Məhkəmə qərarları › İş №e-2-2(115)-522/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-522/2023

01.05.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-522/2023 01.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən yazılan 90 000 manat borcun silinməsi və mediasiya xərci kimi ödənilən 400 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli 2(104)-300/2021 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(044)-1469/2019 nömrəli qətnaməsi iddiaçı Cavabdeh İB cavabdeh X4 qarşı 90 000 manat dəymiş ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdi ki, X3 adına yazılan 90000 manat ziyan əsassızdır. Lakin buna baxmayaraq həmin borc X3 üzərində qalmaqdadır. İddiaçıya və cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil isə məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, tərəflər arasında hazırkı borcla bağlı məhkəmə mübahisəsi olmuş və müvafiq qətnamə qəbul edilmişdir. Lakin həmin qətnamədə borcun silinməsi öz əksini tapmamışdır. Ona görə də borc silinməmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, X3 2023-cü il yanvar ayına 90 000 manat borcu vardır. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə haqqında aktından görünür ki, 2023cü il fevral ayına olan borc 99.038.92 manat təşkil edir. xx.xx.2023-cü il tarixli MŞG/1-01015 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı müraciət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(044)-1469/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İstehsalat X1 qarşı təbii qazdan qanunsuz istifadəyə görə dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddianın təmin edilməməsi, X3 Cavabdehnə qarşı aktın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddasının təmin edilməsi, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 01 iyun 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(104)-2866/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(076)-1469/2019 nömrəli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İlkin iddia üzrə iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh İB kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli 2(104)-7976/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(104)-2866/2019 nömrəli qətnaməsi ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli 2(104)-300/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçı Cavabdeh İB cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh dəymiş ziyanın əvəzi olaraq X4 90.000 manat borc hesablayaraq onu məhkəmə qaydasında tələb etmişdir. Lakin, həmin borc məhkəmə tərəfindən əsassız sayılmış və iddia tələbi rədd edilmişdir. Buna baxmayaraq həmin məbləğ abonentin hesabından silinməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, qanunvericiliyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları həmin işdə iştirak edən şəxslər başqa məhkəmə prosesində sübut etməkdən azaddırlar. Yuxarıda qeyd olunduğu kimi, zərərin mövcud olmaması halı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Məhkəmə qeyd edir ki, dəymiş ziyanın əvəzi kimi hesablanmış 90 000 manat borc qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əsassız sayıldığından Cavabdeh həmin borcu istehlakçının hesabında saxlamaqda haqlı olmamışdır. Odur ki, həmin 90 000 manat borc da iddiaçının hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 90 000 (doxsan min) manat borc iddiaçı X3 abonent hesabından silinsin. Cavabdehndən 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı X4, 360 (üç yüz altmış) manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar