Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1051/2022 30.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı X1 cavabdehlər Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 29 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir (həmin iddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada imzalanmışdır). Lakin, iddiaçı X1 nümayəndəsi Vəkil 29 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı X2 tərəfindən cavabdehlər Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı verilmiş “ipoteka yüklülüyünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda - məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə də, təsvir olunanlara əsasən hesab edirəm ki, iddiaçı X1 nümayəndəsi Vəkil 29 iyun 2022-ci il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizəsinə əsasən iddiaçı X1 cavabdehlər Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdehlər Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1051/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1051/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver