Məhkəmə qərarları › İş №e-2-2(115)-1566/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1566/2024

13.08.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1566/2024 13.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh Azərbaycan Respublikasının X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Azərbaycan Respublikasının X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AQTA-nin Qazax-Tovuz regional bölməsinin xx.xx.2024 tarixli MN-1611401 saylı qərarının ləğv edilməsini və xx.xx.2024 tarixdə Yoxlama aktı YP-221 əsasında yazılmış 1500 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 40.0.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2024 tarixli MN-1611401 saylı qərarını ləğv edilməsi və xx.xx.2024 tarixdə Yoxlama aktı YP-221 əsasında yazılmış cərimənin silinməsi inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan iş olduğundan iddiaçı tərəfindən müvafiq rayon (şəhər) məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Belə ki, işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalıdır. İddiaçıya izah edilməlidir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbi ilə aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Azərbaycan Respublikasının X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin inzibati xəta haqqında iş üzrə qərarından müvafiq rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar