Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-72/2021 14.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehnə Samux rayonu, Ziyadlı kəndində yerləşən iddiaçıya məxsus istixana kompleksində istifadə olunmuş qaza görə Cavabdeh tərəfindən hesablanmış 34 386 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Ziyadlı kəndinin ərazisində ona məxsus 5 ha torpaq sahəsinin 2 ha hissəsində istixana quraşdırılmış, Cavabdeh İB ilə arasında bağlanmış müqaviləyə əsasən qazadan istifadəyə görə ödənişlər etmiş, lakin sonra qonşuluqda olan istixanalara quraşdırılmış sayğacın eyni qaz sərfiyyatı olmasına baxmayaraq daha az yazdığını görmüş, cavabdeh orqana müraciət etmiş, ancaq nəticəsi olmamışdır. Daha sonra 34 386 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu bildirmiş və ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə olunmuş: Qarşılıqlı hesablaşmalar haqqənda üzləşdirmə aktının surətindən görünür ki abonent İddiaçı 34 386 manat borcun olması barədə bağlı akta imza etmişdir. Beləliklə, qeyd edilən iş materiallarından göründüyü kimi iddiaçıya məxsus qeyriyaşayış sahəsi normativ tələblərə uyğun qazlaşdırılmış, obyektə olan sayğaca baxış keçirilərkən onun nöqsanı müəyyən olunmamışdır. Belə olan halda qaz sərfiyyatının normadan artıq hesablanması və yaxud səhvən hesablanması halları istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf hesablanan borcun əsassız olması halları barədə faktiki halları və sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdehnə Samux rayonu, Ziyadlı kəndində yerləşən iddiaçıya məxsus istixana kompleksində istifadə olunmuş qaza görə Cavabdeh tərəfindən hesablanmış 34 386 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-72/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-72/2021
14.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver