Məhkəmə qərarları › İş №e-2-2(117)-1/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1/2022

01.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1/2022 01.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC BOKT-un Cavabdeh X1rşı “iddiaçının borc tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi nəticəsində qanuni əsaslarla üzərində tam mülkiyyət hüququ əldə etdiyi və mülkiyyət hüququ DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış (**********09-06301 nömrəli reyestr, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il tarixli) ona məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının (inzibati bina) əvvəlki sahibi Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılması, onun bu qeyri-yaşayış binasından istifadəsinə xitam veriməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC BOKT-un Cavabdeh X1rşı “iddiaçının borc tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi nəticəsində qanuni əsaslarla üzərində tam mülkiyyət hüququ əldə etdiyi və mülkiyyət hüququ DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış (**********09-06301 nömrəli reyestr, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il tarixli) ona məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının (inzibati bina) əvvəlki sahibi Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılması, onun bu qeyri-yaşayış binasından istifadəsinə xitam veriməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC BOKT-nin nümayəndəsi elektron kabinet vasitəsi ilətərəflərin imza və möhürləri ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmiş, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə 31.03.2022-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən, qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh X4 arasında bağlanmış 31.03.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Məhkəmə işi üzrə iddiaçının qanuni əsaslarla üzərində tam mülkiyyət hüququ əldə etdiyi və mülkiyyət hüququ DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış (**********09-06301 nömrəli reyestr, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il tarixli) ona məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının (inzibati bina) əvvəlki sahibi Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılması, onun bu qeyri-yaşayış binasından istifadəsinə xitam veriməsinə dair iddia tələbini cavabdeh etiraf edir;

2. Cavabdeh hal-hazırda istifadəsində olan qeyri-yaşayış binasının bu saziş imzalanan tarixdən üç ay ərzində birdəfəlik – tam ödənişlə 130 000 manat məbləğl dəyərlə alqı-satqısını etməklə və ya daşınmaz əmlakın lizinqi şərtlərinə müvafiq illik 7 faiz dərəcəsi ilə aylıq ödəniş cədvəlinə əsasən 149000 manat ödənişlə dəyərini ödəmək barədə bu sazişin üç ay müddəti başa çatma anına kimi 3 illik müddətli lizinq müqaviləsi bağlamağı öhdəsinə götürür;

3. Cavabdeh bu sazişin yuxarıdakı bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasını bu sazişin müddəti başa çatan ana-tarixə kimi yerinə yetirmədiyi halda istifadəsində olan qeyri-yaşayış binasından Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılmasını könüllü 1 ay ərzində təmin etməyi öhdəsinə götürür;

4. Cavabdeh bu sazişin şərtləri üzrə müəyyən edilmiş müddətlərdə qeyriyaşayış binasından istifadəsi zamanı onun cari, əsaslı təmirlərinin aparılmasını, binanın konstruksiyasında əsaslı dəyişiklik edilməməsini, binanın hərtərəfli (yanğından, daşqından, uçqundan, sökülmədən və s.) təhlükələrdən qorunmasını enerji, istilik, su və digər kommunal təchizatlarını, qurğularını istifadəyə yararlı vəziyyətdə saxlanılması, “qeyri-yaşayış binası” belə təhlükələrdən sığorta etməyi öhdəsinə götürür;

5. Cavabdeh ünvan 2 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binası ilə əlaqəli hadisələri iddiaçı ilə heç bir halda məhkəmə və digər dövlət orqanlarında, habelə münsiflərmediasiya mübahisələndirilməsi iddiasından imtina edir;

6. Cavabdeh bu sazişin şərtlərinin icrası prosesi üzrə iddiaçının sorğu və tələblərinə dair məlumatları rəsmi və qeyri-rəsmi qaydada cavablandırmağı və təqdim etməyi, “Qeyri-yaşayış binası”dan istifadə dövründə iddiaçının binaya maneəsiz daxil olub – çıxmağına və ümumilikdə binanın vəziyyətinə baxmaq, kənar şəxlərin oradan istifadəsi təyinatları ilə bağlı sənədlərlə və şəxslərlə tanış olmağa şərait yaratmağı öhdəsinə götürür;

7. İddiaçı cavabdehin bu sazişin yuxarıdakı bəndləri ilə şərtləndirdiyi Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılması, onun bu qeyri-yaşayış binasından istifadəsinə xitam verilməsinə dair iddia tələbini cavabdehin etirafını qəbul edir;

8. Cavabdehin hal-hazırda istifadəsində olan qeyri-yaşayış binasının iddiaçının bu saziş imzalanan tarixdən sonra üç ay ərzində birdəfəlik – tam ödənişlə 130000 manat məbləğə alqı-satqısını etməklə və ya cavabdehin əmlakın lizinqi şərtlərinə müvafiq illik 7 faiz dərəcəsi ilə aylıq ödəniş cədvəlinə əsasən 149000 manat ödənişlə dəyərini ödəmək barədə bu sazişin üç ay müddəti başa çatma anına kimi 3 il ərzində əldə etməyi cavabdehin öhdəsinə götürməsini qəbul edir;

9. Cavabdehin bu sazişin yuxarıda qeyd olunan bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasını bu sazişin müddəti başa çatan ana-tarixə kimi yerinə yetirmədiyi halda istifadəsində olan qeyri-yaşayış binasından Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılmasını könüllü 1 ay ərzində təmin etməyi öhdəsinə götürməsini qəbul edir;

10. Bu sazişin şərtləri üzrə müəyyən edilmiş müddətlərdə qeyri-yaşayış binasından istifadəsi zamanı onun cari, əsaslı təmirlərinin aparılmasını, binanın konstruksiyasında əsaslı dəyişiklik edilməməsini, binanın hərtərəfli (yanğından, daşqından, uçqundan, sökülmədən və s.) təhlükələrdən qorunmasını enerji, istilik, su və digər kommunal təchizatlarını, qurğularını istifadəyə yararlı vəziyyətdə saxlanılması, “qeyri-yaşayış binası” belə təhlükələrdən sığorta edilməsinə dair cavabdehin öhdəliyini tanıyır;

11. Cavabdeh ünvan 3 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binası ilə əlaqəli hadisələri iddiaçı ilə heç bir halda məhkəmə və digər dövlət orqanlarında, habelə münsiflərmediasiya mübahisələndirilməsi iddiasından cavabdehin imtina etməsi öhdəliyini tanıyır;

12. Bu sazişin şərtlərinin icrası prosesi üzrə iddiaçının sorğu və tələblərinə dair məlumatları rəsmi və qeyri-rəsmi qaydada cavablandırmağı və təqdim etməyi, “Qeyriyaşayış binası”dan istifadə dövründə iddiaçının binaya maneəsiz daxil olub – çıxmağına və ümumilikdə binanın vəziyyətinə baxmaq, kənar şəxlərin oradan istifadəsi təyinatları ilə bağlı sənədlərlə və şəxslərlə tanış olmağa şərait yaradacağına dair cavabdehin öhdəliyini tanıyır;

13. İddiaçı bu sazişin yuxarıda qeyd olunan bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasına müvafiq qaydada lazımi məbləğdə və vaxtında icra etdiyi halda cavabdehin bu icranın mahiyyəti üzrə qeyri-yaşayış binasına mülkiyyət hüququnun rəsmiləşdirlməsini təmin etməyi öhdəsinə götürür:

14. Cavabdeh bu sazişin yuxarıda qeyd olunan bəndlərində götürdüyü öhdəliklərin icrası ilə əlaqədar qeyri-yaşayış binasına zəruri sənəd və razılaşmaların verilməsnini iddiaçıdan tələb edə bilər;

15. Cavabdeh bu sazişin yuxarıda qeyd olunan bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasını lazımi qaydada, məbləğdə və vaxtında icra etdiyi halda bu icranın mahiyyəti üzrə “Qeyri-yaşayış binası”na mülkiyyət hüququnun rəsmiləşdirilməsini iddiaçıdan tələb edə bilər;

16. Cavabdeh bu sazişin yuxarıda qeyd olunan bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasını lazımi qaydada, məbləğdə və vaxtında icra proseduru barədə öhdəliklərin icrası vəziyyəti barədə cavabdehdən məlumatları rəsmi və qeyri-rəsmi təqdim edilməsini tələb edə bilər;

17. Cavabdeh bu sazişin yuxarıda qeyd olunan bəndlərində öz üzərinə götürdüyü öhdəliklərin hər hansı birinin icrasını bu sazişin müddəti başa çatan ana-tarixə kimi yerinə yetirmədiyi halda istifadəsində olduğu “qeyri-yaşayış binası”dan Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılmasını könüllü 1 ay ərzində təmin etməyi tələb edə bilər. İddiaçı "xxxx" MMC BOKT-un Cavabdeh X1rşı “iddiaçının borc tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi nəticəsində qanuni əsaslarla üzərində tam mülkiyyət hüququ əldə etdiyi və mülkiyyət hüququ DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış (**********09-06301 nömrəli reyestr, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il tarixli) ona məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının (inzibati bina) əvvəlki sahibi Cavabdeh X2 şəxsi əşyaları ilə birlikdə boşaldılması və oradan çıxarılması, onun bu qeyri-yaşayış binasından istifadəsinə xitam veriməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar