Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-425/2020 27.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair işəməhkəməninbinasındaaçıqməhkəməiclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” idarəsi tərəfindən Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavadeh tərəfindən Goranboy rayonu, Boluslu kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş mağazanı cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonunun Boluslu kəndi ərazisində Cavabdeh (VÖEN-**********) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən diametri 325 mm-lik "Goranboy QPS” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 14 metrliyində edilmişdir. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə 9 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək təminedilməsinixahişemişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, Goranboy rayonu,Cinliboluslu bələdiyyəsinin qərarına əsasən torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona satıldığını, qanuni əsaslarla tikinti tikdiyini, həmin tikilinin dövlət orqanları tərəfindən istismara qəbul edildiyini və heç kimin ona hər hansı bir xəbərdarlıq etmədiyini bildirmişdir. İşmateriallarındaolan; JN 0515, KOD 50910018 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayonu, Cinliboluslu bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarına əsasən satılmış 0,03 ha torpaq sahəsi Cavabdehun mülkiyyətinə verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən verilən 5 saylı “tikinti işlərinin aparılması üçün” icazə sənədindən görünür ki, Goranboy rayonu, Cinliboluslu kəndinin qərarı ilə verilmiş Goranboy rayonunda, Goran dördyolunda yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Cinliboluslu kəndində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli, 183,1 kv.metr ümumi, 97,5 kv.metr əsas, 112,5 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qyeriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın təsdiq edilməsi haqqında Qaydaların; 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsində göstərilir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququnu əldə etmir. Maddənin mənasına görə əgər şəxs, tikintiyə mülkiyyət hüququnu əldə etmişdirsə, artıq həmin bina özbaşına tikinti hesab olunmur. Hazırkı mübahisə predmetinə aid bina isə mülkiyyət hüququ əldə edilmiş tikintidir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış binasına mülkiyyətçi Cavabdeh qanun üzrə mülkiyyət sənədləri mövcuddur və əmlak rəsmi reyestrdə qeydə alınmışdır. Eyni zamanda tikintinin aparılmasına icazə verilməsini təmin edən sənədlər də qüvvədədir. Mübahisə predmeti olan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, həmçinin səlahiyyətli orqan tərəfindən tikintinin aparılmasına icazə verilməsi həmin tikilinin özbaşına olması hallarını aradan qaldırmış olur. Mülkiyyətdə olan tikintinin dəyəri ödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır (Avropa Məhkəməsinin Kuşoğlu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” idarəsinin Cavabdeh qarşı cavabdeh tərəfindən Goranboy rayonu, Boluslu kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş mağazanı cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-425/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-425/2020
27.08.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver