666/2025 qeydiyyat nömrəsi saxlanılsın. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-9418/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9418/2025
13.01.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver