Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-34/2020 01.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X9rşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh“xxxxxxxx” X10 X14 Təchizatı və Satışı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli NDQ № 006582 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 346680 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək İddiaçı MMC-yə verilən elektrik enerjisinin dayandırılmasını cavabdehə qadağan edərək enerjinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək İddiaçı X3 (VÖEN: **********) elektrik enerjisinin verilməsi bərpa edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçərək fəaliyyət göstərir. Müəssisə şokolad məhsullarının istehsalı ilə məşğuldur. 2007-ci ildən müəssisənin direktoru vəzifəsində Mirməhəmməd Məmmədov işləyir. Respublikanın digər yerlərində olduğu kimi İddiaçı MMC ilə “xxxxxxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən onlara sayğac quraşdırılmış və uzun illərdir ki sərf etdikləri elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmişlər. Bu illər ərzində sayğacları idarənin əməkdaşları tərəfindən mütamadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin bu ilin oktyabr ayının 11-də onlara verilmiş elektrik enerjisi kəsilmiş, daha sonra isə barələrində xx xxxxxxx 2019-cu il tarixli NDQ № 006582 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən guya dövrədən axan yük ilə sayğacın qeyd etdiyi yük arasında kəskin fərq aşkar olunmuşdur. Lakin müəssisənin sayğacı cavabdeh təşkilatın öz idarələrinin ərazisində yerləşir və sayğaca tərəflərindən hər hansı bir müdaxilə qeyrimümkündür. Sözügedən akt tamamilə qanunsuz tərtib olunmuşdur və ona görə də ləğv olunmalı, akta əsasən İddiaçı MMC-yə hesablanmış 346680 manat borc silinməlidir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə verərək, cavabdeh“xxxxxxxx” X10 X14 Təchizatı və Satışı İdarəsininəsl cavabdeh “xxxxxxxx” X11 əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xxxxxxxx” ASCnin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli NDQ № 006582 saylı akt əsasında hesablanmış 346680 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçıya aid sayğac və transformator İddiaçı MMC-nin ərazisində deyil, “xxxxxxxx” ASC-nin balansında olan ərazidə mühafizə olunan yerdə yerləşir. Sayğac və transformatorun olduğu yerə yalnız cavabdeh təşkilatın işçiləri daxil ola bilərlər. Belə olan halda, sayğaca və ya transformatora iddiaçının işçiləri tərəfindən hər-hansı müdaxilə edilməsi mümkün deyil. Cavabdehin işçiləri sayğaca baxış keçirib hər ay fakturanı iddiaçıya göndərmişlər və iddiaçı da, öz növbəsində elektrik enerjisinə görə ödənişləri etmişdir. Buna baxmayaraq, əmsal fərqinə görə əsassız olaraq 346,680 manat məbləğində cərimə yazılmışdır. Onlar heç bir akta imza etməmişlər. X5 Agentliyinin mövqeyindən də məlum olur ki, akt qanunvericliyin tələbləri pozulmaqla tərtib edilmişdir. İtkiyə getmiş enerjinin sərf edilməsində İddiaçı MMC-nin heç bir təqsiri yoxdur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya hesablanmış cərimə əmsal fərqinə görə aparılmışdır. Hesabat 3 il müddətinə aparılmışdır. Enerji itkiyə getdiyi üçün yazılmış borc silinməməlidir. İddiaçı MMC-yə xidmət edən transformator və sayğac cəmiyyətin yerləşdiyi yerdən təxminən 1 km kənarda, “xxxxxxxx” X10 X14 Təchizatı və Satışı İdarəsinin balansında olan mühifizə olunan ərazidə yerləşir. Sayğacın və cərəyan transformatorunun yerləşdiyi məntəqəyə enerjitəchizat müəssisəsinin əməkdaşlarından başqa kənar şəxslərin daxil olması qadağandır. İddiaçıya xidmət edən sayğac dövrədən axan yükü düzgün qeyd etmədiyi üçün “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxxxx 2019cu il tarixli NDQ № 006582 saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya 346680 manat məbləğində borc hesablanmışdır. Bunun iddiaçının işçilərinin təqsirindən baş verməsi haqqında məhkəməyə sübut təqdim edə bilmir. Buna baxmayaraq, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2019-cu il tarixli NDQ № 006582 saylı aktdan görünür ki, istehlakçı İddiaçı konditer fabrikində (şokolad fabrikində) elektrik enerjisinin uçotu və “X6 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və pozuntu aşkarlamışdır. “X6 Qaydaları”na uyğun olaraq baxış keçirilən zaman aşkar olmuşdur ki, dövrədən axan yük ilə sayğacın qeyd etdiyi yük arasında kəskin fərq vardır, cərəyan transformatoru xüsusi avadanlıqla yoxlanılmış və məlum olmuşdur ki, Kom=3600 olduğu halda məlumat bazasında (və hesabatlarda) Kom=1200 kimi qeyd edilmişdir, dolayısı ilə hesabatlar düzgün aparılmışdır. Akt əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqindən görünür ki, İddiaçı konditer fabrikində (şokolad fabrikində) aşkar edilmiş pozuntu nəticəsində ******* kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla iddiaçıya 346680 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin X5 Agentliyinin Gəncə filialının İddiaçı MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, araşdırma nəticəsində müəyyən edildi ki, aktın hesabatının əhatə etdiyi dövr ərzində “xxxxxxxx” ACS-nin Qərb RETSİ tərəfindən sayğacın göstərişinə əsasən hər ay sərf edilmiş elektrik enerjisinə görə İddiaçı MMC-yə hesab təqdim edilmiş və tərəfinizdən **********03447 abunə kodu üzrə enerjinin dəyəri tam ödənilmişdir. Bu səbəbdən də “xxxxxxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş NQD 006582 nömrəli xx.xx.2019-cu il tarixli akta əsasən yenidən hesablaşma aparılmasının hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanlar elekrtik enerjisi sərfiyyatına görə hesablaşmalarda yol verilmiş pozuntunun istehlakçının təqsiri olmadan yarandığını göstərir. Bununla əlaqədar pozuntunun baş vermə səbəblərinin araşdırılması məqsədilə qanunamüvafiq tədbirlər görülməsi və nəticələri barədə Agentliyin Gəncə filialına məlumat verilməsi ilə bağlı “xxxxxxxx” ASC-nin Qərb RETSİ-nin rəhbərliyinə məktub göndərilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, mhəmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə qeyd edilən sənədlərdə iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İş materiallarından görünür ki, İddiaçı X1 təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dövrədən axan yük ilə sayğacın qeyd etdiyi yük arasında kəskin fərqin yarandığını təsdiq edəcək mötəbər sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh özünün sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə görə iddiaçının təqsirli hərəkət və hərəkətsizliyini müəyyən etmədən ona əsassız olaraq ******* kvts elektrik enerjisinin itkisinə görə 346680 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçınə hesablanmış 346680 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” X13 tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçınə hesablanmış 346680 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” X13 tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: RəşadMəmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-34/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-34/2020
01.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver