Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-402/2023 12.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2022ci il tarixli 046468 saylı və xx.xx.2022 tarixli 012694 saylı aktlar əsasında ona yazılmış 2434 manat məbləğində cəriməni silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışına əsasən Qazax şəhəri N.Nərimanov yaşayış massivi 51C ünvanında yerləşən torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmək məqsədilə Qazax rayon İcra Hakimiyyətinə müraciət etmiş, Qazax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 9-21-139 nömrəli sərəncamı əsasında qeyri-yaşayış obyekti tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinə qaz, işıq, su çəkilməsi və sayğac quraşdırılması məqsədilə aidiyyatı orqanlara müraciət etmiş və müraciəti əsasında sayğac qurlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 05:00 radələrində obyektin çöldəki işıq sayğacında yanğın baş vermişdir. Yanğın baş verdikdən sonra xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə "xxxx" ASC-nin işçiləri gələrək akt tərtib etmişlər ki, həmin aktlar da bir-birinə ziddiyyət təşkil edir. O baş vermiş hadisə ilə bağlı məlumat versə də, 2 dəfə akt tərtib edilsə də 3 aydan sonra obyektə sayğac qurlaşdırılmışdır. Səbəbsiz şəkildə vaxt uzadılmış və sayğacsız 3 aylıq sərfiyyata görə cərimə ilə birlikdə, ona 2434 manat qanunsuz və əsassız cərimə yazılmışdır. İş üzrə cavabdeh "xxxx" ASC etiraz ərizəsi ilə məhkəməyə müracət edərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, 17 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi X9 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən Qazax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının şifahi müraciəti əsasında "xxxx" ASC-nin proqram bazasında **********3 saylı istehlakçı kodla qeyriəhali istehlakçı qrupuna daxil olan İddiaçı adına olan ticarət obyekti üçün quraşdırılmış sayğac uçot dəstinə iddiaçının özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı obyektə quraşdırılmış elektrik sayğacının tamamilə yandığı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən iddiaçı barəsində “X2 Qaydaları”nın (bundan sonra EEİQ) tələbinə uyğun olaraq 17 iyul 2022-ci il tarixli 046468 saylı baxış aktı tərtib edilmişdir. Həmin aktı əməkdaşlarla yanaşı iddiaçının özü də imzalamışdır. Əməkdaşlar tərəfindən sayğac uçot dəstinə baxış keçirilən zaman xüsusi ölçmə cihazı olan ampermaşa vasitəsilə xəttən axan yük ölçülmüş və İA=12 A, İB=8A, İC=6A olaraq müəyyən edilmişdir. Həmiçinin yanmış elektrik sayğacının parametrləri kompüter bazasında yazılmışdır. Akta əsasən obyektə yeni sayğac quraşdırılması tələbi qoyulmuşdur. "xxxx" ASC-nin Qərb RETSİ-nin akt komissiyasının sədrinin icra vərəqəsinə əsasən aktın icra olunma tarixi xx.xx.2023-cü il qeyd olunmaqla qeyd qrafasında “Eyni qüsura görə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDQ 012694 saylı akt üzrə hesabat verilmişdir” qeydiyyat aparılmışdır. 25 iyul 2022-ci il tarixli NDM 012694 nömrəli aktın surətindən görünür ki, həmin gün "xxxx" ASC-nin satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən iddiaçının nümayəndəsi Samir Salmanov adlı şəxsin iştirakı ilə iddiaçıya məxsus obyektin sayğac uçot dəstinə baxış keçirilən zaman “elektrik sayğacı yanıb. Elektrik enerjisindən birbaşa kənar xətdən istifadə olunur” qüsuru faktı aşkar edilmişdir. Ampermaşa vasitəsilə ölçü aparılaraq İa=37A, İb=31A, İc=36 A müəyyən olunmuşdur. Aşkar edilmiş pozuntular barəsində 25 iyul 2022-ci il tarixli 012694 nömrəli akt tərtib edilmişdir. Aktın surətindən görünür ki, “Uçot dəsti bərpa edilsin və yeni sayğac quraşdırılsın” qeydiyyatı aparılmaqla tələb qoyulmuşdur. Həmçinin əməkdaşlar tərəfindən sayğac uçot dəstinə iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilən zaman mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Həmin video çəkilişdən də enerji pozuntuları aydın görünür. "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, iddiaçıya məxsus olan obyektin sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntuları ilə bağlı iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədilə dəyəri 2257 manat məbləğində 90 gün üçün 20520 kvts miqdarında hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” xx.xx.2022-ci il tarixli 148832 nömrəli protokolun surətindən görünür ki, “EEİQ”-nin tələbinə uyğun olaraq tərtib edilmiş NDQ 012694 nömrəli akta əsasən yanan 03306247 nömrəli sayğacın əvəzinə obyektə yeni LUN-23 tipli, 5 (amperlik), zavod nömrəsi 25868341, dövlət möhürü AZS2113321, alt qapaq möhürü 2093721, göstərici “0” olan sayğac quraşdırılmışdır. Həmçinin yanan sayğac təqdim olunmadığından xx.xx.2022-ci il tarixdə laboratoriya şəraitində yoxlanılması mümkün olmamışdır. İstehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, iddiaçı barəsində “EEİQ”-nın tələbinə uyğun olaraq tərtib olunmuş sözügedən akt NDQ 012694 nömrəli akta əsasən aktlar üzrə komissiya tərəfindən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə dəyəri 2257 manat təşkil edən 20520 kvts miqdarında enerji iddiaçının "xxxx" ASC-nə müraciəti əsasında nəzərə alınaraq MXİ 0273 nömrəli protokoluna əsasən dəyəri 954,69 manat təşkil edən 8679 kvts miqdarında azaldılmışdır. Ona görə də 20520 kvts-8679 kvts=11841 kvts. 2257 manat-954,69 manat=1302,31 manat. Abunə haqqında dövriyə cədvəlindən həmçinin görünür ki, hazırda iddiaçının cəmi 2188,31 manat borcu vardır. Həmin 2188,31 manat məbləğində olan borcun 1302 manatı iddiaçı barəsində “EEİQ”-nın tələbinə uyğun tərtib olunmuş akt əsasıda itirilmiş elektrik enerjisinin bərpası məqsədilə aktlar üzrə kommisiya tərəfindən hesablanmış məbləğdir. Qalan 886,31 manat məbləğ isə faktiki istifadə olunan, lakin dəyəri tam ödənilməyən aylıq enerji sərfiyyatından qalıq məbləğdir. Həmçinin abunə haqqında dövriyyə cədvəlindən görünür ki, iddiaçıya məxsus obyektə 2022-ci ilin noyabr ayında yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının sərf etdiyi aylıq enerjinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə artmağa başlamışdır. Belə ki, 2021-ci ilin dekabr ayında dəyəri 36,52 manat təşkil edən 332 kvts, 2022-ci ilin yanvar ayında dəyəri 70,40 manat təşkil edən 640 kvts, 2022-ci ilin fevral ayında dəyəri 161,92 manat təşkil edən 1472 kvts və həmin ilin mart ayında dəyəri 148,06 manat təşkil edən 1346 kvts olmuşdur. Lakin 2022-ci ilin dekabr ayında dəyəri 256,52 manat təşkil edən 2332 kvts, 2023-cü ilin yanvar ayında dəyəri 277,64 manat təşkil edən 2524 kvts, bu ilin fevral ayında dəyəri 281,16 manat təşkil edən 2556 kvts və bu ilin mart ayında dəyəri 236,83 manat təşkil edən 2153 kvts olmuşdur. Müqayisəli təhlil isə belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də iddiaçı elektrik enerjisindən qanunsuz olaraq şəbəkəyə qoşulmaqla faktiki olaraq istifadə etməsinə baxmayaraq sayğacdan kənar xətdən axan enerjini qeyd etməmişdir. Lakin sayğacdan kənar xətt ləğv edilkdikdən sonra sayğac ötürülən enerjini qeyd etmişdir. Hazırki işdə də iddiaçıya məxsus obyekt üçün quraşdırılmış elektrik hesablama sayğacı yanıb sıradan çıxdıqdan sonra iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə etməsi faktının aşkar edilməsi olmuşdur. Məhz bu səbəbdən də iddiaçının istifadəsində olmuş, onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmış elektrik hesablama sayğacı tamamilə yanıb sıradan çıxmasına və sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə etməsinə görə iddiaçı barəsində əlavə sərfiyyat hesablanmışdır. Həmiçinin iddiaçı iddia ərizəsində məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, yuxarıda qeyd edilən iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə quraşdırılmış sayğac uçot dəstinə 17 iyul 2022-ci il tarixdə iddiaçının özünün iştirakı ilə baxış keçirilmiş və aşkar olunmuş enerji pozuntularına dair akt tərtib olunmuşdur. Lakin həmin akt əsasında iddiaçı barəsində itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmamışdır. Bu barədə həmin akt əsasında tərtib olunmuş "xxxx" ASC-nin Qərb RETSİ-nin akt komissiyasının sədrinin xx.xx.2023-cü il tarixli icra vərəqində qeydiyyat aparılmışdır. İddiaçı məhkəmənin hazırlıq mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, elektron sistemdə borc 2257,20 manat göstərilir, silinmə isə aparılmamışdır. Ona yazılmış cərimənin, habelə sayğacın yenidən quraşdırılması üçün hesablanan 177,32 manat borc silinməliidr. Ona görə də bütöv qalıq olan 1474 manat borcun silinməyini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, hesablanmış borc məbləği onların ayda 700-800 manat məbləğində işıq sərf etdikləri nəzərə alınaraq hesablanmışdır. Halbuki saldodan da göründüyü kimi aylıq yalnız 100-200 manatlıq işıq sərf edilmişdir. Saldoya əsasən əvvəlki aylarda aylıq işıq sərfiyyatının az olmasının səbəbi karantin rejiminin olması ilə əlaqədardır, çünki karantin rejimində toyların keçirilməsinə icazə verilmirdi, ayda ən çoxu 10 toy mərasimi keçirilirdi, karantin rejimi aradan qaldırıldıqdan sonra isə toyların sayı artdığına görə aylıq enerji sərfiyyatı çoxalmağa başlamışdır. Cavabdeh təşkilatın əməkdaşları 17 iyul 2022-ci il tarixdə akt tətib edərkən iştirak etsə də ikinci dəfə akt tərtib edilən zaman nə özü, nə də ki, səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Onların iddia ərizəsində həm hesablanan cərimə məbləği, həm də yeni quraşdırılmış sayğacın xərci olaraq tələb edilən məbləğ birlikdə yazılmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə verilən etirazda göstərilən məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, obyektin texniki şərti olmalı idi, texniki şərtdə obyektə nə qədər elektrik enerjisi lazım olduğu qeyd edilməlidir. Sayğacı qorumaq, saxlamaq, düzgün istifadə etmək istehlakçının vəzifəsidir. Sayğaca əlavə güc düşdüyünə görə sayğac yanmışdır. Sayağac yanan zaman satışa nəzarət depertamentinə məlumat daxil olduqdan sonra onlar öz əməkdaşlarını həmin əraziyə göndərmişlər. Sayğacın hansı səbəbdən yanmasını müəyyən etmək mümkün olmamışdır. Obyektə tez xarab olan əşyalar olduğu üçün birbaşa xətt çəkilmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı çıxarışından görünür ki, Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi 51C ünvanında 0,06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 9- 21/139 saylı sərəncamından görünür ki, İddiaçı Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi 51C ünvanında mülkiyyətində olan 600 m2 torpaq sahəsində rayonun baş memarı ilə razılaşdırılmış eskiz layighəsinə uyğun 453 m2 ölçüdə müasir tələblərə cavab verən iki mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan 17 iyul 2022-ci il tarixli 046468 nömrəli aktdan görünür ki, abonentin şifahi məlumatı əsasında Qazax EŞ-nin ESŞ-nin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri-yaşayış obyektinin sayğac sisteminə yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı naməlum səbəbdən tamamilə yanıb. Xətdən axan yük ampermaşa vasitəsilə ölçülmüş və İA=12 A, İB=8A, İC=6A olaraq müəyyən edilmişdir. Elektrik sayğacının parametrləri kompüter bazasından yazılması qeyd edilmiş, yeni sayğacın quraşdırılması qərara alınmış, sayğac quraşdırılanadək obyektin enerji verilişi müvəqqəti bərpa olunmuşdur. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli NDQ 012694 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən obyektə məxsus elektirik sayğacının uçot dəstinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, elektirik sayğacı yanıb. Elektirik enejisindən birbaşa istifadə olunur. Amper maşa vasitəsilə ölçü aparıldığı qeyd edilmiş, İ1=37 A, İ2=31A, İ3=36A olaraq müəyyən edilmişdir. Nəticədə uçot dəstinin bərpa olunması, yeni sayğacın quraşdırılması, habelə texniki şərtinə uyğun olaraq 25A avtomat quraşdırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən 25 iyul 2022ci il tarixli NDQ 012694 nömrəli akta əsasən 27 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsində göstərilmişdir ki, baxış zamanı elektrik sayğacının yanıb, elektrik enerjisindən birbaşa istifadə olunur, sayğac dəyişdirilib. 22,8 kvt x10 saat x 90 gün =20520 kvts tarif (0,11 man)-20520 kvts x 0,11=2257 manat. İş materiallarında olan “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” xx.xx.2022-ci il tarixli 148832 nömrəli protokoldan görünür ki, NDQ 012694 saylı akta əsasən yanmış sayğacın yerinə yeni sayğac quraşdırılaraq möhürlənməsi, digər sayğacın isə tam yanıb külə dönməsi qeyd edilib. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı sayğac alınması və quraşdırılmasına görə 177,32 manat, EİQ pozulmasına (0,11) görə 2257,20 manat olmaqla, cəmi 2434,52 manat borc hesablanmışdır. Həmin borcdan xx.xx.2023-cü il tarixli protokala əsasən 954,69 manat borc silinmiş və hazırda qalıq borcu 1479,83 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qazax rayon X6 hissəsinin təqdim etdiyi 17 fevral 2023-cü il tarixli 3-18-248/2-1xx-xx/2023 saylı arayışından görünür ki, İddiaçı məxsus N.Nərimanov qəsəbəsində yerləşən “LEON” çay evinin çöl divarında quraşdırılmış elektirik sayğacı və sayğacın giriş kabelində 17 iyul 2022-ci il tarixdə yanğın hadisəsi baş vermiş və nəticədə 1 ədəd elektrik sayğacı və 1,5 pm giriş kabeli yanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi 51C ünvanında yerləşən qeyri yaşayış sahəsində quraşdırılmış elektrik sayğacında xx.xx.2022-ci il tarixdə yanğın baş vermiş, istehlakçının müraciəti əsasında Qazax EŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, sayğaca baxış keçirmiş və həmin tarixdə obyektə məxsus elektrik sayğacının naməlum səbəbdən tamamilə yanması qeyd edilməklə akt tərtib edilmiş, yeni sayğacın quraşdırılması qeyd edilməklə sayğac quraşdırılanadək obyektin enerji verilişi müvəqqəti bərpa olunmuşdur. Sonradan "xxxx" ASC-nin əməkdaşları tərəfindən obyektə məxsus elektirik sayğacının uçot dəstinə baxış keçirilmiş, elektirik sayğacının yanması və elektirik enejisindən birbaşa istifadə olunması qeyd edilməklə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, aktda amper maşa vasitəsilə ölçü aparıldığı, uçot dəstinin bərpa olunması, yeni sayğacın quraşdırılması, habelə texniki şərtinə uyğun olaraq 25A avtomat quraşdırılması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə sonuncu akta əsasən yanmış sayğacın yerinə yeni sayğac quraşdırılaraq möhürlənmişdir. xx.xx.2022-ci il tarixli akt əsasında "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmiş, icra vərəqəsinə əsasən elektrik sayğacının yanması, elektrik enerjisindən birbaşa istifadə olunması və yeni sayğac quraşdırılması nəzərə alınmaqla İddiaçı 2257 manat məbləğində borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı sayğac alınması və quraşdırılmasına görə xx.xx.2022-ci il tarixə 177,32 manat, EİQ pozulmasına (0,11) görə xx.xx.2022-ci il tarixə 2257,20 manat olmaqla, cəmi 2434,52 manat borc hesablanmış, xx.xx.2023-cü il tarixdə isə MXİ0273 nömrəli protokola görə isə borcdan 954,69 manat silinməsi qeyd edilmişdir. İddiaçı iddia tələbində sayğac alınması və quraşdırılmasına və EİQ pozulmasına görə hesablanmış cəmi 2434 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək saldodan 954,69 manat silinməsini nəzərə alaraq sayğac alınması və quraşdırılmasına və EİQ pozulmasına görə hesablanmış cəmi 1474 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacın yanma səbəbi məlum olmamışdır, həmin sayğacın istehlakçının təqsiri üzündən yanması təsdiq edilmir. Həmçinin sayğac yanan vaxt iddiaçının müraciəti əsasında cavabdehin əməkdaşları yerində baxış keçirmiş, sayğacın tamamilə naməlum səbəbdən yanmasını qeyd etməklə qeyriyaşayış sahəsinə elektrik enerjisinin verilməsini müvəqqəti olaraq bərpa etmişdir. Yəni cavabdehin əməkdaşları özləri qeyri-yaşayış sahəsinə sayğacdan kənar elektrik enejisinin verilməsini təmin etmişdir ki, sayğacdan kənar elektrik enejisinin verilməsində iddiaçının təqsiri olmamış, sayğac yandıqdan dörd ay sonra yeni sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra yeni sayğac quraşdırılanadək keçən müddət ərzində itirilmiş elektrik enerjisinin miqdarı müəyyən edilməklə isə icra vərəqəsi verilmiş və iddiaçıya 2257 manat borc, habelə yeni sayğacın alınma və quraşdırılma xərci olaraq 177,32 manat borc hesablanmışdır. Borc isə istehlakçının “X2 Qaydaları”nı pozduğuna görə hesablanmışdır. Elektrik sayğacı yandığı üçün qeyri-yaşayış sahəsinə sayğacdan kənar elektrik enerjisinin verilməsi təmin olunmuşdur, yeni sayğac quraşdırılanadək istifadə edilmiş elektrik enejisinin sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi. Lakin iş materiallarından görünür ki, icra vərəqəsinin əsasında duran akt tərtib edilərkən ümumiyyətlə istehlakçının iştirakı təmin edilməmişdir. Həmçinin elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı idi, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalı idi. Göründüyü kimi istər elektrik sayğacının yanmasında, istərsə də qeyri-yaşayış sahəsinə sayğacdan kənar elektrik enerjisinin verilməsində iddiaçının təqsirli olması təsdiq olunmur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə elektrik sayğacının yanması səbəbindən istehlakçının müraciəti əsasında cavabdehin əməkdaşları qeyri-yaşayış sahəsində baxış keçirsələr və akt tərtib etsələr də, sonradan yəni xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları qeyri-yaşayış sahəsində yoxlama apararkən yuxarıda sadalanan qanunların tələblərinə əməl etməmişlər. Ona görə də iddia təmin edilməli, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya hesablanmış 1474 manat məbləğində borc **********00061 nömrəli abonent hesabından silinməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 34 manat 74 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 25 iyul 2022-ci il tarixli NDQ 012694 nömrəli akta əsasən 27 dekabr 2022-ci il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 1474 (min dörd yüz yetmiş dörd) manat məbləğində borc **********00061 nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 34 (otuz dörd) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-402/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-402/2023
12.06.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver