Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-16/2024 08.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat altı qəpik) manat dəymiş ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 158758,06 (yüz əlli səkkiz min yeddi yüz əlli səkkiz manat altı qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 906 baş “edelbay” cinsli damazlıq qoyun əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh 241485 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 15 mart 2021-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində cavabdehin təsərrüfatında 313 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmiş və 593 baş heyvan isə aşkar edilməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 593 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.2.2-ci bəndinə əsasən damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilmişdir. Cavabdeh 20 noyabr 2019-cu il tarixli iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə güzəşt məbləği miqdarında, yəni 158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat 06 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilmiş və nəticədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə mediatorun MŞB/l3-00270 nömrəli, 23 dekabr 2022-ci il taixli arayışı təqdim edilmişdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 05 iyun 2023-cü il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron məhkəmə kabineti vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi iddiaçı tərəflə cavabdehin arasında öhdəliklərin icra edilməsi ilə bağlı olsa da, öhdəliyin əsasında duran müqavilə (Agentlik və Cavabdeh arasında) məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin elə iddiaçının özünün qeyd etdiyi öhdəliklərin icrası ilə bağlı tələblərində tərəflər arasında öhdəliyin icrası üçün mütləq tərəflər arasında yazılı müqavilə olmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciətində qeyd etmişdir ki, cavabdeh tərəf məsələ ilə bağlı nə sığorta şirkətinə, nə də Kürdəmir rayon Baytarlıq idarəsinə məlumat verilməmişdir. Lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddiaçının elə özünün məhkəməyə Cavabdeh ərizəsi kimi təqdim etdiyi 19 aprel 2021-ci il tarixli izahatda həmin müəssisələrə müraciət edildiyi qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəf sığorta müqaviləsi kimi təqdim etdiyi 10 dekabr 2018-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığorta məbləği 425820 manat olan (hər bir heyvan üzrə 50 manat olmaqla) "xxxx" ASC-də sığortalanma (şəhadətnamə 1-LİV-0011/19 saylı) imkan verir ki, 44711 manat sığorta haqqı məbləğini sığortalı Cavabdeh əldə etsin (heyvanların məcburən kəsilməsi də daxil olmaqla tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə görə). İddiaçı aşağıda göstərilənlərə əsasən 158058,06 manat dəymiş ziyan məbləğini tələb edə bilməz və iddia mümkün sayıla bilməz. 1. tərəflər arasında müqavilə yoxdur; 2. iddiaçı naməlum 19 aprel 2021-ci il tarixli izahata istinad edir, halbuki həmin izahata ehtiyac belə yox idi, çünki damazlıqlardan kütləvi məhv olma olsaydı, sığortalı olaraq Cavabdeh sığorta məbləği ala bilmək hüququ vardır. 3. Hətta həmin izahatı Cavabdeh izahatı kimi qəbul etsək, izahatda 350 heyvan istisna olmaqla, qalan heyvanların məhv olması barədə hər hansı bir cümlə yoxdur. 4. Cavabdeh məhkəməyə qalan heyvanların satışına dair sənəd təqdim etmişdir. 5. Elektron sistemə yüklənmiş 03 noyabr 2019-cu il tarixli 170 saylı Kürdəmir rayon Baytarlıq idarəsinin məktubdan görünür ki, 981 baş Edelbay cinsli damazlıq qoyunla karantinə götürülmüşdür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alq-satqı müqaviləsində və mübahisə üzrə Agentliyin müraciətlərində 906 baş heyvan barədə bəhs edilir. 6. 20 noyabr 2019-cu il tarixdə Cavabdeh iltizam verir, eyni gündə 241485 manat vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi barədə ərizə vermişdir, 17 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin sədri Agentliyə 241485 manat Agentliyin vəsaiti hesabına pulun bank hesabına köçürülməsi barədə müracət edir, xx.xx.2020-ci il tarixdə 191130 manat, eyni gündə 144960 manat pul "xxxx" ASC -yə Agentlik tərəfindən köçürülür, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında 05 saylı müqavilə bağlanır, 03 noyabr 2019cu ildə artıq 906 deyil 981 ədəd qoyunun peyvəndlərə cəlb edilməsi Kürdəmir rayon Baytarlıq İdarəsi tərəfindən təsdiq edilmiş sığorta isə 01 noyabr 2018-ci il tarixdə edilmişdir. 7. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elekron qaiməsi, ona pulun ödənilməsi, 906 baş heyvanın (və ya 981 baş) tam təhvil-təslimi barədə hər hansı sənəd mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həmin dövrdəki sədri Mirzə Əliyevə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə Cavabdeh 906 baş damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialında açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. Pul vəsaiti məhz Cavabdeh müraciəti əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialında açılmış bank hesabına köçürülmüşdür. Faktiki olaraq güzəşt məbləğindən yararlanan şəxs Cavabdehdur. “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 20 noyabr 2019-cu il tarixli iltizamda Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və müvəkkil kredit təşkilatına vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik daşıması ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh aldığı heyvanların dəyərinin 60 faizini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin vəsaiti hesabına ödəmişdir. Qalan 40 faiz məbləği isə Cavabdeh özü birdəfəlik ödəmiş və buna görə onunla "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş 15 mart 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh ona ayrılmış güzəşt məbləğindən təyinatı üzrə istifadə etməmişdir. Bunun nəticəsində iddia ərizəsində qeyd olunan məbləğ həcmində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ziyan vurulmuşdur. Bundan başqa o qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda güzəştli lizinq, güzəştli kredit və güzəştli maliyyələşmə nəzərdə tutulub. Hazırkı mübahisə güzəştli maliyyələşmə ilə bağlıdır. Güzəştli kreditlər və güzəştli lizinq şərtləri ilə bağlı hissədə kredit təşkilatı məsuliyyət daşıyır. Güzəştli maliyyələşmədə kredit təşkilatı qazanc əldə etmir. Burada yalnız kredit təşkilatı vasitəçi rolunu oynayır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, iddiaçının Cavabdeh qarşı iddia qaldırmağa subyektiv hüququnun olmadığını vurğulamışdır. 22 iyun 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, 28 oktyabr 2019-cu il tarixdə Cavabdeh ilə aralarında müqavilə bağlanmış, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət olunmuş, Agentlik heyvanların dəyərinin 60 faizini, Cavabdeh isə 40 faizini bank vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəmişdir. Cavabdehə 906 baş heyvan təhvil verilmişdir. 22 iyun 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında Cavabdeh 2023-cü ilin mart ayında 595 baş heyvan aldığını, həmin heyvanları kəsib ət tədarükü məntəqələrinə payladığını və heyvanların satın aldığı vaxt birkalı olduqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair 10 iyul 2020-ci il tarixli, 01 nömrəli müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini Qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. - 3.3-cü bəndinə əsasən borcalanlar kreditin ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq Müvəkkil kredit təşkilatına müraciət edirlər. - 3.5-ci bəndinə görə müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 (on beş) iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. - 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin Müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) iş günü müddətində Borcalanın hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra Müvəkkil kredit təşkilatı Borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən Borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir. - 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq Borcalanların monitorinqini aparır və Agentliyə bu barədə hər növbəti rübün ilk 10 (on) günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik Müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış Borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, Müvəkkil kredit təşkilatı həmin Borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. - 4.2.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanların mütəmadi olaraq monitorinqini aparır və Agentliyə bu barədə müvafiq rüblük hesabat təqdim edir. - 4.3.3-cü bəndinə əsasən Agentlik müvəkkil kredit təşkilatı tərəfindən vəsaitlərin geri ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə müvafiq vəsaitin hesablanmış faizlərlə və cərimə məbləği ilə birlikdə Müvəkkil kredit təşkilatının müxbir və ya digər bank(lar)ındakı hesab(lar)ından silinməsi haqqında AR МВ-yə və ya digər bank(lar)a ödəniş tələbnamə tapşırığı verir; - 5.1-ci bəndinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə (ziyana) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri (ziyanı) tam həcmdə ödəməlidir. - 5.2-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatının Agentlik qarşısında öhdəlikləri onların Borcalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların kreditləri qaytarmasından asılı olmayaraq, Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin 10 faizindən çox olmamaqla cərimə ödəyir. Müvəkkil kredit təşkilatı 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün qanunverciliklə və bu Müqavilə ilə müəyyən edilmiş tədbirlər görə bilər. - 5.5-ci bəndinə əsasən Agentlik müvəkkil kredit təşkilatının Qayda və bu müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, Müvəkkil kredit təşkilatını dərhal layihədən kənarlaşdırır. Bu halda Borcalanlar tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, Müvəkkil kredit təşkilatı aldığı kredit üzrə əsas borcu, vəsaitdən istifadəyə görə faiz borclarını və bu Müqavilə üzrə digər xərcləri 1 ay müddətinə Agentliyə ödəyir. - 5.6-cı bəndinə görə Müvəkkil kredit təşkilatı bu Müqavilənin 5.5-ci bəndi üzrə müəyyən edilmiş ödənişləri 1 ay müddətində ödəmədikdə, Agentlik bu Müqavilə və Müvəkkil kredit təşkilatının AR МВ-yə və ya banklara ünvanlanmış məktubu əsasında AR MB-yə/bank(lar)a müraciət edərək, müvafiq vəsaiti Müvəkkil kredit təşkilatının AR МВ-dəki hesabından və ya onların bankda olan hesablarından sildirmək hüququna malikdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Xubanlı Orxan və Cavabdeh tərəfindən imzalanmış “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 20 noyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 906 (doqquz yüz altı) baş damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, damazlıq heyvanların verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyinə, habelə, damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi alınmadan kəsməyəcəyini bildirmişdir. Həmin tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrülatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 402475 (dörd yüz iki min dörd yüz yetmiş beş) manat olan 906 baş damazlıq heyvanın dəyərinin minimum 40 faizinin onun tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinə razılıq veriləsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq qiymətləndirmə dəyəri 425820 manat olan 906 baş damazlıq heyvanın qiymətləndirmə dəyərinin minimum 40 faizinin sahibkar Cavabdeh tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinin xahiş olunduğu bildirilmiş, Cavabdeh tərəfindən banka təqdim olunan layihənin maliyyələşdirilməsi üçün 241485 manat vəsaitin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit və büdcə komissiyasının 17 mart 2020ci il tarixli 44 nömrəli Protokolundan çıxarışdan görünür ki, müvəkkil kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olan kredit vəsaitinin və güzəşt məbləğinin verilməsi barədə sifariş-müraciətlərə baxılmış və Cavabdeh 241485 manat məbləğində və X2 94605 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya ayrılmasına qərar verilmişdir. İş materiallarında olan 19 mart 2020-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 144960 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 19 mart 2020-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 191130 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktdan görünür ki, Agentliyin əməkdaşları və Cavabdeh iştirakı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin istifadə Qaydası”na uyğun olaraq cavabdehə verilmiş 241485 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, təsərrüfatda 593 baş heyvanın olmadığı, həmin heyvanların ölüm və ya məcburi kəsimlə bağlı sənədlərinin olmadığı, təsərrüfatda mövcud olan 313 baş heyvanın əksəriyyətinin birka nömrələrinin düşdüyü aşkar olunmuşdur. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz hissəsi olan Təchizat əlavəsində (Qiymətləin razılaşdırılma protokolunda) göstərilən xırda buynuzlu damazlıq cinsli qoyunları satmağı, alıcı isə həmin malları qəbul edib və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3 və 4.4-cü bəndlərinə görə bu müqavilənin ayrılmaz hissəsi olan Təchizat əlavəsində (Qiymətlərin razılaşdırılma protokolunda) göstərilən malların dəyərinin 60 % hissəsi dövlət qurumu olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməlidir. Qalan hissə isə alıcı şəxs tərəfindən ödəniləcəkdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli 4/1204 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı önündəki imza, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imza, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, 19 aprel 2021-ci il tarixli izahatın mətni və “Cavabdeh” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan 18 mart 2024-cü il tarixli 4/1912 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139-140-cı vərəqlərində olan “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Məmmədov” yazısı və qarşısındakı imza, 141-ci vərəqində olan Cavabdeh adından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 19 aprel 2021-ci il tarixli izahatın sonundakı “Məmmədov” əlyazması və qarşısındakı imza ilə kommersiya işinin 99-cu vərəqində Cavabdeh Rövşən oğlunun adına olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş imza, 16-cı vərəqində olan AR-İİ seriyalı 997380 nömrəli 04 aprel 2023-cü il tarixli etibarnamədəki “Məmmədov” əlyazması və qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında" 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139-140-cı vərəqlərində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” əlyazması və qarşısındakı imza, 141-ci vərəqində olan Cavabdeh adından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 19 aprel 2021-ci il tarixli izahatdakı əlyazmalar və “Məmmədov” əlyazması qarşısındakı imza ilə kommersiya işinin 108-118-ci vərəqlərində və əlavə olaraq 15 vərəqdə olan eksperimental xətt və imzaları - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın: -7.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir. -7.2-ci bəndinə görə vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və bu müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Agentlik tərəfindən ayrılmış vəsaitdən hazırkı iş üzrə Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya verilmişdir. Yəni, subsidiya üçün nəzərdə tutulan pul vəsaiti Cavabdeh bilavasitə Agentlik tərəfindən deyil, “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Öz növbəsində, həmin vəsaiti isə müvəkkil kredit təşkilatı "xxxx" ASC yuxarıda qeyd olunan 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında almışdır. Təsvir olunan iş materiallarından və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan görünür ki, “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş Agentliyin vəsaiti üzrə sonuncu qarşısında hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh deyil, bilavasitə qeyd olunan müqavilənin tərəfi olan “müvəkkil kredit təşkilatı "xxxx" ASC öhdəlik daşıyır. Bu halda isə, yəni 241485 manat məbləğində subsidiyanın alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmadığından, eyni zamanda həmin məbləğin Agentliyə qaytarılması üzrə bütün öhdəlikləri “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti daşıdığından, bu işlə bağlı verilmiş hazırkı iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin iddiaçıya Cavabdeh ödəməli olmasının əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-16/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-16/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver