Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-630/2023 04.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə və X9 İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, UP57/00102 nömrəli aktın əsasında hesablanmış 101932 kub metr əlavə qaz sərfiyyatının, yəni 22425,04 manat məbləğində yaranmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə İddiaçı MMC barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında UP57/00102 nömrəli akt tərtib etmişlər. Həmin aktda göstərilir ki, sayğac üzərində İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə guya 200602 kub metr, yəni 44132,44 manat göstərici olmuşdur. Halbuki, həmin tarixə sayğac üzərində olan göstərici 98670 kub metr, yəni 21707,40 manat təşkil edir. Buna baxmayaraq Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin əməkdaşları aktda sayğac üzərindəki real göstəriciyə əlavə olaraq 101932 kub metr, yəni 22425,04 manat əsassız borc qeyd ediblər. Akt əsassızdır, faktları təhrif etməklə və saxtalaşdırmaqla tərtib edilmişdir, ona görə də etibarsız sayılmalıdır və yazılmış əlavə qaz sərfiyyatı silinməlidir. Həmçinin aktın tərtib edilməsi zaman İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Hal şahidlərinin iştirakı da təmin edilməmişdir. Azəriqaz İB-nin Şəmkir RQİİ-nin Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli AKT UP57/00102 nömrəli aktına əsasən, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq 6-650 markalı 83049384 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilir ki, sayğaca laborator baxışdan keçməmişdir, baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Hətta sayğac göstəricilərinin normalara uyğun olmaması olsa da belə, bunun kimin təqsiri olduğu izah edilməlidir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına Cavabdeh İB cavabdehdir. Ümumiyyətlə cavabdehin belə nəticəyə gəlməsi Qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Aktda Cavabdeh İB-nin SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata istinad edilərək “uçota alınmayan qaz həcminin yenidən hesablanması” qeyd edilsə də, bu cür hesablamanın hansı hallarda aparıla biləcəyinə dair hər hansı açıq məlumata rast gəlmək mümkün deyildir. Eyni zamanda aktda göstərilənlərin əsassızlığı aşağıdakı faktlarlar da təsdiq edilir: Aktda qaz sərfiyyatının nə vaxtdan nə vaxta hesablanması göstərilməmişdir. Akt tərtib edilərkən müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Əlavə sərfiyyatın hansı səbəbdən yazılması barədə heç bir açıqlama göstərilməmişdir. Sayğac üzərində olan rəqəmlər düzgün göstərilməmişdir. Beləliklə aktın tərtibi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının müfəttişi X6 izahatında göstərdi ki, 28 noyabr 2017-ci ildə qaz sayğacı quraşdırılmışdır. Sayğacın yararlılığı barədə arayışda onun növbəti dövlət yoxlamasının vaxtı qeyd edilmişdir. 28 noyabr 2020-ci ildə bu yoxlama olmalı idi, ancaq həyata keçirilməmişdir. Həmin sayğacın yoxlanması qaz paylayıcısının səlahiyyətindədir. 22 aprel 2022-ci il tarixdə qaz sayğacına xidmət göstərilmişdir. 30 dekabr 2022-ci il tarixdə X9 İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin satış rəisi, mühəndisi və texniki sayğaca baxış keçirmişlər və akt tərtib etmişlər. Aktda sayğac üzərində dövlət yoxlamasının keçirildiyini və sayğacın düzgün işləmədiyini aşkar etmişlər. Lakin bugünki günədək həmin sayğacı hələ də yerində saxlamışlar. Onların yoxlama aparmağa səlahiyyəti olmamışdır. Sayğac ancaq əvəzləyici sayğac qurarşdırılaraq laboratoriya göndərməli və laboratoriya qaydasında yoxlanılmalı idi. Laboratoriyanın rəyindən sonra təbii qazdan istifadə qaydaların pozulması haqqında akt tərtib olunmalı, daha sonra itirilmiş təbii qazın bərpasına dair tələbnamə tərtib olunmalı, daha sonra hesabat aparılmalı idi. X7 Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin apardığı hesabatın heç bir hüquqi əsası yoxdur. Qaz paylayıcısının səlahiyyətli nümayəndəsi sahibkarlıq fəaliyyəti subyektinin sayağacında qeyri-qanuni hər hansısa hal aşkar etdikdə, onlar bu barədə rəhbərliyə məlumat verməli, yoxlama aparması ilə əlaqədar çıxarış alınmalı və yoxlamanın nəticəsindən asılı olaraq sayğac mütləq laboratoriyaya göndərilməlidir. İş materiallarında olan kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1n Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən təqdim edilmiş “Sayğacın istismara yararlılığı haqqında” 22 noyabr 2017-ci il tarixli 29/1640- 02680 saylı arayışdan görünür ki, korrektorun markası və nömrəsi miniElcor **********, tipi TURBİN, sayğacın markası və nömrəsi G650 83049384, ölçü həddi m3/saat 50-100, yoxlamadan əvvəl mexaniki göstəricisi 0000155, yoxlamadan sonra mexaniki göstəricisi ******* olan sayğac yoxlamanın nəticəsi olaraq yararlı olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 28 noyabr 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, quraşdırılan sayğacın tipi TURBİN, markası G650, zavod nömrəsi 83049384, korrektorun markası MiniElcor, korrektorun nömrəsi 17090039, sayğacın üzərindəki plomblar 03126424, 03126425, sayğac quraşdırılarkən mexaniki göstərici ******* m3, VBT000000190 m3, VT000000190 m3 olan sayğac daşınan qutuya vurulmuş 14108456 plomb qırıldı. G-100 ******* saylı qaz sayğacının əvəzinə G650 ******* saylı qaz sayğacı quraşdırıldı. İş materiallarında olan Cavabdeh İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 aprel 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, çıxarılan sayğacın tipi TURBİN, markası G650, zavod nömrəsi 83049384, korrektorun markası miniElcor, korrektorun nömrəsi **********, sayğacın üzərindəki plomblar 03126424, 03126425, sayğac çıxarılarkən mexaniki göstərici ******* m3, VBT **********7 m3, VT003737145 m3 olan sayğaca Şəmkir XS tərəfindən xidmət göstərilib və sayğac işlək vəziyyətdədir. İş materiallarında olan “Təbii qazın uçotunun pozulması haqqında 30 dekabr 2022-ci il tarixli UP57/00102 saylı aktdan görünür ki, istehlakçıya məxsus yaşayış (qeyri-yaşayış) sahəsində təbii qazdan istifadə üzrə xx.xx.2022-ci il tarixdə saat 14:25-də “Qazdan istifadə Qaydalarının” 4.3-cü bəndinə uyğun olaraq G650 markalı 83049384 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı və 101932 m3 borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, istehlakçı İddiaçı MMC-nin 31 dekabr 2022-ci il tarixə qalıq borcu 74919,37 manat təşkil etmişdir. İş materiallarında olan.11 yanvar 2023-cü il tarixli 21 nömrəli hesab fakturadan görünür ki, İddiaçı MMC-nin qalıq borcu 44132,44 manat təşkil edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC-nə 45288,02 manat qalıq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Belə ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektinin qaz sayğacının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə hallarını müəyyən edərdisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli idilər. Həmçinin iş üzrə mütəxəssis qismində izahat verən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının müfəttişi X1 RQİİ-nin Şəmkir Xidmət Sahəsinin sayğaca baxış keçirərək akt tərtib edən əməkdaşlarının buna səlahiyyəti olmadığını bildirmişdir. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilsə də həmin sayğac əvəzləyici sayğac ilə əvəz edilərək laboratoriyaya göndərilməmiş, laboratoriya qaydasında yoxlanılmamışdır. Laboratoriya rəyi olmadan, itirilmiş təbii qazın bərpasına dair tələbnamə tərtib edilmədən və ən əsası istehlakçının təqsiri müəyyən edilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması qənaətinə gəlinmiş və istehlakçıya borc hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 dekabr 2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 22425 manat 04 qəpik məbləğində borc **********00060 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 30 dekabr 2022-ci il tarixli UP57/00102 nömrəli akta əsasən İddiaçınə hesablanmış 22425 (iyirmi iki min dörd yüz iyirmi beş) manat 04 (dörd) qəpik məbləğində borc **********00060 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-630/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-630/2023
04.07.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver