Məhkəmə qərarları › İş №e-2-2(115)-18/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-18/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-18/2024 07.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasına və Cavabdeh2 qarşı qətnamə ilə tutulmalı olan borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasına və Cavabdeh2 qarşı qətnamə ilə tutulmalı olan borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iləCavabdeh1 İstehsal-Kommersiya Firması, X5 və X1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu olmaqla, cəmi 180327 manat 11 qəpik və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81417 manat 09 qəpik borcun ipoteka predmetləri olan aşağıda qeyd edilən - Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə; Cavabdeh1 İstehsal- Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi; Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 107 000 manat məbləğində; Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-yə ödənilməli olan kredit borclarına yönəldilməsi; Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; Mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 150 manat xidmət haqqının, idida ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 152 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra “Bank”) ilə "xxxx" İstehsal-Kommersiya Firması (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi və ona xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə imzalanmış, illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30000 manat məbləğindən az olduğu təqdirdə 13.50 %, 30000 manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12.50 % olmaqla xx.xx.2021-ci il tarixinədək dövriyyə vəsaitinin artırılması məqsədi ilə limit açılmışdır. xx.xx.2019-cu il tarixində İDK0403 saylı İnvoysların Diskontlaşdırılması üzrə Kredit Limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə imzalanaraq, İDK0403 saylı İnvoysların Diskontlaşdırılması üzrə Kredit Limiti müqaviləsinin məbləği 250.000 manat müəyyən edilməklə GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsi çərçivəsində verilmiş hesab edilmişdir. Sonradan tərəflər arasında İDK0403 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün müqavilə çərçivəsində: - xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 170000 manat məbləğində vəsait ayrılmışdır; xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 76,618.98 (yetmiş altı min altı yüz on səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində vəsait ayrılmışdır. Bununla yanaşı "xxxx" ASC ilə Cavabdeh1 İstehsal-Kommersiya Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL3418 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli İ3009 saylı ipoteka müqaviləsi ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********55-10301, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xx.xx.2019-cu il tarixli İ3010 saylı ipoteka müqaviləsi ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********83-12301, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bank “krеdit müqaviləsi üzrə əsаs bоrcun, ona hеsаblаnmış fаizlərin və cərimənin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu olmaqla, cəmi 180327 manat 11 qəpik borc, xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81417 manat 09 qəpik borc və ödənilmiş 400 manat mediasiya xərci və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından, X3 və X1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İstehsal-Kommersiya Firmasından, X3 və X1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu olmaqla, cəmi 180327 manat 11 qəpik və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 cərimə borcu olmaqla, cəmi 81417 manat 09 borcun Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə; Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı "xxxx" ASC-nə olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan borclarının ödənilməsinə yönəldilməli, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilmməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(104)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda İpoteka saxlayan "xxxx" ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 150 manat xidmət haqqı ödəmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-18/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı qətnamə üzrə tutulmalı olan borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə icraata daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi hissəsində xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, ekspert rəyində qeyd olunmuş qiymətlər əsassızdır. Belə ki, qarşı tərəflə müqavilə bağlayarkən əmlakların qiymətləndirilməsi prosesini həyata keçirimiş və əmlakları qiymətləndirmişlər. Buna görə də bu qiymətləndirilməylə ekspert rəyində qeyd olunan qiymətlər arasında kəskin fərq mövcuddur. Bütün ipoteka premetləri barədə təkrar ekspertiza keçirilməli olduğunu hesab edirlər. Əmlaklardan biri fərdi yaşayış evidir, digəri isə qeyri-yaşayış yeri, əmlak kompleksidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, sözgedən ev çox fərqli üslubda tikilmişdir, hətta ekspertiza rəyində qiymət aşağı müəyyən edilibdir. Bu evin torpaq sahəsi 40-50 sot-dur, lakin sənəd üzrə 9 sot qeyd olunmuşdur. Kredit müqaviləsində evin qiyməti ona görə aşağı müəyyən edilmişdir ki, bu hal borcalana daha çox sərf edir. Əmlakın qiymətləndirilməsini edən şirkətlərin bu iş üzrə qiymətləndirməni edə bilmələri üçün kifayət qədər təcrübəsi var. Mümkün deyil ki, 500 minlik əmlak 107 min kimi müəyyən edilsin. Dəyərinin yarısı qədər qiymət verilib. Bu qiymətləndirmə real deyil. Yenidən ekspertiza təyin edilsə, daha düzgün qiymətləndirmə edə bilər. Borcdan da ödənilib. Borcun ödənilməsinə davam da ediləcək. İddiaçı vəsatət verdiyi üçün təkrar qiymətləndirmə istəmişlər. Bazar qiyməti hər qurumda bir qiymətlə müəyyən edilə bilməz. İddia tələbinə etirazı yoxdur. Qüvvədə olan məhkəmə qətnaməsi var. Bu da icra edilməlidir. Ancaq qiymətləndirmə ilə razı deyillər. Ekspertiza mərkəzinin rəyini qəbul etmirlər. 38000 manat borcdan ödənilib. Vaxt verilsə, borcu tam şəkildə ödəyə bilərlər. Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümqyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 İstehsal-Kommersiya Firmasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 İstehsal-Kommersiya Firması arasında bağlanmış GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən cavabdehə 10000000 manat kredit limiti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İ3009 saylı ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh2 arasında ipoteka müqaviləsinə bağlanaraq, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İ3010 saylı ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh1 İstehsal-Kommersiya Firması arasında ipoteka müqaviləsinə bağlanaraq, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. İş meteriallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" İstehsal- Kommersiya Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinə əsasən 191000 manat kredit limiti açılmışdır. İş meteriallarında olan xx.xx.2019-cu il tarixli İDK0403 saylı müqaviləyə əsasən bağlanılmış xx.xx.2020-ci il tarixli 01 saylı Əlavədən görünür ki, GL3418 saylı xx.xx.2019cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində 250.000 manat limit açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit imiti müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) imzalanmış, bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 170000 manat məbləğində vəsait ayrılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı invoysların diskontlaşdırılması üzrə kredit imiti müqaviləsindən görünür ki, maliyyələşdirmə üçün ərizə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 76618 manat 98 qəpik məbləğində vəsait ayrılmışdır. Qanuni qüvvəyə minmiş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu olmaqla, cəmi 180327 manat 11 qəpik borc, xx.xx.2020ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81417 manat 09 qəpik borc və ödənilmiş 400 manat mediasiya xərci və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından, X3 və X1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-06/23-078 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanında mülkiyyətdə olan 0.092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 550000 manat, likvid qiyməti 500000 manat, Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin bazar qiyməti 100000 manat, likvid qiyməti 90000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 850 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/6170 nömrəli 30 dekabr 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanında mülkiyyətdə olan 0.092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 251000 manat, likvid qiyməti isə təqribən 226000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/2207 nömrəli 19 sentyabr 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksində yerləşən yerləşən tikililər vahid kompleksin bir hissəsinə aid olduğundan olduğundan, eləcə də dəyəri və ya satışı barədə internet saytlarında, alqı-satqı binalarında hər hansı məlumat olmadığından həmin tikilinin qiymətləndirilməsi mümkün olmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və əmlak kompeksinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 İstehsal-Kommersiya Firması icrasını təmin etmək üçün əşyaların ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsi gecikdirmiş və ipoteka saxlayan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini və əmlak kompeksini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsinə yalnız "xxxx" MMC rəy verə bildiyindən həmin hissədə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-06/23-078 nömrəli ekspertiza rəyi əsas götürülməli, Cavabdeh2 məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanında mülkiyyətdə olan 0.092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 251000 manat, likvid qiyməti isə təqribən 226000 manat məbləğində təşkil etdiyindən iddia tələbi həmin hissədə X4 mötəbərliyi şübhə doğurmayan rəyində göstərilən 226000 manat məbləğ əsas götürülməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 180 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi X6 mediasiya sessiyasında iştirak etməklə 400 manat rüsum ödəmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 152 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 İstehsal- Kommersiya Firmasından, X3 və X1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu, cəmi 180327 manat 11 qəpik və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81417 manat 09 qəpik borc omaqla, ümumilikdə cəmi 261744 manat 20 qəpik məbləğində borc üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 226000 manat, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 90000 manat həddində müəyyən edilməli. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İstehsal-Kommersiya Firmasına qaytarılmalı, ödənilmiş 400 manat mediasiya xərci, 152 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 180 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulmalı, ödənilməli olan 399 manat 74 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilməli, Cavabdeh1 İstehsal-Kommersiya Firmasından 500 manat və Cavabdeh2 350 manat qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, Cavabdeh2 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, sözügedən əmlak kompeksi və fərdi yaşayış evinin ilkin satış qiyməti mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyləri əsasında müəyyən edilmiş və həmin əmlakların daha az dəyərdə olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 İstehsal-Kommersiya Firmasından, X3 və X1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan 170000 manat əsas borc, 1827 manat 11 qəpik faiz borcu, 8500 manat cərimə borcu, cəmi 180327 manat 11 qəpik və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618 manat 98 qəpik əsas borc, 798 manat 11 qəpik faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81417 manat 09 qəpik borc omaqla, ümumilikdə cəmi 261744 manat 20 qəpik məbləğində borc üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.092 ha. yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 259.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh1 İstehsal-Kommersiya Firmasına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən dövlət istifadəsində olan 0.01339 ha. ehtiyat fondu torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 114.3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Həmin fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 226000 manat, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 90000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İstehsal-Kommersiya Firmasına qaytarılsın. Ödənilmiş 400 manat mediasiya xərci, 152 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 180 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilməli olan 399 manat 74 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdeh1 İstehsal-Kommersiya Firmasından 500 manat və Cavabdeh2 350 manat qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, Cavabdeh2 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar