Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-570/2023 04.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1080 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin nəzdində idman zalı fəaliyyət göstərir, müqavilə əsasında Cavabdehndən qaz yanacağı alır. Cavabdeh İsehsalat Birliyinin əməkdaşları gəlmiş, xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edərək sayğacı çıxarmış, müvəqqəti sayğac quraşdırılmış, əvvəlki sayğac labaratoriyaya göndərilmişdir. Səbəb isə sayğacın sərfiyyatı düzgün silməməsi kimi qeyd edilmişdir. Labaratoriyada onun iştirakı olmadan yoxlama aparılmış və xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Ona təqdim edilmiş aktdan görünür ki, sayğac Cavabdeh X1 Departamentinin sayğacların ekspertizası şöbəsi tərəfindən yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, sayğaca müdaxilə edilib. Ona görə də ona 1080 manat məbləğində borc hesablanmışdır. Hesablanmış 1080 manat məbləğində borcu əsassız hesab edir. Belə ki, qaz sayğacının labaratoriyada yoxlanması zamanı ona məlumat veriləməmiş, yoxlamada onun iştirakı təmin edilməmişdir. Bundan başqa labaratoriya yoxlama zamanı iddia olunan sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi nasazlığına görə qaz sərfiyyatının hesablanması da mülahizələr əsasında həyata keçirilmişdir. İstehlak etdiyi qazın neçə kub metrinin işlətməsini, hansı tarixdən sözügedən nasazlığın yaranmasının təqribi hesablama ilə müəyyən edilməsi qanunsuz və əsassızdır. O sözügedən sayğaca heç bir müdaxilə etməmiş, sayğac isə müvəqqəti sayğac ilə əvəz edilərkən Cavabdeh dörd əməkdaşları iştirak etmişdir və sayğacın üzərində olan xüsusi plomb sağlam olmuş, sayğac plombunun qırılması, pozulması barədə ona heç bir irad tutulmamışdır. Belə olan halda hesab edir ki,“Azriqaz” İstehsalat Birliyi ona borc yazmaqda haqlı olmamışdır. İş üzrə iddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X2 əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin qərardadı ilə iddiaçı X6 əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 iddia tələbini müdaiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, onlar tərəfindən sayğaca olan müdaxiləyə görə cərimə deyil, dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan isə sayğacın labarotoriya şəraitində yoxlanmasından sonra verilən rəy əsasında hesablana bilər. Hazırki iş üzrə labarotoriya rəyində sayğaca müdaxilə edildiyi və bunun nəticəsində sayğacda bir neçə qüsur yarandığı aşkar edilmişdir. Buna görə də dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 11 sentyabr 1997-ci il tarixli 01 saylı əmrdən görünür ki, 18 iyun 1997-ci il tarixli 01 saylı təsisçi qrupu üzvlərinin ümumi yığıncağının protokoluna əsasən X6 "xxxx" MMC-nin rəhbəri təyin edilmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyesrti məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1li dogum haqqında şəhadətnamədən görünür ki, X12 X2 oğludur. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Gəncə şəhəri Nəriman Nərimanov ev 123, təsisçiləri bərabər paylarla X12 və X4r. İş materiallarında olan X12 ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli AHX-6123/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı X9 məxsus tipi İTRON, markası G4, nömrəsi **********7, sayğac göstəricisi 04265,976 m3, vurulan plombun nömrəsi ******* olan sayğac, sayğac sərfiyyatı silinmədiyi (düzgün silimir) üçün Cavabdeh İBnin nümayəndələri tərəfindən çıxarılmış, əvəzində tipi MEN, markası G4, nömrəsi **********9, mexaniki 01055 m3, vurulan plombun nömrəsi 10046371 olan müvəqqəti sayğac quraşdırılmışdır. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MSK-29/1640-02019-63 saylı aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02019 saylı, 10 avqust 2022-ci il tarixli məktubuna əsasən 17 avqust 2022-ci il tarixində Gəncə RQİİ –dən Dövlət yoxlamasına gətirilmiş G4 markalı smartkart tipli qaz sayğacına 23 sentyabr 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış nəticəsində sayğacın klapanın açıq olması, ekranda açıq işarəsi olması, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi, xətaların normaya uyğun olmaması, sayğacın yaddaş arxiv proqramı oxunub alarm 1 rejiminin qeydə alınmaması, həmçinin sayğacın yarasız olması, müdaxilə nəticəsində qaz itkisinə səbəb olması faktı müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, "xxxx" MMC-nin rəhbəri X5 20 iyul 2022-ci il tarixli ******* nömrəli akta əsasən 1080 manat qalıq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Akt əsasında qeyri-qanuni müdaxilə nəticəsində itirilmiş qaz hesabatına əsasən hesablanmış 1080 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 20 iyul 2022-ci il tarixli ******* nömrəli akta əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 1080 (bir min səksən) manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-570/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-570/2023
04.07.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver