Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-84/2021 23.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbinin “xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın (tələbnamənin) ləğv edilməsi” hissəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qərarın (tələbnamənin) ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 864 manat borcun hesabından silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iddiaçı bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki işin xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli qərarın (tələbnamənin) ləğv edilməsi hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, mübahisə predmeti olan aktla məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan akt abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli qərarın (tələbnamənin) ləğv edilməsi hissəsinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbinin “xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli qərarın (tələbnamənin) ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-84/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-84/2021
23.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver