Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-74/2020 05.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakıilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh xxxxxxxx” X5 (bundan sonra mətndə cavabdeh) qarşı “əsassız olaraq hesablanmış 1734,66 manat və yeni quraşdırılmış sayğaca görə hesablanmış 456,22 manat məbləğində borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı əsassız olaraq yazılmış 1734,66 manat borcun (cərimənin) silinməsi, eyni zamanda yeni quraşdırılmış sayğacın dəyəri olan və onun tərəfindən ödənilmiş 456,22 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçıya məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörəkbişirmə sexinə məxsus sayğacın hesabından pulun tutulması, həmçinin həmin obyektə elektrik enerjisinin verilməsinin dayandırılması “xxxxxxxx” ASCyə qadağan edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək “İddiaçı əsassız olaraq yazılmış 1734,66 manat borcun (cərimənin), eyni zamanda yeni quraşdırılmış sayğaca görə hesablanmış 456,22 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən (İ.Məhərov, Z,Məmmədzadə və A.Əbilov) tərəfindən iddiaçıya məxsus çörək sexindəki işıq sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 024701 nömrəli akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, sayğac obyektin divarında yerləşir, sayğac “Over Zero” rejimində işləyir və sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir. Sayğaca laboratoriya şəraitində baxış keçirilmiş və 159009 nömrəli xx.xx.2019-cu il tarixli protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilmişdir ki, sayğacın korpusu sağ hissədə aralanaraq platadan avtomatqoruyucuya gedən qırmızı şnur kəsilərək sxemə müdaxilə olunub. Lakin iddiaçı tərəfindən belə müdaxilə olunmayıb. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi R.Mahmudov məhkəmə iclasında məhkəməyə təqdim etdikləri etiraza uyğun izahat verərək bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörəkbişirmə sexinə məxsus sayğaca X1 göstərişini azaltmaq məqsədilə müdaxilə olunduğundan sayğac “Over Zero” rejimində işləməyə başlamışdır. Həmçinin sayğac istismara yararsız hala düşdüyündən enerjitəchizatı müəssisəsinə zərər dəymişdir. İddiaçıya müvafiq aktla hesablanmış məbləğ itirilmiş enerjinin dəyəridir. Odur ki, borcun əsassız hesablanmadığını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 007139 nömrəli nömrəli akt, 159009 nömrəli xx.xx.2019-cu il tarixli protokol və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözügedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən (İ.Məhərov, Z,Məmmədzadə və A.Əbilov) tərəfindən iddiaçıya məxsus “Aran” çörək sexindəki işıq sayğacına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, sayğac obyektin divarında yerləşir və “Over Zero” rejimində işləyir, yəni, kreditə yazır. Həmin sayğac yenisi ilə əvəz olunmalı və çıxarılan sayğac laboratoriyada yoxlanılmalıdır. Bununla bağlı həmin tarixdə 024701 nömrəli akt tərtib olunmuşdur. “xxxxxxxx” ASC-nin əməkdaşları T.Süleymanovun, Q.Quliyevin və abonent İddiaçı iştirakı ilə sayğac yenisi ilə əvəz olunaraq möhürlənmiş və bu barədə xx.xx.2019-cu il tarixdə 179107 nömrəli akt tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli 159009 nömrəli “Sayğacın və cərəyan transformatorlarının yoxlanması” protokol tərtib edilərək sayğacın korpusu sağ hissədə aralanaraq platadan avtomatqoruyucuya gedən qırmızı şnurun kəsilərək sxemə müdaxilə olunduğu, nəticədə sayğacın “Over zero” rejimində işləməyə bağladığı və istismara yararsız olduğu qeyd edilmişdir. “xxxxxxxx” ASC-nin “Abunə haqqında” arayışından məlum olur ki, 179107 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə iddiaçıya məxsus “Aran” çörək sexindəki sayğac quraşdırma bədəli (kredit) üzrə sayğacın göstəricisinə əsasən 456,22 manat borc, Rİ 024701 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə X1 qaydalarının pozulmasına görə 1734,66 manat məbləğində borc qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Cavadehin nümayəndələri tərəfindən iddiaçıya xidmət edən elektrik təminatını həyata keçirən sayğacın göstəricilərinə baxış keçirmə olmamış və qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydə alınmalı olan baxış keçirilmisdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olmamışdır. Məhkəmə ilkin olaraq cavabdehin hərəkətlərinin hüquqiliyinə qiymət verir, yəni iddiaçıya xidmət edən sayğaca baxış keçirməklə (göstəricilərinə baxış keçirmə istisna olmaqla) iddiaçıya təxminən 2200 manat məbləğində məsuliyyətinə cəlb edilmişdir. Sadalanan qanunvericilik normalarına görə cavabdeh təşkilatın hərəkətləri qanunun tələblərinə uyğun olmamışdır. “X1 Qaydalarının” 8.34-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, xx.xx.2019-cu il tarixli R№ 024701 Akt əsasında İddiaçı (“Aran” çörək sexi ilə bağlı) hesablanmış 1734,66 manat və yeni quraşdırılmış sayğaca görə hesablanmış 456,22 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumundan azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. “xxxxxxxx” X6 tərəfindən xx.xx.2019-cu il tarixli R№ 024701 Akt əsasında İddiaçı (“Aran” çörək sexi ilə bağlı) hesablanmış 1734,66 manat və yeni quraşdırılmış sayğaca görə hesablanmış 456,22 manat məbləğində borc silinsin. Cavabdeh “xxxxxxxx” X4 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-74/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-74/2020
05.08.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver