Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1187/2024 09.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndələri X6 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X14”–nın İddiaçı MMC-yə qaytarılması, İddiaçı MMC-nə 2 il ərzində avadanlığın dəyərinin 20%-i həcmində yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022- 2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin və ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) adda qurğuların İddiaçı MMC-yə qaytarılması, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda əşyaların İddiaçı MMC-yə qaytarılması, xx.xx.2019-cu il tarixli, 3M-256№-li icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyri-yaşayış binasına İddiaçı MMC-nin nümayəndələrinin giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 3M-256№-li icarə müqaviləsinə əsasən Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binası xx.xx.2039-cu il tarixədək, 20 (iyirmi) il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixli 001/2019 saylı alqı-satqı müqaviləsindən aydın olur ki, 250 kv-lıq, ESF200 DU Texniki №li “X14” X2 İddiaçı MMC-nin təsisçisi və direktoru X11 tərəfindən əqd əsasında 18000 manat dəyəri ilə alınmışdır. xx.xx.2021-ci il tarixli Cəmiyyətin inventarlar siyahısına əsasən sübuta yetirilir ki, 250 kv-lıq, ESF200 DU Texniki №li “X14” İddiaçı MMC-yə məxsus olmuşdur. xx.xx.2022-ci il tarilxi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd edilən xx.xx.2022ci il taixli protokoldan, şahid ifadələrindən və arayışlardan aydın olur ki, yuxarıda qeyd edilən məsələlər mübahisələndirilmir və 250 kv-lıq, ESF200 DU Texniki №li “X14” İddiaçı MMC-yə məxsusdur və onun inventarıdır. Belə ki, cavabdehlər Cavabdeh1 və X12 2021-ci ilin may ayında, İddiaçı MMC-yə məxsus 250 kv-lıq, ESF200 DU Texniki №li “X14”-nı cəmiyyətin istehsalat müəssisəsi olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyri-yaşayış binasından iddiaçının məlumatı və icazəsi olmadan götürmüşlər. Dəfələrlə bununla bağlı müraciət və şikayətlər olunmasına baxmayaraq cavabdehlər təsisçisi və direktoru olduğu cəmiyyətə məxsus əşyanı geri qaytarmamışdır. Bununla bağlı sonuncu dəfə DİN-nin Tovuz Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı tərəfindən iş aparılmış və xx.xx.2022-ci il tarilxi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərarda işin cinayət xarakterli olmadığı və mülki qaydada həll edilməli olduğu qeyd edilmişdir. Daha sonra icarə obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, cəmiyyətə məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) artıq yerində deyildir. Həmçinin iddiaçıya məxsus ofis kimi istifadə edilən otaq talanmış və iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda məhsullar da cavabdehlər tərəfindən götürülmüşdür. Belə ki, Cavabdeh1, İddiaçı MMC-yə məxsus qeyri yaşayış sahəsini və içərisində olan avadanlıqları digər şəxslərə öz əmlakı kimi təqdim etməklə onlara ortaqlıq təklif etməkdədir. İddiaçının pozulmuş hüquqları tamamilə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X14”–nın cavabdehdən alınaraq İddiaçı MMC-nə qaytarılmasına, bu mümkün olmayacağı təqdirdə isə eyni gücdə generatorun alınması üçün bugünki bazar dəyərinə uyğun olaraq 25593 manat pul vəsaitinin, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X11 və X4 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, Gürcüstan Respublikasından generator gətirmişdir və Elşən Mehtiyevə alqı-satqı müqaviləsi əsasında generator satmışdır. Generatoru 18000 manata satmağa razılaşmışlar. Generatorun dəyərindən 9500 manatı ödənilmiş, 8500 manatı isə ödənilməmiş qalmışdır. Həmin qalan məbləği isə hər ay alıcı ödəyir. İş materiallarında olan X17 ilə İddiaçı arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən 966 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2039-cu il tarixədək icarəsinin istifadəsinə verilmişdir. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/2019 saylı alqı-satqı müqaviləsindən görünür ki, 250 kv-lıq “X18” X2 İddiaçı MMC tərəfindən 18000 (on səkkiz min) manata alınmışdır. İş materiallarında olan “X3” 24 sentyabr 2024-cü il tarixli 150 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən – Yem istehsalı müəssisəsinin ərazisində götürülmüş, Dizel mühərrikli, 250 kvt-lıq güçə malik Generatorun hazırkı real bazar qiyməti 25593 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin iş üzrə izahatı alınmış X12 göstərmişdir ki, generatoru qardaşı Cabir deyil, o özünün evinə aparmışdır. Həmçinin izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, generator Elşənin yox Etibarındır. Bu səbəbdən zavod dayananda Etibar götürüb şəxsi əmlakı olduğu üçün evinə aparmışdır. Beləliklə. qərarla müəyyən edilmişdir ki, X12 ilə X11 şərikli olaraq yem sexi işlətmiş, daha sonra yem sexini işlədə bilməmiş, sexin fəaliyyətini dayandırmışlar. Yem sexinin fəaliyyəti dayandıqdan sonra şəriklər arasında borc üstündə və sexə qoyulan yatırımla bağlı mübahisə yaranmışdır. X12 yem sexində olan elektrik generatorunu X6 ona yaranmış borcu ilə bağlı götürmüş və həmin generatoru borcun ödənilməsi müqabilində götürdüyünə görə X8 əməli oğurluq və özbaşınalıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, X7 İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən 1 ədəd 250 kv-luq X10 İddiaçı MMC-yə satmış, tərəflər generatorun qiymətini 18000 manata razılaşmışlar. İddiaçı MMC həmin məbləğin 9500 manatını ödəmiş, qalan məbləği isə hissəhissə ödənilməsi ilə bağlı razılaşmışlar. İddiaçı MMC tərəfindən alınan generator X17 ilə İddiaçı MMC arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin istifadəsində olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən 966 kv.m olan qeyri-yaşayış sahəsinə quraşdırılmış və X12 generatoru quraşdırıldığı qeyri-yaşayış sahəsindən götürmüşdür. 1 ədəd 250 kv-luq X9 İddiaçı MMC-yə məxsus olması, həmin generatorun quraşdırıldığı qeyri-yaşayış sahəsindən X12 tərəfindən götürülməsi və sonuncunun qeyri-qanuni sahibliyində olması iş materialları ilə təsdiq edilir. Ona görə də iddiaçı cavabdeh X5 əmlakı tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Əmlakın həmçinin Cavabdeh1 qeyri-qanuni sahibliyində olması ilə bağlı isə işdə hər hansı bir sübut yoxdur. Bundan başqa iddiaçı məhkəməyə ekspertiza rəyi təqdim edərək generatorun dəyərinin 25593 manat olduğunu bildirməklə əmlak olmadığı təqdirdə cavabdehdən həmin məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab edir ki, generatorun dəyəri 18000 manat qiymətləndirilməlidir. Belə ki, iddiaçının nümayəndələrinin izahatları, işdə olan sənədlər və şahid ifadələri ilə generatorun 18000 manata iddiaçıya satılması öz təsdiqini tapmışdır. Əmlakı qiymətləndirən ekspert isə əmlaka baxış keçirmədən, onun hansı vəziyyətdə olmasını bilmədən ümumi əsaslarla rəy vermişdir. Ona görə də əmlak mövcud olmadıqda əmlakın dəyəri olan 18000 manat pul cavabdeh X5 alınaraq iddaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbini dəqiqləşdirmiş, lakin iddia tələbinə uyğun rüsum ödəməmişdir. Belə olan halqa dövlət rüsumunun kəsiri olaraq Cavabdeh2 iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 manat, İddiaçı MMC-dən isə 22,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1 ədəd 250 kv-luq X15, mövcud olmadıqda əmlakın dəyəri 18000 (on səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçınə verilsin. Cavabdeh2 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçındən 22 (iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1187/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1187/2024
09.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver