Məhkəmə qərarları › İş №e-2-2(117)-1120/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1120/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1120/2024 12.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcunun məbləği əsas borcuna görə 7815,41 manat, faiz borcuna görə 584,39 manat, cərimə borcuna görə 80,95 manat olmaqla 8480,75 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və ödənilmiş 105 manat məbləğində dövlət rüsumu pulun tutulması; tələbin təmini üsulu kimi paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan 1/4 hissə, X1 məxsus olan 1/4 hissə, X3 məxsus olan 1/4 hissə və X5 məxsus olan 1/4 hissə 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcunun məbləği cəmi 8480,75 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh tutulması” barədə iddia ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcunun məbləği əsas borcuna görə 7815,41 manat, faiz borcuna görə 584,39 manat, cərimə borcuna görə 80,95 manat olmaqla 8480,75 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və ödənilmiş 105 manat məbləğində dövlət rüsumu pulun tutulması; tələbin təmini üsulu kimi paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan 1/4 hissə, X1 məxsus olan 1/4 hissə, X3 məxsus olan 1/4 hissə və X5 məxsus olan 1/4 hissə 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcunun məbləği cəmi 8480,75 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göründüyü kimi iddia ərizəsində iddiaçı və cavabdehin adları, ünvanları (qeydiyyat (hüquqi) və faktiki) və onlara aid sair məlumatlar göstərilməlidir. Hazırki iş üzrə iddia tələbindən görünür ki, ipoteka predmeti X4, Cavabdeh, X6 və X2 paylı mülkiyyətindədir və belə olan halda hazırki tələb bir neçə cavabdehi əhatə edir. Buna baxmayaraq iddiaçı elektron imzalanmış iddia ərizəsində cavabdeh qismində yalnız Cavabdeh barədə məlumatları göstərmiş, digər cavabdehlər barədə məlumatlar kağız daşıyıcda verilmiş iddia ərizəsində göstərilsə də, elektron imzalanmış iddia ərizəsində yalnız bir cavabdeh (Cavabdeh) barədə məlumat göstərilmişdir. Bu hal isə iddia ərizəsinin forma və məzmun tələblərinin pozulmasına gətirib çıxarır. Bu səbəbdən hazırki vəziyyətdə iddia ərizəsinin qeyd edilən hallar aradan qaldırılmadan icraata götürülməsi mümkün deyildir. Şərh olunanlara əsasən iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcun məbləği əsas borcuna görə 7815,41 manat, faiz borcuna görə 584,39 manat, cərimə borcuna görə 80,95 manat olmaqla 8480,75 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və ödənilmiş 105 manat məbləğində dövlət rüsumu pulun tutulması; tələbin təmini üsulu kimi paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan 1/4 hissə, X1 məxsus olan 1/4 hissə, X3 məxsus olan 1/4 hissə və X5 məxsus olan 1/4 hissə 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli AXFS-3762 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli borcunun məbləği cəmi 8480,75 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh tutulması” barədə tələbə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar