Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2097/2022 24.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 540 manat borcun onun **********00006 nömrəli abonent hesabından silinməsinə və mediasiya xidmətinə görə dövlət rüsumu olaraq ödədiyi 40 manatın cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ona məxsus olan kağız sexi vardır. Sexin qaz təchizatı Cavabdeh Tərtər X5 İdarəsi ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli qaz palayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən həmin idarə tərəfindən həyata keçirilir. Sahibkar və abonent olaraq nə xx.xx.2021-ci il tarixli tələbnamə ilə, nə də xx.xx.2021-ci il tarixli aktlarla razı deyil. Belə ki, tələbnamədə göstərilmiş xx.xx.2021-ci il tarixli MSK-29/1640-00871-11 nömrəli Akt, yəni kalibirləmə laboratoriyasının aktı və Tərtər X5 idarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təbii X2 pozulması haqqında ******* nömrəli akt eyni gündə tərtib edilmişdir. Bunlardan birincisi Bakı şəhərində, ikincisi isə Bərdə şəhərində tərtib edilməklə birbirini təkzib edən ziddiyətli aktlardırlar. ******* nömrəli Aktda MSK-29/1640-00871-11 nömrəli akta istinad edilir. Həmin aktların məzmunundan belə məlum olur ki, xx.xx.2021-ci il tarixdə onun obyektinin qaz sayğacı həm Bakı şəhərində laboratoriya yoxlamasında olmuş, həm də həmin gün Tərtər RQİİ-nin əməkdaşları onun obyektinə gəlib bu sayğaca yerində baxış keçirməklə onun hesablama mexanizminin işləmədiyini, keçən qazın həcmini qeyd etmədiyini, həmçinin sayğaca kənar təsir olmadığını aşkar etmişlər. Bu da onu göstərir ki, hər iki akt əsassızdır, onlara sübut kimi istinad edə bilməz. Bundan başqa ******* nömrəli aktı tərtib edən mütəxəssislər xx.xx.2021-ci il tarixdə günün hər hansı bir saatında onun seximdə olmamışlar, bu səbəbdən də akta imza etməkdən imtina etmişdir. Metrologiya Departamentində laboratoriya yoxlaması onun iştirakı olmadan aparılmış, bununla belə yoxlamanın nəticəsinə dair aktda da göstərilmişdir ki, yoxlama zamanı sayğaca kənar təsir aşkar edilməmişdir. Bundan başqa həmin sayğac 16 aprel 2021-ci il tarixdə Dövlət yoxlamasına göndərilməsi üçün də Tərtər X5 İdarəsi əməkdaşları tərəfindən açılıb götürülərkən də sayğacın üzərində hər hansı bir kənar təsir əlaməti aşkar edilməmişdir və plombu salamat olmuşdur. Əgər sayğaca kənar təsir aşkar edilməmişsə və üzərindəki plomb da salamat olmuşdursa onda həmin sayğacın hesablama mexanizminin işləməməsi və keçən qazın həcmini qeyd etməməsi onun günahı deyildir. Bundan əlavə sayğacın hesablama mexanizmin işləməməsinin və keçən qazın həcmini qeyd etməməsinin nə vaxtdan başladığı müəyyən olunmamışdır. Odur ki, ehtimallara və fərziyyələrə əsaslanaraq ona 30 gün itirilmiş qazın bərpası üçün 540 manat ziyan məbləği hesablanması absurd və qanunsuzdur. Bundan əlavə “Azəriqaz İB-nin X6 İdarəsinin 2021-ci il ərzində onun obyektində hər hansı bir yoxlama, o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və birgər bu cür tədbirlər keçirməyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınnı müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yoxlama aparmağa səlahiyyəti olmamış, apardıqları yoxlama isə vahid məlumat Reyesterində qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıya məxsus sayğac xəta ilə işlədiyinə görə yoxlamaya göndərilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi işləmir və işlədilən qazın həcmini qeydə almır. Bu səbədən dəymiş ziyan bərpa edilmişdir. İddiaçının sayğacın işləməməsində hər hansı bir təqsirli hərəkəti olmasa da qaz sərfiyyatının azalmasından sayğacın işləməməsini bilməli idi. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Tərtər X5 İdarəsi ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2021-ci il tarixli MS-29/1640-00871-11 saylı Akdan görünür ki, sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir, sayğaca ümumi baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. İş materiallarında olan təbii X2 pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli Akdan görünür ki, MS-29/1640-00871-11 saylı akta əsasən sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir, sayğaca ümumi baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac yenisi ilə əvəz edilməli, itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MS-29/1640-00871-11 saylı aktına əsasən G-6 markalı 28098194 nömrəli sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən eidlmiş vəzifələrinin icra eidlməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi, G-6 markalı qaz sayğacının normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Cəmi 2160 m3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “X2 təsdiq edilməsi haqqında” Qanunun 4.9-cu maddəsinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinəqaydaların görə istehlakçı vəsait ödəməlidir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki iş materiallarında olan qaz sayğacının yoxlama aktlarından və həmin aktlar əsasında tərtib edilmiş tələbnamədən görünür ki, yoxlama zamanı sayğaca ümumi baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Sayğacın hesablama mexanizminin işləməməsi, keçən qazın həcmini qeyd etməməsi isə ancaq yoxlama zamanı müəyyən edilə bilən hal olmuşdur. Belə olan halda cavabdeh istehlakçının təqsirli hərəkətlərinə (hərəkətsizliyinə), habelə tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən müəyyən edilmiş vəzifələrini icra etməməsinə əsaslanaraq dəymiş ziyanı bərpa etməkdə haqlı olmamışdır. Həmçinin cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 540 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməso və onun tərəfindən 40 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı məxsus kağız sexinə hesablanmış 540 manat məbləğində borc **********00006 nömrəli abonent hesabından silinsin. 40 manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2097/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2097/2022
24.11.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver