Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-9/2021 29.01.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən İddiaçı əsassız olaraq yazılmış 5515 manat borcun (cərimənin) silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyriyaşayış sahəsində (çörək sexi) təbii qazın uçotu və TQİQ-na riayət olunması məqsədilə yoxlama aparılmış, yoxlama zamanı sayğacın daxilinin çirkli və yağlı olması, korrektorun xx.xx.2020-ci il tarixdən sönməsi, sönmə nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 42204 m3 qazın elektron hissədə qeydə alınmaması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 27575 m3 olmaqla dəyəri 5515 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ********** saylı vergi ödəyicisi kimi qeydiyyata durmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyri yaşayış sahəsinə (çörək bişirmə sexi) təbii qaz verilmişdir. Çörək sexi əsasən qazla işlədiyindən hər ay azı 2700-2800 manat qaz pulu ödəmişdir. Son vaxtlar pandemiya ilə əlaqədar istehsal azaldığından qaz sərfiyyatı da azalmışdır. Sayğac obyektin həyətində deyil, obyektdən təxminən 3-4 km aralıda yerləşən “Aran” qaz stansiyasının həyətində yerləşir. Qaz İdarəsinin əməkdaşları ona qaz sayğacının yaxşı işləmədiyini bildirmiş, bundan sonra o, ərizə ilə cavabdehə müraciət edərək sayğacın yoxlanılmasını tələb etmişdir. Lakin sayğac uzaqda olduğundan sonradan nələr olmasını bilməmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, cavabdeh tərəfindən akt tərtib olunaraq borc hesablanmışdır. Akt əsaslandırılmışdır ki, sayğacın elektron hissəsi işləmir, hesab mexaniki göstəriciyə görə hesablanmışdır. Aktın surəti ona verilməmiş, ərizə ilə tələb etmiş, aktın surətinin verilməsindən imtina edilmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Eyni zamanda sayğac labarotoriyada yoxlanılarkən onun iştirakı təmin edilməmişdir. Əgər sayğaca müdaxilə olunubsa belə kim tərəfindən edilməsi ona məlum deyil. Borcun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etirazla məhkəmə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində **********0001 abonent kodu olan sayğac xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2020-ci il tarixdə sayğaca X1 Müayinəsi Labaratoriyasında texniki baxış keçirilmiş, müayinə zamanı sayğacın mexaniki hissəsindən keçən 42204 m3 qazın həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilməmişdir. Sayğacın xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək kollektorun sönməsi nəticəsində cəmi 27575 m3 qaz qeydə alınmamış və bu səbəbdən 0,20 manatdan hesablanaraq 5515 manat borc bazaya vurulmuşdur. İddiaçı özü də iltizamla müraciət edərək borcunun olduğunu və hissə-hissə ödəyəcəyini bildirmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sayğac iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən 2-3 km məsafədə qaz paylayıcı stansiyanın yanında yerləşir. Sayğaca müdaxilə edilməmişdir. Sayğac mexaniki və elektron hissələrdən ibarətdir. Sayğacın sərfiyyatı elektron hissədə qeyd olunmamışdır. Qeyd olunmamada abonentin təqsiri olmamışdır. Ona cərimə hesablanmamışdır. Sayğacın elektron qeydiyyata almadığı sərfiyyatın dəyəri hesablanmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Qazın alqı-satqı müqaviləsi, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilsin. Göründüyü kimi,cavabdehin nümayəndəsinin, iddiaçıya cərimə hesablanmadığına dair dəlilləri əsasdızdır və cavabdeh tərəfiondən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs kimi sahibkar İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın daxilinin çirkli və yağlı olması, korrektorun xx.xx.2020-ci il tarixdən sönməsi, sönmə nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 42204 m3 qazın elektron hissədə qeydə alınmaması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 27575 m3 olmaqla dəyəri 5515 manat məbləğində müəyyən edilmiş və İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X2” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırkı iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacı iddiaçıya məxsus qeyriyaşayış sahəsindən 2-3 km məsafədə qaz paylayıcı stansiyanın yanında yerləşir ki, iddiaçının həmin qaz sayğacına müdaxilə etməsi və ya onda baş vermiş qüsurları müəyyən etmək imkanından məhrumdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının elektron hissəsinin qeydə almaması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 5515 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq yazılmış 5515 manat borc (cərimənin) silinsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-9/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-9/2021
29.01.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver