Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-861/2025 02.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə və İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh X4 qarşı tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Oguz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsindən çıxarılaraq İddiaçı1nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə İddiaçı2 arasında 26 mart 2024-cü il tarixdə icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinin müddəti 26 mart 2025-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti bitməmiş icarə müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddəti 31 dekabr 2026-cı il tarixədək artırılmışdır. Cavabdeh İddiaçı2 26 mart 2024-cü il tarixli icarə müqaviləsinin tələblərini kobud şəkildə pozaraq kommunal xidmətlərdən istifadəyə görə qaz sərfiyyatına borc yaratmışdır. Cavabdeh İddiaçı2 qaz sərfiyyatına görə 11 noyabr 2024-cü il və 12 dekabr 2024-cü il tarixli dövrlər üçün istifadə etmiş olduğu qaz sərfiyyatına görə 18438,06 manat borcu ödəməmişdir. Artıq müqavilə üzrə şərtləri cavabdehin üzərinə götürdüyü öhdəliyini bilərəkdən pozduğuna görə həmin müqavilənin 9.2.2-ci bəndinə əssən bir tərəfli qaydada xitam verilmişdir. İddiaçı1 tərəfindən xəbərdarlıq Cavabdeh İddiaçı2 hüquqi ünvanına və ona məxsus ********* saylı VÖEN-ə həm elektron qaydada həm də cavabdehin hüquqi ünvanına yazılı qaydada poçt vasitəsi ilə xəbərdarlıq göndərilmişdir. Cavabdeh İddiaçı2nə müqavilə üzrə kommunal xidmətlərdən qaz sərfiyyatına görə yaratmış olduğu borcun ödənilməsindən 30 gündən artıq keçdiyi üçün icarə müqavilələrin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edildiyini Oğuz rayon Sincan kəndində yerləşən 67 ha torpaq sahəsinin boşaldaraq tütün qurutma məntəqəsini təhvil verilməsi bildirilmişdir. Buna baxmayaraq cavabdeh X9 iddiaçının mülkiyyətində olan ərazinin tütün qurutma məntəqəsidən boşaltmayaraq təhvil verməmişdir. Bundan əlavə olaraq İddiaçı1 qanui təmsilçisi X7 iddaçıya məxsus əraziyə daxil olmağa maneəçiliklər yaradaraq buraxmırlar. İddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına pretenziya məktubu və iddia ərizəsini ********** saylı VÖEN-ə elektron qaydada və yazılı qaydada X9 poçt vasitəsi ilə ünvanına göndərilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-ci il tarixli dəyişikliyin ləğv edilməsi, cavabdeh İddiaçı2 tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq İddiaçı1nə ödənilməsi, iddia ərizəsinə və iddia tələbinin artılrılmasına görə ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı2 Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldaraq İddiaçı1nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı2 qaz sərfiyyatına görə 11 noyabr 2024-cü il və 12 dekabr 2024-cü il tarixli dövrlər üçün istifadə etmiş olduğu qaz sərfiyyatına görə 18.438,06 manat borcu ödəməmişdir. Artıq müqavilə üzrə şərtləri cavabdehin üzərinə götürdüyü öhdəliyini bilərəkdən pozduğuna görə həmin müqavilənin 9.2.2-ci bəndinə əssən bir tərəfli qaydada xitam verilmişdir. Lakin, buna baxmayaraq cavabdeh icarə müqaviləsinin ləğv edildməsini qəbul etmir. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icarə haqqı artıq 06 aydan artıqdır ki ödənilmir. Belə olan halda tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. Bundan əlavə tərəflər arasında bağlanılmış icarə müqaviləsi qanunamüvafiq qaydada bağlanılmamışdır. Çünki, iddiaçının mülkiyyətində olan tütün quruma məntəqəsinin cavabdehə icarəyə verilməsi barədə təsisçilərin ümumi yığıncağı keçirilməli və təsisçilərin razılığı ilə qərar qəbul olunmalı idi. Təsisçilər "xxxx" MMC 70 %, X11 10 % və X5 20 % pay sahibidirlər ki, təsisçi qərarı olmadan icarə müqaviləsi bağlanılmışdır. Cavabdehə Bu səbəbdən də İddiaçı1 ilə İddiaçı2 arasında 24 mart 2024-cü il tarixdə icarə müqaviləsi və ona edilmiş 24 mart 2025-ci il tarixli dəyişiklik ləğv edilməli, cavabdehin kommunal xidmətlərdən qaz sərfiyyatına görə yaratmış olduğu 18.438,06 manat pul məbləği tutularaq iddiaçıya ödənilməli və iddiaçının mülkiyyətində olan Oğuz rayon Sincan kəndində yerləşən tütün qürütma məntəqəsini boşaldaraq iddiaçıya təhvil verməlidir İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “X18” MMC-nin direktor vəzifəsinə təyin olumuş Emin Əsədov tərəfindən ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə ünvana göndərilmiş xəbərdarlığa əsas verən qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixli 03/01 saylı icarə müqaviləsinin və xx.xx.2024-cü il tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, xx.xx.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı2 MMC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “X18” MMC-nin yeni təyin olunmuş təmsilçisi kommunal borcun, yəni qaz sərfiyyətinə görə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarxə yaranmış 18438.06 manat borcun ödənilmədiyinə dəlillər təqdim etmədən, əsasız olaraq xx.xx.2024-cü il tarixli 03/01 saylı icarə müqaviləsinin və xx.xx.2024-ci il tarxdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, xx.xx.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılması ilə bağlı, ikitərəfli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinə dair Emin Əsədov tərəfindən xx.xx.2025ci il tarixdə xəbərdarlıq və peretenziya göndərərək, icarə obyektinin boşaldılması ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə şikayət etmişdir. xx.xx.2024-ci il tarixə olan məlumatlardan görünür ki, “X18” MMC-nin quruducu sobalarının sayğacı üzrə, abonent kodu **********00001 olan məlumatda 22771.29 manat, kombi istilik sisteminin sayğacı üzrə, abonent kodu **********00002 olan məlumatda isə 819 manat borc, ümumilikdə “X18” MMC-nin cəmi 23590.29 manat borcu olmuşdur. Görünür ki, İddiaçı2 MMC-nin “X18” MMC-yə kommunal borcu olmamış, əksinə əlavə 5152,23 manat artıq ödəniş edilmişdir. “X18” MMC-nin əvvəllər icarəçisi X3 direktor olduğu “X10” MMC olmuş, “X18” MMC-nin qaz sərfiyyətinə görə yaranmış 23590.29 manat borc MMC-nin yeni təyyin olunmuş qanuni təmsilçisi Emin Əsədov tərəfindən yarandığından, İddiaçı2 MMC arasında olan icarə müqaviləsinin, qərəzli olaraq heç bir sənəd və faktlara söykənməyən, dəlillər, bəhanələr gətirilərək əsassız olaraq icarə müqaviləsinin birtərəfli ləğv edildiyi barədə xəbərdarlıq göndərilmişdir. İddiaçı2 MMC-nin icarəsi dövründə istehlak edilən təbbii qazın miqdarını və istehlak edilən qaz sərfiyatına görə ödənişlərin müəyyən olunması üçün xx.xx.2025-ci il tarixdə Zaqatala regional Qaz İstismar İdarəsinə sorğu məktubu gödərilmiş, cavab sənədlərə əlavə olunacaqdır. “X18” MMC-nin yeni təyyin olumuş nümayəndəsi Emin Əsadov tərəfindən İcarə müqaviləsinin birtərəfli ləğv edilməsi ilə bağlı tərəfimizdən cavabdeh “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına və ona məxsus ********** VÖN üzərindən elektron qaydada, həmdə hüquqi ünvanına yazılı qaydada poçt vasitəsi ilə peretenziya göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin 04 iyul 2025-ci il tarixli e-2-2(117)-631/2025 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair” e-2-2(117)- 631/2025 nömrəli iş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair” e-2-2(115)-861/2025 nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli e-2-2(115)-861/2025 nömrəli qərardadı ilə İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair iddiası üzrə e-2-2(117)-631/2025 nömrəli kommersiya işi məhkəmənin icraatında olan İddiaçı1 cavabdeh X4 qarşı tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi tələbinə dair e-2-2(115)-861/2025 saylı kommersiya işinə birləşdirilməsi, birləşmiş işlərə e-2-2(115)-861/2025 nömrəsi verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, mülkiyyətçinin adına sayğac ola-ola yeni abonent müqaviləsi bağlanılıb. Bununla bağlı cinayət işi açılıb. Oğuz Rayon Prokurorluğunda hal-hazırda araşdırma aparılır. Borcun tamamilə ödənilməsi ilə bağlı onlarda heç bir sənəd yoxdur. Əgər həmin sənədlər qarşı tərəfdə varsa, məhkəməyə təqdim etsin. İddiaçı2 tərəfindən verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. İddianın təmin edilməməsini xahiş edirlər. Onlar müqaviləyə xitam vermişlər. Lakin borcun ödənilməsi və ərazinin boşaldılması üçün məhkəməyə müraciət etmişlər. Qarşı tərəf pulun ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İddiaları əsaslıdır və təmin edilməsini xahiş edirlər. İddiaçı2 tərəfindən verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, borc tamamilə ödənilib. Qarşı tərəf qaz borcuna əsaslanaraq müqavilənin ləğvini tələb edirsə, bunun icarə müqaviləsinə nə aidiyyatı var? Möhtərəm məhkəmə, dəfələrlə faktura vurmuşlar, lakin qarşı tərəf bilərəkdən problem yaradır. Tərəflərindən borc məbləği tam şəkildə ödənilmişdir. Odur ki, iddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı tərəfin “Azəriqaz” İB-yi ilə aralarında bağlanmış razılaşma protokoluna əsasən istehlak olunmuş qaza görə 34439,59 manat borc olmuş və həmin borcun ödənilməsi üçün öhdəlik götürülmüşdür. Emin Əsədov adlı şəxs də razılaşma protokoluna imza atıb. Bundan başqa 23 000 manat borcdan 11 000 manat borc qalıb. Yəni onlar qaz sərfiyyatı ilə bağlı bütün ödənişləri etmişlər. İddiaçı1 MMC ilə "xxxx" MMC arasında razılaşma protokolu var. Orada qazla bağlı bütün ödənişləri qeyd olunub. Bütün hərəkətlər İddiaçı1 MMC-nin adı ilə həyata keçirilib. Bildirdik ki, sayğacda borc var. Dedilər ki, bu barədə öhdəlik götürüblər. Bizim borcla heç bir əlaqəmizin olmadığını bildirdilər. Sayğaclar İddiaçı1 MMC-nin adına idi. Aramızda olan razılığa əsasən iddiaçı tərəf onlara elektron qaimə-faktura göndərirdi və onlar da həmin elektron qaimə-fakturaya əsasən qaz sərfiyyatı ilə bağlı istehlak etdikləri qazın dəyərini İddiaçı1 MMC-nin hesabına köçürürdülər. Hal-hazırda da sayğacdan istifadə edirik və smart cardla ödəniş edirik. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, müqaviləyə dəyişiklik, abonent saldosu, ödəniş tapşırıqları, razılaşma protokolu, protokol və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. 685.2-ci maddəsinə əsasən Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 686-cı maddəsinə əsasən Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 690.3-cü maddəsinə əsasən yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İş materiallarında olan İddiaçı1 ilə İddiaçı2 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus Oğuz rayonu, Sincan kəndində 0,67 ha ərazəni və avadanlıqları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 26 mart 2024-cü il tarixindən 26 mart 2025-ci il tarixinədək bağlanılmışdır. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, qaz və rabitə haqqlarını və digər kommunal xərcləri ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay 2000 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Həmin müqavilənin 9.2 və 9.2.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə dəyişikliyə əsasən icarə müqaviləsinin müddəti 31 dekabr 2026-cı il tarixədək uzadılmışdır. Həmin dəyişikliyin 3-cü bəndinə əsasən müqavilənin 4-cü hissəsinə əsasən hər ay ödənilməli icarə haqqı 3500 manat +ƏDV olaraq müəyyən olunmuşdur. Həmin dəyişikliyin 6-cı bəndində qeyd olunmuşdur ki, Oğuz və Şəki rayonlarında fermerlərlə bağlanılmış müqavilələrə əsasən tütün əkilib və becərilməsinə görə bank vasitəsi ilə vəsaitlər fermerlərin hesabına köçürüldüyündən və məntəqədə quruculuq təmir işləri görüldüyündən icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilərsə icarəçiyə 200000 manat məbləğində təzminat ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Razılaşma protokolundan görünür ki, istehlakçı İddiaçı1 təbii qazdan istifadəyə görə “Azəriqaz” İstehsalat Birliyinə 34439,59 manat məbləğində borcunun olmasını qəbul etmiş və həmin borcdan ilkin olaraq may ayı ərzində 5000 manat ödədikdən sonra qalan 29439,59 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2023-cü ilin iyun ayının 25-nə kimi 6000 manat, iyul ayının 25-nə kimi 6000 manat, avqust ayının 25-nə kimi 6000 manat, sentyabr ayının 25-nə kimi 6000 manat və oktyabr ayının 25-nə kimi 5439,59 manat olmaqla “Azəriqaz” İB-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında imzalanmış 30 oktyabr 2024-cü il tarixli 1 nömrəli protokoldan görünür ki, İddiaçı2 tərəfindən istifadə edilən qaza görə İddiaçı1 MMC-yə ümumilikdə 51920 manat ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən İddiaçı2 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12541296 nömrəli elektron qaimə-fakturadan görünür ki, “Azəriqaz” İB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən İddiaçı2 MMC tərəfindən avqust ayı üçün ümumilikdə 23680,60 manat təbii qaz istehlak edilmişdir. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən İddiaçı2 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12541626 nömrəli elektron qaimə-fakturadan görünür ki, “Azəriqaz” İB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən İddiaçı2 MMC tərəfindən sentyabr ayı üçün ümumilikdə 21075,40 manat təbii qaz istehlak edilmişdir. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən İddiaçı2 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12542038 nömrəli elektron qaimə-fakturadan görünür ki, “Azəriqaz” İB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən İddiaçı2 MMC tərəfindən oktyabr ayı üçün ümumilikdə 8589,56 manat təbii qaz istehlak edilmişdir. İş materiallarında olan 01 avqust 2025-ci il tarixli, AMX-2424\25 saylı İddiaçı2 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 təbii qaza görə borcu yoxdur. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 ilə İddiaçı2 arasında 24 mart 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən icarəyə verən ona məxsus Oğuz rayonu, Sincan kəndində 0,67 ha ərazəni və avadanlıqları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. İcarə haqqı 2000 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Eyni müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, qaz və rabitə haqqlarını və digər kommunal xərcləri ödəyir. Həmin müqavilənin 9.2 və 9.2.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Daha sonra xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə dəyişikliyə əsasən icarə müqaviləsinin müddəti 31 dekabr 2026-cı il tarixədək uzadılmış və hər ay ödənilməli icarə haqqı 3500 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Eyni zamanda dəyişikliyə əsasən müqaviləyə yeni bənd əlavə olunaraq icarəyə verilən müəssisənin istifadəsinə görə kommunal xərclərin ödənilməsi öhdəliyi icarəçinin üzərinə qoyulmuşdur. İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddia tələbi üç hissədən ibarətdir:
1. İddiaçı1 ilə İddiaçı2 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli dəyişikliyin ləğv edilməsi;
2. Cavabdeh İddiaçı2 tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq İddiaçı1nə ödənilməsi;
3. Cavabdeh İddiaçı2 tərəfindən Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldılaraq İddiaçı1nə təhvil verilməsi.
Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəflər arasında bağlanılmış 26 mart 2024-cü il tarixli müqavilənin 9.2.2-ci bəndinə (müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər) istinad edərək, cavabdeh tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli dövrlər üzrə istehlak edilmiş qaz sərfiyyatına görə 18438,06 manat borcun ödənilmədiyini əsas gətirərək 26 mart 2024-cü il tarixli müqavilənin və ona dəyişikliyin ləğv edilməsini xahiş edir. İddiaçı cavabdeh tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli dövrlər üzrə istehlak edilmiş qaz sərfiyyatına görə 18438,06 manat borcun ödənilmədiyini əsas gətirərək 26 mart 2024-cü il tarixli müqavilənin və ona dəyişikliyin ləğv edilməsini xahiş etsə də, məhkəmə bununla bağlı bildirir ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Razılaşma protokolundan görünür ki, istehlakçı İddiaçı1 təbii qazdan istifadəyə görə “Azəriqaz” İstehsalat Birliyinə 34439,59 manat məbləğində borcunun olmasını qəbul etmiş və həmin borcdan ilkin olaraq may ayı ərzində 5000 manat ödədikdən sonra qalan 29439,59 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2023-cü ilin iyun ayının 25-nə kimi 6000 manat, iyul ayının 25-nə kimi 6000 manat, avqust ayının 25-nə kimi 6000 manat, sentyabr ayının 25-nə kimi 6000 manat və oktyabr ayının 25-nə kimi 5439,59 manat olmaqla “Azəriqaz” İB-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı1 MMC-nin adına olan **********00001 nömrəli abonentin saldosundan görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən İddiaçı1 MMC-nin “Azəriqaz” İByə istehlak edilmiş qaza görə 22771,29 manat borcu olmuşdur. Həmçinin həmin saldodan görünür ki, 2024-cü ilin mart ayından dekabrınadək İddiaçı2 MMC tərəfindən ümumlikdə 57984,52 manat qaz istehlak olunmuş və tərəflər arasında imzalanmış 30 oktyabr 2024-cü il tarixli 1 nömrəli protokoldan göründüyü kimi İddiaçı2 tərəfindən istifadə edilən qaza görə İddiaçı1 MMC-yə ümumilikdə 51920 manat ödəniş olunmuşdur. Həmin protokoldan da görünür ki, İddiaçı2 tərəfindən istehlak edilmiş qazın dəyəri mütəmadi olaraq İddiaçı1 MMC-yə ödənilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12541626 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12541626 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12542038 nömrəli elektron qaimə-fakturalardan görünür ki, İddiaçı1 MMC İddiaçı2 MMC-yə “Azəriqaz” İB-nin təqdim etdiyi elektron qaiməfakturaya əsasən yaranmış olan borcunun ödənilməsi üçün elektron qaimə-faktura təqdim etmişdir. Həmin elektron qaimə-fakturalarda olan məbləğlər İddiaçı2 MMC tərəfindən ödənilmişdir. Göründüyü kimi İddiaçı1 MMC tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilərkən iddiaçının 22771,29 manat istehlak edilmiş təbii qaza görə borcu olmuş və cavabdeh tərəfindən 2024-cü ilin dekabrınadək 57984,52 manat məbləğində təbii qaz istehlak edilmişdir. Həmin istehlak edilmiş təbii qazın dəyərindən 51920 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdehin borcu 6064,52 manat olmuşdur. Qalan borc isə iddiaçının öz öhdəliyindən qalan borc olmuşdur. İddiaçı tərəfindən həmin borcun ödənilməsi ilə bağlı cavabdehə hər hansı elektron qaimə-faktura göndərilməmiş və nəticədə də cavabdeh həmin borcu ödəyə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhz iddiaçının borcun ödənilməsi ilə bağlı elektron qaimə-fakturanın göndərilməməsi səbəbindən cavabdeh tərəfindən borc ödənilə bilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış borcu ödəmədiyini əsas gətirirərək icarə müqaviləsi və ona dəyişikliyin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki cavabdeh tərəfindən kommunal borcun ödənilməməsi məhz iddiaçının hərəkətsizliyi nəticəsində olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı müqavilənin 9.2.2-ci bəndinə istinad etməklə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia tələbi İddiaçı1 ilə İddiaçı2 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli dəyişikliyin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı2 tərəfindən qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq İddiaçı1nə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi icarəyə götürülərkən iddiaçının “Azəriqaz” İB-yi qarşısında istehlak edilmiş təbii qaza görə 22771,29 manat borc öhdəliyi olmuşdur. Cavabdeh tərəfindən isə 2024-cü ilin dekabr ayınadək ümumilikdə 57984,52 manat qaz istehlak olunmuş və 51920 manat ödəniş olunmuşdur. İddiaçının tələb etdiyi borcun yalnız 6064,52 manat hissəsi cavabdeh tərəfindən ödənilməli olmuşdur. Həmin borcun ödənilə bilməməsinin səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi iddiaçının hərəkətsizliyi olmuşdur. Digər qalan borc isə iddiaçının özünün istehlak etdiyi qaza görə borcu olmuşdur. Eyni zamanda məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi yaranmış borc İddiaçı1 təsisçisi X5 tərəfindən ödənilmişdir Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı2 tərəfindən Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldılaraq İddiaçı1nə təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi də əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbinin birinci hissəsi rədd edildiyindən, yəni tərəflər arasındakı bağlanılmış 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli dəyişiklik ləğv edilmədiyindən, mübahisə predmeti olan Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Ona görə də iddia həmin hissədə də rədd edilməlidir. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddiası ilə bağlı qeyd edir ki, İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiası rədd olunduğundan və hazır ki iddianın predmeti birbaşa həmin iddia ilə əlaqədar olduğundan sözügedən iddia tələbi də rədd olunmalıdır. Belə ki, məhkəmə tərəfindən 26 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli dəyişiklik ləğv edilmədiyindən, yəni müqavilə və ona dəyişiklik qüvvədə olduğundan həmin iddianın təmin olunması üçün də heç bir əsas yoxdur. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ramiq Qələndərzadə