Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-378/2020 06.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Dövlət X1 İxrac İdarəsinin cavabdeh Teymur Əhmədov adına “xxxxx” QSC-yə qarşı “Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında və üzərində inşa edilməkdə olan hasar və quraşdırılmış digər tikililərin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dövlət X1 İxrac İdarəsi cavabdeh Teymur Əhmədov adına “xxxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında və üzərində inşa edilməkdə olan hasar və quraşdırılmış digər tikililərin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə (iddiaçı elektron kabineti vasitəsi ilə) xəbərdar edilmələlərinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Dövlət X1 İxrac İdarəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək idarə tərəfindən əraziyə baxış keçirildiyini, kəmərin mühafizə zonasında sökülməsi tələb olunan tikililərin cavabdeh “xxxxx” QSC tərəfindən söküldüyünü və kəmərin mühafizə zonasından çıxarıldığını bildirmiş, bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehin məhkəmə iclasında iştirak etməməsini, habelə tərəflər arasında mübahisənin aradan qalxmasını cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, mübahisənin məhkəmədən kənar həll edilməsini nəzərə alıb, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini onun tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçıiddia ərizəsi ilə eyni vaxtda iddianın təmin tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya baxılıb yekun qərar qanuni qüvvəyə minənə qədər cavabdeh “xxxxx” QSC-yə Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisindən keçən yüksək təyziqli 1220 mm-lik “Qazıməmməd-Qazax” İİ xətt magistral qaz kəmərinin mühafizə zonasında tikintiquraşdırma işlərinin və tikintiyə dair hər hansı hüquqi hərəkətlərin (sənədləşdirilməsi, dövlət reyestr qeydiyyatına salması və s.) aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)-378/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Göyçay rayonu Mirzəhüseynli kəndində həmin kəndin ərazisindən keçən yüksək təyziqli 1220 mm-lik “Qazıməmməd-Qazax” İİ xətt magistral qaz kəmərinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması, tikintinin sənədləşdirilməsi və dövlət reyestr qeydiyyatına salınması “xxxxx” QSC-yə qadağan edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etdiyindən və iddiaçının ərizəsi nəzərə alınaraq iddia baxılmamış saxlanıldığından məhkəmə hesab edir ki, hazırkı məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gün iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi haqqında məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)-378/2020 nömrəli qərardadı qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Dövlət X1 İxrac İdarəsinin cavabdeh Teymur Əhmədov adına “xxxxx” QSC-yə qarşı “Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında və üzərində inşa edilməkdə olan hasar və quraşdırılmış digər tikililərin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın təmini tədbirinin görülməsi barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-378/2020 nömrəli qərardadı hazırkı qərardad qanuni qüvvəyə mindiyi gün qüvvədən düşmüş hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-378/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-378/2020
06.11.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver