Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-573/2023 31.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən su sərfinə və kanalizasiya xidmətinə görə “MY-WAY ”Hotelinə (abonent nömrəsi 80656) hesablanmış 4104 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ünvan 1 ünvanında yerləşən “MY-WAY” Hoteli işlədir. Cavabdeh2 ASC ilə onun arasında bağlanmış müqaviləyə əsasən istehlakçı olaraq sudan istifadəyə görə obyektə su sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl ön ödəməli smart kart tipli su sayğacı qoyulmuşdur. Sahibkar kimi Nümayəndə oteldə sərf olunmuş su sərfinə və kanalizasiya xidmətinə görə vaxtlı-vaxtında xidmət haqlarını mövcud tariflərə uyğun ödəmişdir. Lakin sonradan “Gəncə Sukanal” TSC-nin əməkdaşları kənar xətdən istifadə edilməsini əsas gətirərək akt tərtib etmiş, sudan istifadəyə görə 2052 manat, çirkli suya görə isə 2052 manat borc yazmışdır. Yəni Cavabdeh2 ASC və “Gəncə Sukanal” TSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə 600287 saylı aktda su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə etdiyi əsas gətirilərək 4104 manat məbləğində borcun tutulması qeyd edilmişdir. Əlavə sərfiyyat olaraq hesablanmış ümumilikdə 4104 manat borc tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, əməkdaşlar tərəfindən yoxlama aparılmış, akt tərtib edilmiş və “MY-WAY” Hotelə cərimə hesablanmışdır. Çünki onlarda olan məlumatda, yəni reyestrdə olan məlumatlara əsasən həmin hüquqi şəxsin adı “MY-WAY” Hotel kimi qeyd edilmiş, ona görə də akt tərtib edilərək həmin hüquqi şəxsə cərimə hesablanmışıdr. Onlarda həmin hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə məlumat olmamışdır. Yoxlama zamanı yoxlamalar reyestrdə qeydiyyatdan keçməmişdir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə və digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2018-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən ərazisi 2026,6 kv.m olan torpaq sahəsində inşa olunmuş ümumi sahələri 408,1 kv.m-birinci mərtəbədən, 383,8 kv.m-ikinci mərtəbədən, 231,2 kv.m-zirzəmidən, 88,0 kv.m-həyət tikililərindən, həyətdə yüngül konstruksiyadan quraşdırılmış 104,0 kv.m-talvardan, 19,8 kv.msəhnədən, ümumi sahəsi 16,0 kv.m–dörd ədəd söhbətgahdan ibarət restoran-otel binasının rəsmiləşdirilməsi, X2 adına qeydiyyata alınması, vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı ərazi idarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilə istehlakçı İ.Səfərov arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 01 yanvar 2020-ci il tarixli 41101137 saylı müqavilədən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun olaraq məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xx.xx.2020-ci il tarixdən qüvvəyə minməsi, xx.xx.2023-cü il tarixədək qüvvədə olması göstərilmişdir. İş materiallarında olan X3 ilə İddiaçı təsisçisi Nümayəndə arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 002 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən X1 şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən ərazisi 2026,6 kv.m olan torpaq sahəsində inşa olunmuş ümumi sahələri 408,1 kv.m-birinci mərtəbədən, 383,8 kv.m-ikinci mərtəbədən, 231,2 kv.m-zirzəmidən, 88,0 kv.m- həyət tikililərindən, həyətdə yüngül konstruksiyadan quraşdırılmış 104,0 kv.m-talvardan, 19,8 kv.m-səhnədən, ümumi sahəsi 16,0 kv.m-dörd ədəd söhbətgahdan ibarət restoran-otel binasını icarədarın istifadəsinə verməyi, icarədar isə müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsinə görə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “İcarə haqqının razılaşdırılması protokolun”-dan görünür ki, icarəyə götürən icarəyə götürdüyü icarə obyektindən istifadəyə görə icarəyə verənə ƏDV daxil olmaqla aylıq 2000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 600287 saylı aktdan görünür ki, Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC-nin AİŞ-nin nümayəndələri tərəfindən 15 avqust 2022-ci il tarixində Azərbaycan Bayrağı küçəsi ev 8 ünvanında yerləşən “MY WAY” otelin nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və obyektdə 1 ədəd D=20 mm-lik su xəttindən və üzərində quraşdırılmış smart tipli elektron su sayğacından istifadə olunması, habelə obyektin D=20 mm-lik 218-lik boru vasitəsilə sudan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC tərəfindən təqdim olunmuş qanunsuz istifadə fakturasından görünür ki, Azərbaycan Bayrağı küçəsi ev 8 ünvanında yerləşən kafeyə sudan istifadəyə görə 2052 manat, çirkli suya görə isə 2052 manat olmaqla ümumilkidə 4104 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər, öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxsdən tələb etmə hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki prosessual qanunvericilyiə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşıqarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən restoran-otel binasının rəsmiləşdirilməsi və X2 adına qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilə istehlakçı İ.Səfərov arasında 01 yanvar 2020-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. X3 ilə İddiaçı təsisçisi Nümayəndə arasında 14 oktyabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı (keçmiş Sahil) küçəsindəki Park bulvarda yerləşən restoran-otel binası ona icarəyə verilmişdir. 15 avqust 2022-ci il tarixdə Cavabdeh2 ASC-nin “Gəncə Sukanal” TSC-nin AİŞ-nin nümayəndələri tərəfindən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ev 8-də yerləşən “MY WAY” otelində yoxlama keçirilmiş, akt tərtib edilmiş və cərimə hesablanmışdır. İcarəsində restoran-otel binası olan İddiaçı MMC Cavabdeh2 ASC-yə və "Gəncə Sukanal" TSC-nə qarşı “MY WAY” otelinə hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı MMC-nin cavabdehlərlə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə olmamış, onlar arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Hesablanmış cərimə isə yalnız otelin özünə aiddir ki, hazırkı iddia İddiaçı MMC tərəfindən qaldırıla bilməzdi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-573/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-573/2023
31.05.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver