Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-189/2023 28.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli NDQ seriyalı 013527 nömrəli akt əsasında hesablanmış 6052,97 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 6053 manat pulun və 81 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyri-yaşayış sahəsi sonuncu tərəfindən X5 (VÖEN **********) icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən X5 icarəsində olan Göyçay şəhərində yerləşən qeyri-yaşayış sahəsinə məxsus sayğaca elektrik enerjisinin uçotu və “X2 qaydalarına” riayət olunması məqsədilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, B cərəyan fazasını sayğac qeyd etmir, bu səbəbdən elektrik sayğacı xəttdən axan cərəyanı xəta ilə qeyd edir. A faza=57 A, B faza=0, C faza =46 A cərəyan; A faza=220 V, B faza=221 V, C faza=220 V gərginlik; Psay=22,2; Pfakt=33,8 kvt və DP xəta – 34% xəta ilə işləyir. Elektrik sayğacının yenisi ilə əvəz olunması və çıxarılmış elektrik syağacının cihaz parametrlərlə lobarotoriya şəraitində rəy verilməsi tələbi kimi göstərilməklə NDQ seriyalı 013527 nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə sayğac yenisi ilə əvəz edilərək çıxarılan sayğac paketə qoyulmuş, ******* nömrəli möhürlə möhürlənmiş və bu barədə 256260 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın 10 gün müddətində lobarotoriya şəraitində yoxlanılacağı və abonentin həmin yoxlamada iştirak edə biləcəyi barədə müvafiq qeydiyyat aparılmış və İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Sayğacın laboratoriya yoxlaması zamanı müəyyən edilmişdir ki, sayğacın alt qapaq və AZS möhürü pozulub, sayğacın zavod istehsalı olan narıncı möhürləri açılaraq daxili sxemdən B fazasının yük naqili kəsilib. Bu səbəbdən sayğac az sərfiyyat hesablayır, sayğaca müdaxilə olunub və sayğac istismara yarasızdır. Yoxlamanın nəticəsi olaraq sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 007618 nömrəli akt-protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli akt komissiyasının icra vərəqəsinə əsasən 6052,97 manat ((576746 göstərici - 478920 göstərici) x 36% / 64% = 55027 kvts. Tarif 0,11 manat. 55207 kvts x 0,11 manat = 6052,97 manat) məbləğində dəymiş ziyan hesablanmışdır. Ziyan 1 il müddətinə, yəni bir il öncəki sayğacın göstəricisi (576746) ilə yoxlama aparılan dövrdə olan sayğac göstəricisinin (478920) fərqinin 36 faizlik xətaya vurulmaq yolu ilə hesablanmış və nəticədə 55207 kvts itirilmiş enerji müəyyən edilərək tarifə (0,11) vurulmaq yolu ilə 6052,97 manat hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC Mərkəzi-Аrаn X4 və Satışı İdarəsi Göyçаy Elektrik Şəbəkəsi tərəfindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli, 754 nömrəli xəbərdarlıqda bildirilmişdir ki, sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаdа EEİQ-nin pоzulmаsınа görə аkt tərtib еdilmişdir. Həmin аktа əsаsən xx.xx.2022-ci il tаriхə ödənilməmiş 6052,97 mаnаt bоrcun mövcud оlduğu qеyd еdilmiş, ondan həmin bоrcun xx.xx.2022-ci il tаriхə sааt 11:00-dək müvаfiq pоçt və yа bаnk şöbələrinə tаm оlаrаq ödənilməsi tələb еdilmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın tələblərinə əsаsən sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаnın еlеktrik еnеrjisinin vеrilişinin həmin tarixdə hеç bir əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаdа elektrik enejisinin istehlakçısı olaraq istehlak оlunаn elektrik enerjisinin sərfiyyatına görə hesablanmış dəyərini vaxtlı vaxtında ödəmişdir. Sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаdа X2yə görə təqdim оlunаn bildirişlərə görə mütəmаdi оlаrаq ödənişləri icrа еdir və debitor borcu qаlmır. "xxxx" ASCnin əməkdaşları P.Hüsеynоv, C.Quliyеv, Göyçаy Еlеktrik Şəbəkəsinin nəzаrətçi-mühəndisi F.Bəkirоv tərəfindən 12 sеntyаbr 2022-ci il tarixdə tərtib etdikləri NDQ seriyalı 013527 nömrəli aktda həmin gün saat 18:27-də elektrik enerjisi uçotu və X2 qaydalarına riayət olunması məqsədi ilə obyektə məxsus sayğaca baxış keçirdiklərini və həmin baxış zamanı B cərəyаn fаzını sаyğаcın qеyd еtmədiyi, bu səbəbdən еlеktrik sаyğаcının хəttən ахаn cərəyаnı хətа ilə qеyd еtdiyi, həmin B cərəyаn fаzаsının göstəricisinin - 0 оlmаsı, tərəflərindən хəttən ахаn cərəyаnın ölçüldüyü, sаyğаcdа А fаzа = 57 А; B fаzа = 0; C fаzа = 46 А cərəyаn, А fаzа = 220 V; B fаzа = 221 V; C fаzа = 220 V gərginlik; Psаy = 22,2; Pfаk=33,8 kvt; DP хətа – 34 % хətа müəyyən olunduğuna istinad olunaraq qeyd edilmişdir ki, еlеktrik sаyğаcı yеnisi ilə əvəz оlunmаlı, çıхаrılmış sаyğаcın lаbоrаtоriyаyа göndərilməlidir. Sаyğаc sхеmlərinin yохlаnışı, qurаşdırılmаsı və dəyişdirilməsi üzrə 22 sеntyаbr 2022-ci il tаriхli 256260 sаylı аktdа göstərilir ki, 013527 sаylı аktа əsаsən sаyğаc yеnisi ilə əvəz оlunmuş, çıхаrılаn sаyğаc pаkеtə qоyulmuş, ******* sаylı möhürlə möhürlənmişdir. 10 gün müddətində lаbоrаtоriyа şərаitində yохlаnаcаq. О, iştirаk еdə bilər. Аktın səbəbi B fаzаsı еnеrjini qеyd еtmir. Yuxarıda istinad olunan akt-protokola əsasən sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаyа ümumilikdə 6052,97 manat məbləğində əlavə vəsait hesablanmış, bu vəsaitin ödənilməsinin təmin edilməsi üçün cavabdeh tərəfindən hesab ödəniş vərəqi tərtib edilmişdir. Sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаdа istifаdə оlunаn еlеktrik еnеrjisini hеsаblаyаn sayğaca onun tərəfindən hər hansı bir müdaxilə edilməmiş, cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, heç bir sübut təqdim olunmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli 013527 nömrəli akt-protokolda göstərilənlər, yuxarıda sözügedən məbləğdə əlavə vəsaitin hesablanmasına əsas ola bilməz. Digər tərəfdən 013527 nömrəli protokol əsasında sayğac çıxarılaraq rəy verilməsi üçün "xxxx" ASC-nin laboratoriya mərkəzinə göndərilməsində, eləcə də elektrik sayğacının laboratoriya şəraitində araşdırılmasında nəinki iştirakı təmin edilməmiş, hətta bu laborator araşdırmalardan xəbəri belə olmamışdır. Sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаyа əsassız olaraq əlavə pul vəsaiti hesablamaqla yanaşı cavabdeh təşkilat tərəfindən mаğаzаyа elektrik enerjisinin verilməsinin xx.xx.2022-ci il tarixdən dayandırılması da əsassız olmuşdur. Cavabdeh təşkilаtın əməkdаşlаrı 18 nоyаbr 2022-ci il tаriхdə sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаyа еlеktrik еnеrjisinin vеrilməsini dаyаndırmışdır. Nəticədə mаğаzаnın fəаliyyəti iflic оlmuşdur. Bundаn bаşqа, tеz хаrаb оlаn, soyuduculаrdа хüsusi tеmpеrаtur şərаitində sахlаnmаlı məhsullаr yаrаrsız hаlа düşmüşdür. Cavabdeh təşkilаtın əməkdаşlаrınа əsаssız hеsаblаnmış ziyаnın silinməsi tələbi ilə məhkəməyə müraciət еdəcəyini və bunun üçün ilkin оlаrаq mеdiаsiyа təşkilаtınа müraciət оlunduğunu bildirsə də, еlеktrik еnеrjisinin vеrilişi bərpа оlunmаmışdır. Sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlduğu mаğаzаdа məhsullаrın хаrаb оlmаsı nəticəsində dаhа çох ziyаn vurulmаsının qаrşısını аlmаq üçün məcbur оlаrаq, iddiа ərizəsinə əlаvə еtdiyi ödəniş qəbzlərinə əsаsən 4300 mаnаt və 1753 mаnаt оlmаqlа, iki dəfəyə cəmi 6053 mаnаt ödəniş еtmişdir. Yаlnız bundаn sоnrа, uzun müddət fəаliyyət göstərə bilmədiyi mаğаzаyа еlеktrik еnеrjisi vеrilişi bərpа еdilmişdir. Bundan əlavə cavabdeh təşkilаtın əməkdаşlаrı tərəfindən mübаhisələndirilən aktın tərtibi ilə nəticələnmiş yoxlamanın vahid məlumat reyestrində qeydə alınması zəruri olsa da, cavabdeh tərəfindən buna əməl olunmamış, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Cavabdeh elektron kabinet vasitəsilə etiraz və etiraza əlavə ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları P.Hüseynov, C.Quliyev, X3 nəzarətçi-mühəndisi F.Bəkirov tərəfindən Göyçay EŞ-nin xidmət ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən X2 qaydalaraına riayət olunması vəziyyəti yoxlanılarkən İddiaçı məxsus mağazanın elektrik enerjisi ilə təchiz edilən VİKO T-510 DBOT tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacının “B” cərəyan fazasından daxil olan enerjini qeyd etmədiyi, bu səbəbdən elektrik sayğacının xəttdən axan cərəyanı xəta kimi qeyd etdiyi, həmin B cərəyan fazasının göstəricisinin sıfırda olduğu aşkar edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xəttdən axan cərəyan ölçülmüşdür. A faza=57 A, B faza=0, C faza =46 A cərəyan; A faza=220 V, B faza=221 V, C faza=220 V gərginlik; Psay=22,2; Pfakt=33,8 kvt və DP xəta – 34% xəta ilə işləyir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı kimi Göyçay EŞ-nin “Proqram bazası”nda **********01003 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X2 qaydaları”nın tələblərinə uyğun olaraq NQD 013527 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğac yenisi ilə əvəz edilsin. Çıxarılan sayğacın bütün parametrlərinə lobarotoriya şəraitində rəy verilsin” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın tərtibatında İddiaçı nümayəndəsi qismində iştirak etmiş X6 akta imza etməkdən imtina etmişdir. Qüsurlu elektrik hesablama sayğacı iddiaçı barəsində akt tərtib olunduqdan sonra “Mərkəzi Aran” RETS-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən İddiaçı iştirakı ilə “sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” 256260 nömrəl akt tərtib edilərək sənədləşdirilmişdir. Aktda çıxarılan sayğac Luna tipli zavod nömrəsi 25867147 olan yeni sayğacla əvəz edilmişdir. Aktın qeyd hissəsində “013527 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu və möhürləndi. Möhürün nömrəsi 2105102. Aktda sayğacın 10 gün müddətində lobarotoriya şəraitində yoxlanılacağı barədə və iddiaçının həmin yoxlamada iştirak edəcəyi barədə müvafiq qeydiyyat aparılmışdır. Protokol “Mərkəzi Aran” RETS-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən imzalanmışdır. İddiaçı aktı imza etməkdən imtina etmişdir. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin lobarotoriya mərkəzi komissiaysı tərəfindən yoxlanılmışdır. Aktın “yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A-10 %, 2,5 A-50%, 5 A-100 % olduqda sayğacın müvafiq olaraq 36,8; 36,6; 36,1 % az sərfiyyat qeyd etdiyi” barədə qeydiyyat aparılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 007618 nömrəli Akt-Protokol” tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın alt qapaq və AZS möhürü pozulub, sayğacın zavod istehsalı olan narıncı möhürləri açılaraq daxili sxemdən “B” cərəyanının yük fazasının yük naqili kəsilib. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri ilə sərfiyyat hesablayır. Sayğaca müdaxilə olunub. Sayğac istismara yararsızdır” qeydiyyatı aparılmışdır. Akt komissiya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı sayğac yoxlanışında iştirak etməmişdir. "xxxx"ASC-nin “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT NQD 013527 saylı akta əsasən sayğacın 36 % xəta ilə işləməsi nəzərə alınmaqla yenidən hesablama aparılaraq dəyəri 6052,90 manat təşkil edən 55027 kvts miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İstehlakçı tərəfindən (İddiaçı) istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən “Abunə haqqında” məlumatda xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus mağazanı elektrik enerjisi ilə təchiz edərkən hesablama sayğacının qeydə aldığı 478920 kvt.saat miqdarı sayğac dəyişdirilən zaman, yəni xx.xx.2022-ci il tarixdə sayğacın qeydə alındığı 576746 kvts miqdarında çıxılaraq alınmış 97826 kvt.saat miqdarı sayğacın 36% xəta ilə işləməsinə vurularaq sayğacın qeydə alıdığı 64 %-ə bölünmüşdür. Beləliklə sayğacın bir il ərzindəki qüsurla (36 % xəta ilə işlədiyi zaman dəyəri 6052,97 manat təşkil edən 55027 kvt saat miqdarında) qeydə almadığı elektrik enerjisinin bərpa edilmişdir. Elektrik hesablama sayğacının keçən enerjini 36 % xəta ilə qeyd etməsi “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 007618 saylı akt-protokolda öz əksini tapmışdır. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 2.3 və 3-cü maddələrinin tələbləri pozulmaqla, yəni sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçmədən yoxlama aparıldığını bildirərkən yanlışlığa yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşları İddiaçı məxsus mağazanın elektrik enerjisi ilə təchizatına baxış keçirməzdən əvvəl həmin vaxt mağazada olan və özünü iddiaçının nümayəndəsi kimi təqdim edən X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatda olub-olmadığını soruşaraq müvafiq qaydada yoxlamış və onun ********* saylı VÖEN ilə qeydiyyatda olduğunu müəyyən edərək “yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçərək müvafiq çıxarışlar almışlar. İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Eyni zamanda itirilmiş elekrik enerjisinin bərpası məqsədilə hesabat 3 ay müddətinə aparılarsa nəticədə 2324,892 manat, 2 ay müddətinə aparılarsa 1646,891 manat və 1 ay müddətinə aparılarsa 625,557 manat borc olacaqdır. İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, 1753 manat və 4300 manat olmaqla, cəmi 6053 manat məbləğində pul iddiaçı tərəfindən "xxxx" ASC-yə akt üzrə ödənilmişdir. İşin məhkəmə araşdırması zamanı 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X5 təsərrüfat obyekti xx.xx.2020-ci il tarixdə **********-60001 kodla Göyçay şəhəri Natəvan küçəsində İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və iş üçün əhəmiyyət kəsb edən sənədləri (aktlar, protokol, icra vərəqəsi, abonentin məlumatı, çıxarış) məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, ödəniş qəbzləri, çıxarış, İcra vərəqəsi, Etiraz və etiraza əlavə, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəla məhkəmə iddiaçının "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və mübahisə predmeti olan 013527 nömrəli aktın tərtib edilməsi ilə nəticələnən yoxlamanın sahibkarlıq sahəsinə aparılan yoxlama olmaqla vahid məlumat reyestrində qeydə alınmaması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.4 və 5.2-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyri-yaşayış sahəsi sonuncu tərəfindən X5 (VÖEN **********) icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, həmin dövrdə mübahisə predmeti olan qeyri-yaşayış sahəsində iddiaçının özü deyil, icarə müqaviləsi əsasında Vüqar Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və həmin çıxarışda yoxlanılan sahibkarlıq subyektinin adı X6 qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama qanuni olmuşdur, obyektin mülkiyyətçisi olan abonent İddiaçı olduğundan borc da qanuni olaraq onun adına və abonent hesabına vurulmuşdur və iddiaçının yoxlamanın qanunsuzluğu ilə bağlı iddia dəlilləri əsassızdır. Bundan başqa məhkəmə yoxlama zamanı müəyyən edilmiş sayğacın alt qapaq və AZS möhürünün pozulması, sayğacın zavod istehsalı olan narıncı möhürlərinin açılaraq daxili sxemdən B fazasının yük naqilinin kəsilməsi, bu səbəbdən sayğacın az sərfiyyat hesablaması, bir sözlə sayğaca müdaxilə olunması və qanunvericiliyin tələbinə uyğun akt yazılmasına münasibətdə onu qeyd edir ki, X2 Qaydalarının 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Şərh olunan qanunvericiliyin tələbindən göründüyü kimi Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, habelə sayğac laboratoriya şəraitində yoxlanıldıqda enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş pozuntular texniki vasitələr (foto və ya videoçəkiliş aparılmaqla) vasitəsi ilə qeydə alınmalıdır. Hazırki iş üzrə mübahisə predmeti olan aktın tərtib edilməsinə əsas olan pozuntular və sayğacın laboratoriya şəraitində yoxlanılmasının texniki vasitələrlə qeydə alınmasını təsdiq edən sübutlar (foto və video cəkiliş) məhkəmənin xx.xx.2023-cü il tarixli müraciətinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilməmişdir. İddiaçı və ya onun nümayəndəsi aktı imzalamaqdan imtina etsə də və sayğacın laborotor yoxlanılması zamanı aparılan araşdırmada iştirak etməsə də aparılan yoxlama texniki vasitələrlə qeydə alınmamışdır. Aparılan yoxlama texniki vasitələrlə qeydə alınmadığından yoxlama zamanı müəyyən edilmiş və borcun hesablanmasına əsas olmuş pozuntuların həqiqiliyini müəyyən etmək mümkün deyildir ki, aktın qanuniliyini sübut etmək də cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh etirazında aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh enerjitəchizatı müəssisəsi mübahisə predmeti olan borcun hesablanması üçün əsas olan aktın qanuniliyini sübut edə bilmədiyindən həmin akt əsasında iddiaçıya borc hesablana bilməz. Bu səbəbdən iddiaçıya hesablanmış 6052,97 manat borc silinməli və həmin məbləğ artıq iddiaçı tərəfindən ödənildiyindən 6053 manat deyil, məhz 6052,97 manat pul cavabadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 80,53 manat olmalıdır və iddiaçı tərəfindən 81 manat dövlət rüsumu ödənildmişdir. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən, iddiaçı tərəfindən artıq ödənilmiş 0,47 manat dövlət rüsumu iddiaçıya aid edilməli, qalan 80,53 manat dövlət rüsumu cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 013527 nömrəli akt əsasında hesablanmış və ödənilmiş 6052,97 manat borc və 80,53 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,47 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-189/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-189/2023
28.03.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver