Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-840/2025 08.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı İsmayıllı Su X1 İdarəsinin cavabdeh X3 qarşı “tikilinin sökülməsi və su anbarının mühafizə zonasının boşaldılmasına dair” iddia tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı İsmayıllı Su X1 İdarəsinin cavabdeh X3 qarşı “tikilinin sökülməsi və su anbarının mühafizə zonasının boşaldılmasına dair” iddia barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı İsmayıllı Su X1 İdarəsidir. Qeyd edilən idarə Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X6 tabeliyindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Məhkəməyə təqdim edilən sənəldərdən müəyyən edilir ki, iddiaçı İsmayıllı Su X1 idarəsinın Əsasnaməsində qeyd edilən qanunsuz tikilinin söküntüsü ilə bağlı səlahiyyət nəzərdə tutulmamış və qeyd edilən iddianın qaldırılması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq olaraq tabeliyində olan iyerarxiya üzrə təşkilatlara etibarnaməni verilməsi müəyyən edilmir. Məhkəmə əlavə olaraq izah üçün qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: -95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: -95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; -95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; -95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; -95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; -95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. -95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qeyd edilən qanunvericiliyin tələbindən görünür ki, tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir . Ona görə də iddiaçı qeyd edilən məsələni aydınlaşdırdıqdan və müvafiq icra hakimiyyəti müvafiq tikintinin sökülməsi barədə qərar qəbul etməkdən imtina etdikdə aidiyyəti dövlət orqanı bu barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Bundan əlavə olaraq hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair” ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliyin tələbinə əsasən, qeyd edilən ərizə ilə məhkəməyə ayrıca icraatda müraciət etmək hüququna malikdir. Belə ki, Mülki Prosessual Məcəllənin, 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Belə ki, qeyd eidlən icraatlar fərqli olduğundan iddiaçı ayrılıqda icraat çərçivəsində müraciət etməlidir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən hər iki ərizəyə münasibətdə ödənilmiş dövlət rüsumları nəzərdə tutulmuş qaydada ödənilməmişdir. Belə ki, ödənilmiş dövlət rüsumu tam şəkildə elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsinə əlavə edilməlidir. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 1 manat, Kapital Bank vasitəsilə xx.xx.2025-ci il tarixdə MVYzt5l1 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 100 manat və MV8StzU2 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 10 manat dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İsmayıllı X1 İdarəsinin cavabdeh X3 qarşı “tikilinin sökülməsi və su anbarının mühafizə zonasının boşaldılmasına dair” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 1 manat dövlət rüsumu, Kapital Bank vasitəsilə xx.xx.2025-ci il tarixdə MVYzt5l1 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 100 manat dövlət rüsumu və MV8StzU2 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 10 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçının özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-840/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-840/2025
08.07.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver