Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-378/2024 19.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “xxxx ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 6 178.39 AZN (altı min bir yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) əsas, 18.54 AZN (on səkkiz manat əlli dörd qəpik) faiz, 29.92 AZN (iyirmi doqquz manat doxsan iki qəpik) cərimə borcu olmaqla, cəmi borcu 6 226.85 AZN (altı min iki yüz iyirmi altı manat səksən beş qəpik) məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun və ödənilmiş 82.27 AZN (səksən iki manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq xxxx ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında mülkiyyətində olan, 0.0461 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 43.75 kv.m, yardımçı sahəsi 56.25 kv.m olan bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikili və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına xxxx ASC-yə olan borcun ödənilməsi; xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan – Cavabdeh) tutularaq xxxx ASC-yə ödənilməsi” tələbinə dair iddiası üzrə Ağdaş Rayon Məhkəməsindən daxil olmuş mülki iş materiallarına baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xxxx ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 6 178.39 AZN (altı min bir yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) əsas, 18.54 AZN (on səkkiz manat əlli dörd qəpik) faiz, 29.92 AZN (iyirmi doqquz manat doxsan iki qəpik) cərimə borcu olmaqla, cəmi borcu 6 226.85 AZN (altı min iki yüz iyirmi altı manat səksən beş qəpik) məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun və ödənilmiş 82.27 AZN (səksən iki manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq xxxx ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında mülkiyyətində olan, 0.0461 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 43.75 kv.m, yardımçı sahəsi 56.25 kv.m olan bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikili və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına xxxx ASC-yə olan borcun ödənilməsi; xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan – Cavabdeh) tutularaq xxxx ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)-165/2024 nömrəli qərardadı ilə hazırki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdadır və Cavabdeh məxsus ********** saylı VÖEN aktivdir. Hazırki iş Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olan zaman iddiaçı tərəfindən mübahisənin məhkəmə aidiyyətinə təsir göstərən xx.xx.2015-ci il tarixli, OH002- 15 nömrəli kredit müqaviləsini iş materiallarına əlavə etməmiş, məhkəmə işdə olan sənədləri araşdırmış və mübahisənin kommersiya məhkəməsində baxılmasını mümkün hesab etmişdir. Bundan sonra işin gedişatı ilə əlaqədar tərəflərə keçiriləcək məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, işin araşdırılması üçün eskpertiza təyin olunmuş, ekspert rəyi alınmış və digər bu kimi prosessual tədbirlər davam etdirilmişdir. Hazırki vəziyyətdə məhkəmə baxışında iş üzrə sübutların araşdırılması zamanı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş xx.xx.2015-ci il tarixli, OH002-15 nömrəli kredit müqaviləsinin 1-ci və 2-ci bəndlərində qeyd edilmiş “kreditin təyinatı” bölməsindən müəyyən olunmuşdur ki, kreditin təyinatı şəxsi istehlak olmuşdur. İddiaçı qeyd edilən sənədi məhkəməyə vaxtında təqdim etməmiş və bu səbəbdən hazırki məhkəmə tərəfindən iş məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata götürülmüşdür ki, iş hazırki vaxtadək məhkəmənin icraatında olmaqla müvafiq prosessual tədbirlər həyata keçirilmişdir. Lakin hazırki vəziyyətdə məhkəmə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş xx.xx.2015-ci il tarixli, OH002-15 nömrəli kredit müqaviləsinin təyinatını nəzərə almaya bilməz. Belə olan halda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)- 165/2024 nömrəli qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən Cavabdeh VÖEN-i mövcuddur. İddiaçı tərəfindən hazırki məhkəmə baxışında məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli, OH002-15 nömrəli kredit müqaviləsinin 1-ci bəndində qeyd edilmiş “kreditin təyinatı” bölməsindən müəyyən olunduğu kimi kreditin təyinatı şəxsi istehlak olmuşdur. Belə olan halda həmin kredit müqaviləsi üzrə restrukturizasiya olunmuş borc məbləği üzrə bağlanmış xx.xx.2019-cu il tarixli, GK 2205-19 nömrəli güzəştli kredit müqaviləsinin də təyinatı şəxsi istehlakdan yaranan borcun güzəşt edilməsindən ibarətdir. Göründüyü kimi mübahisənin subyektiv tərkibi işə kommersiya məhkəmələrində baxılmalı olmasına dəlalət etsə də, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri cavabdehin şəxsi istehlak məqsədilə almış olduğu kredit borcunun ödənilməsi olduğundan və cavabdeh fərdi sahibkar statusuna malik olsa belə, mübahisə tərəflər arasında yaranmış sahibkarlıq fəaliyyəti üzrə münasibətlərdən irəli gəlmədiyindən, işə hüquq münasibətlərinin xarakterinə görə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmin Qərarın 27-ci bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Göründüyü kimi cavabdeh krediti şəxsi istehlak məqsədilə götürmüş, lakin öhdəliyini lazımınca yerinə yetirməmişdir ki, ödənilməmiş əsas, faiz, cərimə borcları qalmış və bu səbəbdən iddiaçı hazırki borcu və bununla əlaqədar iddia tələbini məhkəmə qaydasında mübahisələndirmişdir. Gsötərilənlərə əsasən hazırki iş üzrə işin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “xxxx ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 6 178.39 AZN (altı min bir yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) əsas, 18.54 AZN (on səkkiz manat əlli dörd qəpik) faiz, 29.92 AZN (iyirmi doqquz manat doxsan iki qəpik) cərimə borcu olmaqla, cəmi borcu 6 226.85 AZN (altı min iki yüz iyirmi altı manat səksən beş qəpik) məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun və ödənilmiş 82.27 AZN (səksən iki manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq xxxx ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında mülkiyyətində olan, 0.0461 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 43.75 kv.m, yardımçı sahəsi 56.25 kv.m olan bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikili və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına xxxx ASC-yə olan borcun ödənilməsi; xx.xx.2019-cu il tarixli, GK 2205-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan – Cavabdeh) tutularaq xxxx ASC-yə ödənilməsi” tələbinə dair iddiası üzrə e-2-2(117)-378/2024 nömrəli iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-378/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-378/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver