Məhkəmə qərarları › İş №e-2-2(115)-925/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-925/2022

18.08.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-925/2022 18.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh “X4”-nin X9 İstismarı İdarəsi tərəfindən ona yazılmış 14250 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən İddiaçı MMC metal əritmə müssisəsi ona məxsusdur. Həmin müəssisədə metal məmuatları istehsalı ilə məşğul olur. Onun istahsal müəssisədə metal əridilməsi üçün sobalar və texniki vasitələr mövcuddur. Həmin sobaların və texniki vasitələrin fəaliyyəti üçün təbii qazın olması mütləqdir. Bu səbəbdən mənə məxsus müəssisədə 10 yanvar 2018-ci il tarixində G-40 elektron sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacın elemetinin istismar müddəti 36 ay müddətinədir. X1 X9 İstismarı idarəsinin sahə üzrə nəzatçisi X5 xx.xx.2020-ci il tarixində sayğaca baxış keçirmiş və sayğacın elementinin bitdiyini müəyyən etmişdir. Bu barəda invertar aktı və qaz sayğacına texnikin baxışın keçirilməsi barədə akt tərtib edilmişdir. Bu barədə ona məlumat verildikdən sonra o, rəsmi qaydada X1 X9 İstismarı İdarəsinə qaz sayğacının yenisi ilə əvəzlənməsi barədə müraciət etdi. Analoji hal 18 yanvar 2021-ci il tarixində və 27 iyul 2021-ci il tarixlərində baş veridi. O, yenidən rəsmi qaydada X1 X9 İstismarı idarəsinə müraciət edərək qaz sayğacının yenisi ilə əvəz edilməsini xahiş etdi. Dəfələrlə sayğacın yenisi ilə əvəz edilməsini tələb etsə də bu günədək onun müraciətlərinə məhəl qoyulmamışdır. 11 yanvar 2022-ci il tarixində sayğacın yenidən yoxlanması barədə akt tərtib olunmuş və onun sayğacında elektron göstəricinin yarasız olması səbəbindən 57000 m sərfiyat fərqi yaranmışdır. Yəni 14250 manat məbləğində borc yaranmışdır. İş materiallarına ələvə edilmiş qaz sayğacına texniki baxışın keçiriləməsi aktlarından görünür ki, X1 X9 İstismarı İdarəsi onun müraciətlərimə məhəl qoymayaraq sayğacın yenisi ilə əvəz etsə və yaxud elementinin dəyişdirilməsini həyata kecirsəydi bu hal baş verməzdi. Mənim müraciətimdən əlavə X1 X9 İstismarı İdarəsinin sahə üzrə nəzarətçisi X2 aktlarıda sübut edir ki, idarə sayğacın yarasız vəziyyətdə işləməsini qəsdlə göz yummuş və qərəzli olaraq sayğacı yenisi ilə əvəz etməmişdir. İddiaçı nümayəndəsi əvvəlki məhkməmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh “Azəriaz” İstehsalat Birliyinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, abonent qeydiyyatı üzrə Gəncə şəhəri, N.Nərimanov metal əritmə müəssisəsi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə əsasında ünvana qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. xx.xx.2021-ci ildə sayğac göstəricisi oxunarkan elektron hissəsinin işləmədiyi aşkarlanmış va tərəflərin iştirakı ilə aktlaşdırılaraq yoxlamadan keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyalari va Rabitə İdarəsinə göndərilmişdir. Sayğac 11.01 2022-ci il tarixdə yoxlamadan Azarbaycan Metorologiya institunun nümayandasinin iştirakı ilə yoxlamadan keçirilərkən elementinin bitməsi nəticəsində sayğacdan keçən sərfiyyatın manitor hissəyə ötürülmədiyi, hesabatın düzgün aparılmadığı məlum olmuşdur. Belə ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu. Hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. Ehtiyyat batareya qurşadırıldı, korrektor xx.xx.2020-ci ildə sönüb. Pbaza=101325 bar, Tbaza=200. Göstəricilər Vbt=823053m3, Vt=564187m3 əks olundu. Batareya yoxlanıldı, gərginliyi 0 V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 115217 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldi, gözləmə rejimində cərəyan şiddəti 77 mka qeydə alındı. Təzyiq borusu yoxlanıldi, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldir. Beləliklə yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda xəta normaya uyğun deyildir, batareya tələb olunur. Bundan sonra sənədləşmə aparılaraq sayğacdan keçmiş, lakin batareyanın sönməsi nəticəsində hesabata alınmayan 12719.74 manat qazın bərpası üçün abonent hesabına işlənilmişdir. Bundan əlavə ünvan üzrə istehlak edilmiş təbii qazın dəyəri vaxtında tam ödənilməmiş, nəticədə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmayan məbləğdən əlavə 9345.71 manat debitor borcu yaranmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il traixli “Qaz sayğacına texniki baxışın keçirilməsi” haqqında aktdan görünür ki, sayğaca baxış keçirilmiş və sayğacın elementinin bitdiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “İstehlakçının qaz təsərrüfatının invertar” aktından görünür ki, sayğaca baxış keçirilmiş və sayğacın elementinin bitdiyi, yəni elektron göstəricisinin göstərmədiyi müəyyən edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli, SS- 29/1640-03157-1 nömrəli aktın surətindən görünür ki, yoxlamanın nəticə hissəsində qeyd edilib ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor xx.xx.2020-ci il tarixdə sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu. Hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. Ehtiyyat batareya qurşadırıldı, korrektor xx.xx.2020-ci ildə sönüb. Pbaza=101325 bar, Tbaza=200. Göstəricilər Vbt=823053m3, Vt=564187m3 əks olundu. Batareya yoxlanıldı, gərginliyi 0 V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 115217 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mka qeydə alındı. Təzyiq borusu yoxlanıldi, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldir. Minimal sərfiyyatda xət normaya uyğun deyil. Baterya tələb olunur. Abonentin saldosundan görünür ki, 2021-ci ilin dekabr ayına abonentin qalıq və aktlar üzrə 12719.74 manat borcu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Hesablanmış borcun əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğacın elementinin bitdiyi, yəni elektron göstəricisinin göstərmədiyi qeyd olunmuşdur. Bu səbəbdən abonentə 12719.74 manat borc hesablanmışdır. İşin hallarından göründüyü kimi sayğacın elementi bitmiş və bu səbəbdən də elektron göstəricisinin göstərməmişdir. Bu qüsur xx.xx.2021-ci il tarixdə “Azəriaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkar olunmuş və müvafiq akt tərtib edilərək abonentə 12719.74 manat əlavə borc hesablanmışdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə borc məbləğinin hesablanmasının əsasında sayğacın elementinin bitməsində və bu səbəbdən də elektron göstəricisinin göstərməməsi dayanır. Lakin, sayğacın elementinin bitməsində və bu səbəbdən də elektron göstəricisinin göstərməməsində istehlakçının hər hansı bir hərəkət və ya hərəkətsizliyinin dayanması aşkar olunmur. Sayğacın mexanizminin işləməməsi ilə istehlakçının hərəkəti və ya hərəkətsizliyi arasında hər hansı bir səbəbli əlaqə mövcud deyildir. Buna baxmayaraq itirilmiş sərfiyyat zərər qismində istehlakçıdan tələb olunur. Belə ki, həmin məbləğ itirilmiş, yəni əldən çıxmış təbii qazın əvəzi kimi tələb olunur. Məhkəmə qeyd edir ki, “Azəriaz” İstehsalat Birliyi təbii qazın itkisinə məruz qalmış olsa da belə, bu itkinin yaranmasında abonentin təqsiri yoxdursa həmin itkinin əvəzi ondan tələb oluna bilməz. Bundan başqa, abonentin saldosundan görünür ki, sayğacın elektron göstəricisi 2020-ci ilin noyabr ayından düzgün işləməmişdir. Həmçinin “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli, SS-29/1640-03157-1 nömrəli aktda qeyd edilib ki, korrektor xx.xx.2020-ci il tarixdə sönüb. Göründüyü kimi, sayğacda yaranmış qüsur bir il öncə baş vermişdir. Nəzərə alsaq ki, Cavabdeh İB-nin əməkdaşı sayğacın sərfiyyatını yoxlamaq üçün ən azından hər ayda bir dəfə obyektə gələrək borcu müəyyən edib bu barədə bildiriş təqdim etmişdir, belə olan halda Cavabdeh İB sayğacın elementinin bitməsini və elektron göstəricisinin işləməməsini vaxtında bilməyə və bu çatışmazlığı aradan qaldırmağa borclu idi. Buradan belə nəticəyə gəlmək mümkündür ki, zərərin yaranmasına Cavabdeh İB-nin əməkdaşları şərait yaratmışlar. Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan başqa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Cavabdeh İB-nin əməkdaşları qeyd edilən qaydalara əməl etməyərək sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə orada yoxlama aparmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 12719,74 (on iki min yeddi yüz on doqquz manat yetmiş dörd qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar