Məhkəmə qərarları › İş №e-2-2(115)-10/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-10/2024

20.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-10/2024 20.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Şəmkir rayon Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında cavabdeh ilə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, tərəflər arasında Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış icarə müqaviləsinə əsasən 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Qərar əsasında “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. Adı çəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət bağ salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında Sabirkənd bələdiyyəsinin özbaşına hərəkətləri nəticəsində iddiaçının bağı məhv edilmiş, torpaq sahəsi icarə müddətinin bitməməsinə rəğmən cavabdeh tərəfindən məcburi qaydada geri alınmışdır. Bələdiyyə hazırda vəzifə səlahiyyətlərindən istifadə etməklə və rüşvətxorluqda ittiham edilərək həbs edilmiş, sabiq icra başçısı Alimpaşa Məmmədovla birgə iddiaçının istifadəsində olmuş, lakin sonradan məcburi qaydada geri alınmış olan torpaq sahəsindəki xeyli miqdarda ağacları məhv edərək özləri üçün bazar salmışlar. Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı ilə bağlanmış icarə müqaviləsininin ləğv edilməsi ilə bağlı X2 müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarına xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmişdir. Sabirkənd bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış, 03 iyul 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi hər iki tərəfinin razılığı və iştirakı ilə bağlanmışdır. Bələdiyyənin həmin müqavilənin birtərəfli qaydada, hər hansı bir əsası olmadan ləğv etməsi qanunsuzdur və 13 ha torpaq sahəsi iddiaçının istifadəsinə geri qaytarılmalıdır. Həmçinin çıxarılmış qərarda bələdiyyə sədri Nümayəndə məruzə edərək bildirmişdir ki, DT və XK-nın Şəmkir rayon şöbəsi ilə əlaqə yaradılaraq bələdiyyənin kəndin inkişafı üçün ayrılmış perespektiv inkişaf fondu torpağı üzərinə çıxarış verilmişdir. Sabirkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclasının qərarını hazırki sədr Nümayəndə bələdiyyə üzvi kimi imzalamış, Sabirkənd kəndi İƏDÜİN İdris Əbdürrəhmanov isə sədr kimi imzalamışdır. Bundan sonra İdris Əbdürrəhmanov isə eskiz lahiyyəsini öz imzası və bələdiyyənin möhrü ilə təsdiq etmişdir. Hazırda isə həmin torpaq sahəsini İdris Abdürrəhmanovun qardaşı oğlu Fərid Abdürrəhmanovun direktoru olduğu "xxxx" MMC-ə veriblər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək kommersiya işinin icraatına xitam verilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(114)-4/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1705/2021 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı hazırkı tələbinə məhkəmə qaydasında yenidən baxılması yolverilməzdir. Hazırkı iş üzrə iddia tələbinə məhkəmə qaydasında baxılmışdır. Hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbi üzrə kommersiya işinin icraatına xitam verilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh sədri Nümayəndə izahatında göstərdi ki, həmin torpaq sahəsi Cavabdehnə məxsus olan perespektiv inkişaf fondu torpaq sahəsidir. 16 iyun 2004-cü ildə bələdiyyənin 10 saylı qərarı qəbul edilmiş və 13 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin sözü gedən perespektiv inkişaf fondu torpaq sahəsi ilə yerinin dəyişdirilməsi qərara alınmışdır. Bununla bağlı Şəmkir rayon Torpaq şöbəsinə müraciət edilmişdir. Torpaqların təyinatı dəyişdirilmədən bələdiyyənin 30 iyun 2004-cü il tarixli 12 saylı qərar ilə perespektiv inkişaf fonduna aid torpaq sahəsi İddiaçı 50 il müddətinə icarəyə verilmişdir. “X1 Edilməsi Haqqında” qanuna əsasən bələdiyyələrə məxsus olan perespektiv inkişaf fondu torpaq sahəsi hüquqi və fiziki şəxslərə yalnız qısa müddətə icarəyə verilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kommersiya mübahisəsinə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2004-cü il tarixli 12 nömrəli protokolundan görünür ki, İddiaçı 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 50000 manat olmaqla icarə haqqı alınması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, 30 iyun 2004-cü il tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1705/2021 saylı qərardadından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərardaddı ilə İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-406/2021 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı ziyan tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadı ilə ləğv edilmiş, İddiaçı Cavabdehnə (üçüncü şəxs “Sabirkənd MMC) qarşı ziyan tələbinə dair inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2422/2023 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs “Sabirkənd MMC) icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 30 mart 2021-ci il tarixli 3 nömrəli qərarı ləğv edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-220/2023 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(115)-3/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706-cı maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 20-ci massəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələrinə aid edilmişdir. Həmin qanunun 22-ci maddəsinə əsasən torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüququdur. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2004-cü il tarixli 12 nömrəli protokolu ilə İddiaçı 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 50000 manat olmaqla icarə haqqı alınması qərara alınmışdır. Daha sonra Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə icarə müqaviləsi bağlanılmış, 30 iyun 2004-cü il tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmiş və icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini qərara almış və müqavilə əsasında icarəyə verilmiş torapq sahəsi icarəçinin istifadəsindən alınmışdır. İcarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bələdiyyənin qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmçinin bələdiyyə icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə icarə müqaviləsinin ləğvinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə bildirir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə 13 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi qüvvədədir. Torpaq sahəsi icarəçinin istifadəsində geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələridir. Ona görə də Cavabdeh 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında tərəflər arasında bağlanmış 03 iyul 2004-cü il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə cavabdehin iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi məhkəmə qərardadı ilə mümkün sayılmamış, qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsi iddianı, yəni torpaq sahəsinin istifadəyə qaytarılması tələbini ona görə mümkün saymamışdır ki, həmin tələb inzibati xarakterli deyil, inzibati icraat qaydasında baxılması yol verilməzdir. Müqavilə münasibətləri mülki qanunvericiliklə tənzimlənir. Ona görə də həmin iddialara mülki icraat qaydasında baxılmalıdır. Bu səbəbdə də iddiaçı hazırkı iddia ilə kommersiya məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 iyul 2004-cü il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı istifadəsinə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar