Məhkəmə qərarları › İş №e-2-2(115)-721/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-721/2020

18.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-721/2020 18.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış borcun silinməsi vəə qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən artıq hesablanmış 88 821,50 manat borcun silinməsi və qaz təbzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə ərizə göndərərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.9-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış borcun silinməsi və qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar