Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-83/2020 12.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli NDQ № 001915 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3900 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, sözügedən aktın İddiaçı MMC-yə deyil, X4 qarşı tərtib edildiyindən, işi baxılmamış saxlamağı və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, işin baxılmasını tələb etmir. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-83/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-83/2020
12.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver