Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-865/2025 22.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Dövlət X5nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Dövlət X5nə və Azərbaycan Dövlət Su X3 Su Melorasiya Xidməti X8rşı “Azərbaycan Dövlət X5, X10 Xidməti X14. Ağsu Su X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 951155 nömrəli Aktın qanunsuz və əsasız sayılaraq ləğv edilməsi və 4104 (dörd min yüz dörd) manat məbləğində cəriməni silinməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdehlər Azərbaycan Dövlət X5nə və Azərbaycan Dövlət Su X3 Su Melorasiya Xidməti X8rşı “Azərbaycan Dövlət X5, X10 Xidməti X14 Ağsu Su X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 951155 nömrəli Aktın qanunsuz və əsasız sayılaraq ləğv edilməsi və 4104 (dörd min yüz dörd) manat məbləğində cəriməni silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı MMC-yə məxsusdur və bu əmlakı icarəyə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əmlak kompleksi işıq, qaz və su təchizatı ilə təmin olunmuşdur. xx.xx.2025 ci il tarixində Azərbaycan Dövlət X5, X10 Xidməti X14 Ağsu Su X1 İdarəsinin əməkdaşları qeyd edilən daşınmaz əmlak komplesinə gələrək 951155 nömrəli Akt tərtib etmişlər. 19 iyun 2025-ci il tarixdə tərtib edilmiş akta əsasən Azərbaycan Respublikasının 28 Oktyabr 1999 cu il tarixli, 723-İQ saylı “Su Təchizatı və X4” Qanununun tələblərinə uyğun olaraq Ağsu rayonu, X16 küçəsi ünvanında yerləşən Nümayəndə5 nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış keçirilən zaman abonent Nümayəndə5 məxsus mexaniki qeyri-əhali su sayğacının plombunun qırıq olması və sayğacın işləmədiyi aşkar edilmişdir. Abonentin koduna 2052 m3 dəymiş ziyan aktı tərtib olunaraq müştəri informasiya sisteminə daxil edilmişdir. Bununla da 4104 manat məbləğində cərimə qeyd edilmişdir. İstifadəsində olan daşınmaz əmlak kompleksin 320104 kodlu su sayğacı ümumiyyətlə kanalizasiya sisteminə qoşulmamışdır. Su sayğacının plombu qırıq olmamış, qırıq olsa da buna onlar nəzarət etmirlər və nəzarət etmək imkanları da yoxdur, sayğac isə işlək vəziyətdə olmuşdur. Su idarəsi hər ay suyun sərfiyyatı barədə bildiriş təqdim etmiş və plombun qırıq olması barədə heç bir məlumat veməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X14 məhkəməyə təqdim etdiyi sorğuya cavabda bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın 8.6 bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. X13 Sistemlərinin İstismarı İdarəsinin xidməti ərazisində yerləşən, abonent kodu 320104 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixli 951155 saylı akt tərtib olunmuş, 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Azərbaycan Dövlət X5 Cavabdeh2n X13 Sistemlərinin İstismarı İdarəsinin (bundan sonra "Müəssisə") rəisi Elnur Süleymanov şəxsində, digər tərəfdən (bundan sonra "istehlakçı") Nümayəndə5 şəxsində Azərbaycan Respublikasının 1999-cü il 28 oktyabr tarixli 723-İQ nömrəli "Su təchizatı və X4" Qanununa (bundan sonra - Qanun) və "X6"na (bundan sonra - Qaydalar) uyğun olaraq müqavilə bağlanılmışdır. Müqavilənin ödəniş şərtlərinin: 2.1. bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1m³ xammal suya görə hesablaşma ƏDV ilə manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m³ su üçün ƏDV ilə 1,00 manat və istehlakçıdan qəbul edilmiş 1m³ tullantı suyuna görə hesablaşma ƏDV ilə 1,00 manat müqabilində müəyyən edilir. 2.3. Müəssisə ayda 1 dəfədən az olmayaraq (smart-kart tipli sayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X6"nın təsdiq edilməsi haqqında 17 iyul 2014-cü il 262 nömrəli qərarına əsasən: 6.4. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq: 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Belə ki, Ağsu rayonu X16 küçəsi "xxxx" MMC Nümayəndə5 (abonent kodu 320104) məxsus ünvanda 360376 nömrəli mexaniki tipli plomb № 592356 su sayğacı xx.xx.2016-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə ünvana baxış keçirilən zaman mexaniki tipli su sayğacının plombunun qırıq olduğu, sayğacın işləmədiyi aşkar olunmuş və abonentə tərəflərindən cərimə aktı tərtib olunmuşdur. Beləliklə istehlakçıya tərəflərindən su təchizatı və kanalizasiya xidmətlərinə görə tərtib edilən cərimə aktı, Qaydaların 6.15.1. 6.15.2. bəndlərinə uyğun olaraq borunun diametrinə görə 1 (bir) illik sərfiyyat nəzərə alınmaqla hesabat aşağıdakı qaydada aparılmışdır: Borunun diametri (d=20) mm Borunun su buraxma qabiliyyəti (1m³ saat) =1.14m³ 1,14m³x 5 (saat) = 5,7m³ 5,7m³ x 30 (gün) = 171m³ 171m³ x 12 (ay) = 2052m³ 2052m³ x 2 (manat) = 4104 (AZN) təşkil edir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, yoxlama qərəzli aparılmış, hüzür yerində olduğundan həmin yoxlamada iştirak etməmişdir. Bazara məxsus iki sayğac vardır, hər ay sayğac yoxlanılır. Yoxlama zamanı plombun qırılmasını aşkar etmişlər, plombun hansı səbəbdən qırıldığı isə məlum deyildir. Ola bilsin ki, hər hansı təbii səbəblərdən qırılmış, günəş işığı, yağış suyu və s., qarşı tərəfin əməkdaşları tərəfindən qərəzli şəkildə cərimə yazmaq üçün qırılması mümkündür. Yoxlama apardıqdan iki gün sonra tərtib etdikləri aktı müəssisənin müdiri imzalamaqdan imtina etmişdir. Bazar ərazisində fəaliyyət göstərən dükanlardan birinin satıcısı, balıq satan gəlib bizə xəbər vermiş, sonradan məlumatları olmuşdur. Yoxlama zamanı əməkdaşlar video çəkiliş də etmişlər. Məhkəməyə müraciət etdiklərinə görə digər sayğaclara su verlişi kəsilmişdir. Müraciətlərindən sonra su verilişini bərpa etdirmişlər. Qarşı tərəfin hərəkətləri qanunsuzdur, odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, yoxlama tam qanuna uyğun şəkildə aparılmış, buna dair sənədlər vardır. Həmçinin qaydalarda da nəzərdə tutulmuşdur ki, sayğacla bağlı hər hansı problem yarandıqda buna istehlakçı cavabdehdir. Əməkdaşları yoxlama həyata keçirərkən plombun qırıldığını görmüşlər və video çəkiliş etmişlər. Həmin video çəkilişdən də görünür ki, plomb qırılmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan X9 Xidməti” publik hüquqi şəxslə İddiaçı MMC (VÖEN **********) və onun təmsilçisi Nümayəndə5 arasında ünvan 3 ünvanında yerləşən “Bazar” ərazisində 320200, 320040 və 320104 nömrəli abonent kodlu sağacla su və çirkab su xidmətini göstərməklə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müqavilə bağlanmışdır. Müqavilənin ödəniş şərtlərinin: 2.1. bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1m³ xammal suya görə hesablaşma ƏDV ilə manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m³ su üçün ƏDV ilə 1,00 manat və istehlakçıdan qəbul edilmiş 1m³ tullantı suyuna görə hesablaşma ƏDV ilə 1,00 manat müqabilində müəyyən edilir. 2.3. Müəssisə ayda 1 dəfədən az olmayaraq (smart-kart tipli sayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edir. İş materiallarına əlavə edilmiş “Abonentin kartı”ndan görünür ki, 320104 nömrəli abonent kodunda sudan qanunsuz istifadə ilə bağlı 4104 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək müqavilə şərtlərinə əməl edilməsi, sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə yoxlayıcı orqan “X7 Xidməti” X14n əməkdaşları Babək Ömərov və Nurəddin Bayramzadə tərəfindən yoxlamanın aparılmasına icazə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 951155 nömrəli Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti X14 əməkdaşlarının tərtib etdikəri aktdan görünür ki, Azərbaycan Respublikasının 28 Oktyabr 1999 cu il tarixli, 723-İQ saylı “Su Təchizatı və X4” Qanununun tələblərinə uyğun olaraq Ağsu rayonu, X16 küçəsi ünvanında yerləşən Nümayəndə5 iştirakı ilə 320104 nömrəli Bazarda yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış keçirilən zaman abonent Nümayəndə5 məxsus mexaniki qeyri-əhali su sayğacının plombunun qırıq olması və sayğacın işləmədiyi aşkar edilmişdir. Abonent koduna 2052 kub metr dəymiş ziyan aktı tərtib edilərək informasiya sisteminə əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixli və digər tarixlərdə təqdim edilən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarla” müəyyən edilmir ki, 320104 nömrəli abonenet kodu (sayğac) ilə əlaqəli borcla bağlı ödənilməli vəsait barədə qaimə İddiaçı MMC-yə təqdim edilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Dövlət X5nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 6.2-ci bəndinə əsaəsn X9 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Həmçinin “Azərbaycan Dövlət X5 haqqında” Əsasənamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Dövlət X5 (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində (bundan sonra – müvafiq sahə) vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi müvafiq sahədə monitorinqlərin aparılması Azərbaycan Dövlət X5nin səlahiyyətinə aid edilmişdir. Ona görə də qeyd edilən orqan hazırkı iş üzrə cavabdehlik daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cavabdeh2 publik hüquqi şəxslə İddiaçı MMC (VÖEN **********) və onun təmsilçisi Nümayəndə5 arasında ünvan 3 ünvanında yerləşən “Bazar” ərazisində 320104 nömrəli abonent kodlu sağacla su və çirkab su xidmətini göstərməklə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək xidmət göstərilmə ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə müəyyən edir ki, həmin “Bazar” ərazisində mövcud digər abonent kodu ilə bağlı müqavilələrdə İddiaçı MMC-nin adından müqavilələr həmin hüquqi şəxsin rəhbəri Nümayəndə5 tərəfindən imzalanmış, lakin 320104 nömrəli abonent kodlu obyekt üzrə müqaviləsi Nümayəndə5 tərəfindən imzalanmışdır. Bundan əlavə müəyyən edilir ki, Nümayəndə5 məxsus ********** nömrəli VÖEN mövcuddur. Lakin qeyd edilən müqavilələr üzrə, o cümlədən 320104 abonent kodu olan obyekt üzrə bağlanmış müqavilədə vegi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olmaqla İddiaçıMMCnin VÖEN-i qeyd edilmişdir. Eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrindən çıxarışda da yoxlama aparılan hüquqi şəxsin adı İddiaçı MMC qeyd edilmişdir. Həmçinin bütün ödəniş sənədləri, həmçinin elektron qaimə fakturalar İddiaçı MMC-yə göndərilmiş və ödənişlər həmin hüquqi şəxs tərəfindən aparılmışdır. Ona görə də hazırkı mübahisə predmeti olan sayğacla bağlı iddianın İddiaçı MMC tərəfindən irəli sürülməsi qanunauyğundur. Hazırkı iş üzrə mübahisə Nümayəndə5 fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış əsasında İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək müqavilə şərtlərinə əməl edilməsi, sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə yoxlayıcı orqan Cavabdeh2n əməkdaşları Babək Ömərov və Nurəddin Bayramzadə tərəfindən yoxlamanın aparılmasına icazə alınmışdır. Eyni zamanda, xx.xx.2025-ci il tarixli 951155 nömrəli Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti X14 əməkdaşları tərtib etdikləri aktla Ağsu rayonu, X16 küçəsi ünvanında yerləşən Nümayəndə5 iştirakı ilə 320104 nömrəli “Bazarda” yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış keçirilən zaman abonent Nümayəndə5 məxsus mexaniki qeyri-əhali su sayğacının plombunun qırıq olması və sayğacın işləmədiyi aşkar edilmişdir. Abonent koduna 2052 kub metr dəymiş ziyan aktı tərtib edilərək informasiya sisteminə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6” nın: 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Agentliyin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.6. Suölçən cihazlar Agentliyin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir.https://eqanun.az/framework/28153 6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 6.8. Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. 6.9. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 6.13. Hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. 6.14. Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti X14 müvafiq yoxlamanı qanunvericiliyin tələbinə uyğun olaraq dövlət reyestrində qeydiyyata aldırmış, yoxlama aparılma tarixi daxilində və müvafiq yoxlayıcılar tərəfindən yoxlamanın aparılması təmin edilmiş, müvafiq akt tərtib edilmişdir. Yuxarıda qeyd edilən müvafiq Qaydaların tələblərinə görə hüquqi şəxslər qeyd edilən su sayğaclarının plomblarının və ümumilikdə işlək vəziyyətdə saxlanması üçün cavabdeh şəxs müəyyən etməlidir. Həmçinin yuxarıd qeyd edilən Qaydaların 6.10-cu bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən hallarda Qaydaların 6.14-cü bəndinə əsasən suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Bundan sonra Qaydaların 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 1) 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 2) 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Məhkəməyə təqdim edilən sənədlərdən müəyyən edilir ki, cavabdeh orqan qeyd edilən sayğacı müvafiq dövlət yoxlamasına göndərmədən, istehlakçının müdaxiləsi halı ilə Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müvafiq hesablama aparmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq subyektlərində yoxlamanın aparılmasına dair icazə sənədində sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə yoxlamanın aparılmasına icazə verilmişdir. Məhkəmə qeyd edir ki, Qaydaların 6.15.1 və 6.15.2-ci bəndlərində qeyd edildiyi kimi 2 hal nəzərdə tutulub və hər iki halın müəyyən edilməsi üçün əsas şərt sayğacın dövlət yoxlamasına göndərilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən suölçən cihazın göstəricilərinin xətasının müəyyən etdiyi normalardan artıq olması hallarında sayğaca müdaxilə və pozuntu halında müxtəlif hesablama aparılır. İstehlakçının müdaxiləsi halı ilə Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablama aparılır. İddiaçıya münasibətdə qeyd edilən əlavəyə uyğun hesablama aparılmışdır. Qaydaların tələbinə görə sayğacın plombunun qırılması sayğaca müdaxilə də ola bilər, eyni zamanda pozuntu da ola bilər. Hazırkı halda istehlakçının birbaşa təqsirli davranışı olur, sayğaca bilərəkdən müdaxilə edir. Digər halda isə plombun qırılması halı, mövcud olur, lakin sayğaca müdaxilə və sayğacdan kənar qoşulma halı olmur, bu halda pozuntuya görə istehlakçının məsuliyyət daşımasını qanunvericilik müəyyən edir. Lakin bu halda hesablama illik orta sərfiyyat üzrə aparılır. Qeyd edilən halda istehlakçının müdaxiləsi halını müəyyən etmədən, həmçinin plombun qırılmasının hansı səbəbdən və kimin təqsiri nəticəsində baş verməsini müəyyən etmədən qeyri-müəyyən halla bağlı istehlakçıya münasibətdə Qaydaların 4 nömrəli əlavəsinə uyğun itirilmiş suyun dəyərinin hesablanması qanuni və əsaslı deyildir. Göründüyü kimi qanunvericiliklə sayğacın plombunun qırılmasının sayğaca müdaxilə və ya pozuntuya səbəb olmasını müəyyən etmiş, cavabdeh orqan bu halı konkret müəyyən etməmiş, iddiaçıya münasibətdə ən yüksək su itkisi hesablamaqla qanunvericiliyin tələbini pozmuşdur. Bu halın hansının mövcudluğu müəyyən edilə bilmədiyindən məhkəmə də qeyd edilən hesablamalara əsasən iddiaçıya münasibətdə hər hansı itkini hesablaya bilmir. Belə ki, istehlakçının bu halda təqsirinin mövcudluğu müvafiq məhkəmə qaydasında müəyyən edildikdən, yəni müvafiq qərar qəbul edildikdən sonra təsdiq edilə bilər. Bundan əlavə, Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, digər kommunal xidmət sahələrində yəni təbii qazdan və elektrik enerjisindən istifadə qaydalarını tənzimləyən qanunlarda sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Hazırkı iş üzrə müəyyən edilən hal üzrə oxşar münasibətləri tənzimləyən qanunun analogiyası qaydasında tətbiqini nəzərdən keçirsək hazırkı halda da qanunsuz qoşulma nəticəsində sudan istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməli idi. MM-in: 6.1 Mülki qanunvericiliyin prinsiplərinə 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;6.1.4. mülkiyyətin toxunulmazlığı;6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi aiddir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi bir çox qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 77.2-ci maddəsinin tələblərinə görə ilk iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və ilk iddia üzrə cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı iddia tələbinin “Azərbaycan Dövlət X5, X10 Xidməti X11 Ağsu Su X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 951155 nömrəli Aktın qanunsuz və əsasız sayılaraq ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, qeyd edilən akt hazırkı işdə sübut əhəmiyyəti daşıdığından sübut olaraq qiymətləndirilir. Həmin aktın inzibati və ya digər hüquqi qüvvəsi olmadığından faktı təsdiq edən bir sübut növü olaraq nəzərdən keçirilir və qiymətləndirilir. Bu səbəbdən sübutun qanunsuz hesab edilməsi və ləğv edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən həmin sübuta hüquqi qiymət verilə bilər. Qeyd edilən hallara görə iddia tələbinin qeyd edilən hissəsinə iddia tələbi olaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmir və əks yanaşma qanunvericiliyin tələbinə uyğun deyildir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına tətbiq edilməli hüquq normalarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə suyun dəyərinin hesablanması əsasları qanunsuz olduğundan hesablanmış 4104 manat iddiaçıya məxsus abonent hesabından silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilməli dövlət rüsumu 61.04 manat olduğundan dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilməli, 0,96 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə :
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Dövlət X5 “X10 Xidməti” X11 Ağsu Su X1 İdarəsi tərəfindən 19 iyun 2025-ci il tarixli 951155 saylı aktla əsassız hesablanmış 4104 manat pul İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 61.04 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov