Məhkəmə qərarları › İş №e-2-2(117)-6/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-6/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-6/2022 23.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə, cavabdeh X5, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının sərhəd divarı üzərində və yan divarına ara məsafəsi saxlanılmadan bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X6 qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının sərhəd divarı üzərində və yan divarına ara məsafəsi saxlanılmadan bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri məhkəmə iclasında ərizə verərək bildirdi ki, ekspertin rəyinə əsasən cavabdeh tərəfindən inşa edilmiş tikili tikinti-norma və qaydaları pozulmaqla inşa edilmişdir. Buna baxmayaraq, həmin tikili ilə bağlı cavabdehin hüquqları dövlət qeydiyyatına alınmaqla onun adına çıxarış verilmişdir. Odur ki, başqa məhkəmədə iddia qaldıracaqları səbəbindən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X8 iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Üçüncü şəxs X4 iddiaçının ərizənin qaytarılması barədə xahişinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 119.1-c maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ərizəsini geri götürdüyündən və hazırkı iş üzrə mövqeyini müdafiə etmədiyindən çəkilmiş ekspertiza xərci iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının sərhəd divarı üzərində və yan divarına ara məsafəsi saxlanılmadan bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 50 (əlli) manat ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar