Məhkəmə qərarları › İş №e-2-2(117)-35/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-35/2023

01.03.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-35/2023 01.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 barəsində tərtib edilmiş 12 yanvar 2022- ci il tarixli 01385 saylı və 010451 saylı aktların əsasında hesablanmış 14 811.0 ( on dörd min səkkiz yüz on bir manat ) manat əlavə enerji borcunun (cərimənin) əsassız hesab edilməklə, həmin cərimənin İddiaçı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə3 və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında verdiyi izahatlarında öz aralarında barışıq sazişi bağladıqlarını bildirmiş və həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini dəyişərək məhkəmədə mübahisələndirilən 14811(on dörd min səkkiz yüz on bir) manat məbləğin tam silinməsini tələb etmir və cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixli 011385 saylı akta əsasən 7858 (yeddi min səkkiz yüz əlli səkkiz) manat məbləğində enerji haqqı dəyərinin azaldılaraq 3100 (üç min bir yüz) manat məbləğində və 010451 saylı akta əsasən hesablanmış 6952,3 (altı min doqquz yüz əlli iki manat, otuz qəpik) manat məbləğinin azaldılaraq 3000 (üç min) manat məbləğində və cəmi hesablanmış 14811 (on dörd min səkkiz yüz on bir) manat məbləğinin 6100 (altı min bir yüz) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin ödənilməsini öhdəsinə götürür.

2. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə4 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçınə elektrik enerjisindən istifadəyə görə hesablanmış 14811 (on dörd min səkkiz on bir) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 3100 (üç min bir yüz) + 3000 (üç min) manat = 6100 (altı min bir yüz on bir) manat məbləğində müəyyən edilməsinə etiraz etmir, qalan 8711 (səkkiz min yüz on bir) manat məbləğinin silinməsini və gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar