Məhkəmə qərarları › İş №e-2-2(115)-460/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-460/2021

03.05.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-460/2021 03.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Tapdıq oğlunun cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Tapdıq oğlu iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 13.04.2021-ci il tarixli, **********807900 nömrəli qərarın ləğv edilməsi, iddiaçı tərəfindən 2020-ci ilin noyabr-dekabr və 2021-ci ilin yanvar-mart ayları üçün təqdim edilmiş ƏDV bəyənnamələrinin faktiki ƏDV-yə cəlb olunan dövriyyəsi ilə kassirlər tərəfindən süni qaydada artıq vurulmuş NKA-a çeki arasında olan fərqin qanunvericiliyə uyğun olaraq araşdırılmasını və artıq vurulmuş dövriyyənin azaldılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbinə kommersiya mübahisəsi kimi baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı inzibati orqanın qərarını mübahisələndirir və hesablanmış borcun azaldılmasını tələb edir. Göründüyü kimi iddia tələbi inzibati orqanın qərar və hərəkətinə qarşı yönəlmişdir. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya izah olunur ki, mübahisə ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Tapdıq oğlunun cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi və borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar